Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmamverdi Xankişi oğlu Əbilov (19 dekabr 1927, Züd-Ost Qoltuq, Neftçala rayonu – 9 aprel 2016, Neftçala rayonu) — azərbaycanlı ədəbiyyatşünas-alim, filologiya e

İmamverdi Əbilov

  • Ana Səhifə
  • Vikipediya
  • İmamverdi Əbilov

İmamverdi Xankişi oğlu Əbilov (19 dekabr 1927, Züd-Ost Qoltuq, Neftçala rayonu – 9 aprel 2016, Neftçala rayonu) — azərbaycanlı ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

İmamverdi Əbilov
İmamverdi Xankişi oğlu Əbilov
Doğum tarixi 19 dekabr 1927
Doğum yeri Züd-Ost Qoltuq, Cavad qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 9 aprel 2016 (88 yaşında)
Vəfat yeri Neftçala rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı
  • Azər Turan
Elmi dərəcələri filologiya elmləri doktoru, professor
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 20002000"İgidliyə görə" medalı

Mündəricat

Həyatı

İmamverdi Xankişi oğlu Əbilov 1927-ci ildə Neftçala rayonunun Züd-Ost Qoltuq] kəndində anadan olmuşdur. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə balıq vətəgələlərində başlamış, 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışmışdır.

1953-cü ildən Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olub.

Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilmişdir. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olmuşdur. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olmuş, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilmiş, çıxış etmişdir. 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayında (Moskva) nümayəndə olmuşdur. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olmuşdur.

Moskvada, Tehranda, Təbrizdə, Bağdadda, Zaqafqaziya Respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir. Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olmuşdur. 800-dən artıq məqaləsi dərc olunmuşdur. Filologiya elmləri doktorudur. "Rəsul Rza" (1960), "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rzı", "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı. Rəhmət duası", "Ömrün anları", "Əsrlər… nəsillər… əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" (2013), "Ömrün və elmin romantikası" (2015) kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunmuşdur.

2000-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. "Qabaqcıl Maarif Xadimi"dir (1960). SSRİ maarif əlaçısı olmuşdur. Krupskaya adına Ümumittifaq Pedaqoji mükafatı laureatı adına layiq görülmüşdür. "S. Vurğun" xatirə diplomunun, "Araz" ali ədəbi mükafatının, "Akademik Mehdi Mehdizadə" Ali pedaqoji mükafatının, "Rəsul Rza" və "Xudu Məmmədov" Beynəlxalq ədəbi mükafatlarının laureatıdır. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının həqiqi üzvüdür. Milli Elmlər Akademiyası rəyasət heyətinin müxtəlif vaxtlarda Neftçalada və Salyanda keçirdiyi elmi-nəzəri konfranslar İmamverdi Əbilovun təşəbbüsü və yaxından iştirakı ilə keçirilmişdir.

Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub və b. İmamverdi Əbilova şeirlər həsr ediblər. Akademik Bəkir Nəbiyev İ. Əbilov barədə "El ağsaqqalı, elm fədaisi — İmamverdi Əbilov" (2007) kitabını yazmışdır.

Neftçala rayon Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü (2007) idi. Haqqında sənədli filmlər çəkilib.

İmamverdi Əbilovun 80 illik yubileyi görkəmli elm, ədəbiyyat və dövlət xadimlərinin iştirakı ilə 2007-ci ildə doğma yurdunda qeyd olunmuşdur.

9 aprel 2016-cı ildə ömrünün 89-cu ilində vəfat etmişdir.

  • Azər Turanın atasıdır.

Filmoqrafiya

  • İmamverdi Əbilov (film, 2001)
  • Dan qızartısından qürub şəfəqlərinədək (film, 2003)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇mamverdi əbilov sözünün mənası, i̇mamverdi əbilov haqqında məlumat. i̇mamverdi əbilov nədir? i̇mamverdi əbilov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rauf Həbibov

  • Fevral 27, 2026

    Tritaqonist

  • Mart 03, 2026

    Mexaniki emal

  • Fevral 27, 2026

    General-feldmarşal (Rusiya)

  • Fevral 27, 2026

    Jorj Klemanso

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst