Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ mühari

Mərifət Nəsibov

  • Ana Səhifə
  • Vikipediya
  • Mərifət Nəsibov

Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Mərifət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov
Şəxsi məlumatlar
Doğum tarixi 22 may 1972(1972-05-22)
Doğum yeri
  • Məzəm, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 28 yanvar 1992(1992-01-28) (19 yaşında)
Vəfat yeri
  • Quşçu Ayrım, Qazax rayonu, Azərbaycan
Dəfn yeri
  • Məzəm
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1991–1992
Rütbəsi
Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır.

Döyüşlərdə iştirakı

İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Ailəsi

Evli deyildi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.

Xatirəsi

Qazax rayonundakı Heydər Əliyev adına parkda onun adına bulaq tikilmişdir.

2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir.

2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında “İZ Production” studiyası tərəfindən “Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilib.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 227.
  • “Ölümə qənşər”: Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmin təqdimatı: [Gəncə şəhərində] //Mədəniyyət.- 2015.- 5 avqust.- S.4.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mərifət Nəsibov haqqında məlumat. Mərifət Nəsibov nədir? Mərifət Nəsibov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Srinivasa Ramanucan

  • Fevral 27, 2026

    Fatehpur-Sikri

  • Fevral 25, 2026

    Vəhdət Partiyası

  • Fevral 27, 2026

    Pyemont

  • Fevral 27, 2026

    Dağ-tundra iqlimi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst