Nikolay Alekseyeviç Ostrovski (rus. Никола́й Алексе́евич Остро́вский, 29.9.1904–22.12.1936) — Sovet yazıçısı.
| Nikolay Ostrovski | |
|---|---|
| ukr. Микола Олексійович Островський | |
| |
| Doğum tarixi | 16 (29) sentyabr 1904 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 22 dekabr 1936[…] (32 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | dağınıq skleroz |
| Dəfn yeri | |
| Həyat yoldaşı |
|
| Uşağı | yoxdur |
| Təhsili |
|
| Fəaliyyəti | yazıçı |
| Fəaliyyət illəri | 1927-ci ildən |
| Əsərlərinin dili | rus dili |
| Janr | nəsr |
| Tanınmış əsəri |
|
| Üzvlüyü | |
| Mükafatları | |
Həyatı
Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski 1904-cü il sentyabrın 29-da Ukraynanın Rovno vilayətində fəhlə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində təhsil almaq ona nəsib olmamış, 11 yaşından işləməyə başlamışdır.
1927-ci ildə ağır iflic Nikolayı yatağa salmış, 1928-ci ildə isə gözləri tutulmuşdur. Lakin yenilməz iradəyə malik Ostrovski təslim olmamış, bütün mənəvi qüvvəsini toplayaraq yaşamaq uğrunda mübarizə aparmış, təhsilini artırmışdır.
1930-cu ilin payızında "Polad necə bərkidi" romanını yazmışdır. O, 1934–1936-cı illərdə Qərbi Ukrayna zəhmətkeşlərinin inqilabi mübarizəsindən bəhs edən 3 cildlik "Fırtınadan doğulmuşlar" romanı üzərində işləmişdir.
Yazıçının əsərləri 100-dən çox dildə, o cümlədən Azərbaycan dilində dəfələrlə nəşr olunmuş, ekranlaşdırılmışdır.
Mükafatı
Lenin ordeni ilə təltif edilmişdir. 1935-ci ildə orden ona verilmişdir.
Xatirəsi
1928–1936-cı illərdə yaşadığı Soçidə, Moskvada və vətənində N.A.Ostrovskinin ev-muzeyi var.
1979-cu ildə Xmelnitski vilayətinin Şepetovka şəhərində Ostrovskinin şərəfinə xatirə komkompleksi yaradılmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nikolay Ostrovski haqqında məlumat. Nikolay Ostrovski nədir? Nikolay Ostrovski nə deməkdir?
