Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nizami Xudiyev (1 aprel 1949, Şahbuz rayonu – 25 may 2021) — Azərbaycan Respublikasının Milli Məclisinin I, II və III çağırış deputatı, filologiya elmləri dokto

Nizami Xudiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Nizami Xudiyev

Nizami Xudiyev (1 aprel 1949, Şahbuz rayonu – 25 may 2021) — Azərbaycan Respublikasının Milli Məclisinin I, II və III çağırış deputatı, filologiya elmləri doktoru, professor.

Nizami Xudiyev
Azərbaycan Respublikasının Milli Məclisinin I, II və III çağırış deputatı
24 noyabr 1995 – 30 noyabr 2010
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədri
28 mart 2005 – 28 iyun 2006
ƏvvəlkiBabək Hüseynoğlu
SonrakıArif Alışanov
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1949(1949-04-01)
Doğum yeri
  • Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 may 2021(2021-05-25) (72 yaşında)
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti filoloq, siyasətçi, türkoloq

Təltifləri "Şöhrət" ordeni

Həyatı

Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatıdır. 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. Rus və alman dillərini bilir.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləmişdir. 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Evlidir, 3 övladı var. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Xudiyevə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalamışdır..

Nizami Xudiyev 23 may 2021-ci ildə böyrək çatışmazlığından vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nizami xudiyev sözünün mənası, nizami xudiyev haqqında məlumat. nizami xudiyev nədir? nizami xudiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    İmamverdi Əbilov

  • Fevral 27, 2026

    Zahidə xatun

  • Mart 01, 2026

    Firudin Şuşinski

  • Fevral 27, 2026

    Nəcməddin Sadıkov

  • Fevral 10, 2026

    Sənaye inqilabı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst