Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nadir Məşədi Süleyman bəy oğlu Mansurov (1 (14) aprel 1916, Bakı – 19 noyabr 1972, Bakı) — tarzən, Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Konsert Birl

Nadir Mansurov

  • Ana Səhifə
  • Vikipediya
  • Nadir Mansurov

Nadir Məşədi Süleyman bəy oğlu Mansurov (1 (14) aprel 1916, Bakı – 19 noyabr 1972, Bakı) — tarzən, Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Konsert Birliyinin solisti

Nadir Mansurov
Ümumi məlumatlar
Doğum tarixi 14 aprel 1916
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 19 noyabr 1972 (56 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Atası Məşədi Süleyman bəy Mansurov
Musiqiçi məlumatları
Fəaliyyəti tarzən
Fəaliyyət illəri 1936–1972
Janrlar muğam, xalq musiqisi
Musiqi aləti tar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nadir Məşədi Süleyman bəy oğlu Mansurov 1916-cı ilin aprel ayının 14-də Bakıda məşhur Mansurovlar ailəsində doğulmuşdur. Uşaq yaşlarından musiqiyə həvəsi olmuş və tar çalmağı atasından öyrənmişdir. Hələ gənc yaşlarından müxtəlif xalq çalğı alətləri orkestr və ansambllarının tərkibində tarzən kimi çıxış etmişdir. Nadir Mansurov 1937–38-ci illərdə Gəncədə bir çox yerli xanəndələrə müşayiət edir. Əsasən o zaman orada məşhur olan Muxtar Əsgər oğlu Qurbanovla daha tez-tez çıxış edir. O, 1940-cı ildə hərbi xidmətə çağırılır. Hətta əsgərlikdə də öz tarını əlindən buraxmır, müxtəlif tədbirlərdə zabit və əsgərlər qarşısında çıxış edir. 1941-ci ildə isə İkinci dünya müharibəsində öz əsgəri borcunu yerinə yetirmək üçün müharibəyə yollanır. Moskva ətrafındakı döyüşlərdə bərk yaralanan Nadir Mansurov bir neçə ay hərbi hospitallarda müalicə olunur. Yaraları sağaldıqdan sonra o, yenidən cəbhəyə yollanır və müharibənin sonuna qədər vuruşur.

Müharibədən sonra Nadir Mansurov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Konsert Birliyinin solisti olmuşdur. 1949-cu ildə Lənkərana ezam olunur və bir neçə müddət orada yerli xanəndələri tarı ilə müşayiət edir. Bütün yaradıcılığı boyu Azərbaycanın bir çox tanınmış xanəndələrini — Mütəllim Mütəllimov, Xanəli Əkbərov, Sona Mustafayeva və başqalarını həm konsertlərdə, həm də el şənliklərində öz tarı ilə müşayiət etmişdir. Azərbaycan Dövlət Səsyazma arxivində Nadir Mansurovun müxtəlif illərdə çaldığı həm solo, həm də trio müşayiətləri qorunub saxlanılır.

Nadir Mansurov uzun sürən xəstəlikdən sonra 19 noyabr 1972-ci ildə Bakıda vəfat etmişdir. Nadir Mansurovun Məlik adında bir oğlu var.

Şəcərəsi

  • Məşədi Məlik bəy Mansurovun nəvəsidir.
  • Məşədi Süleyman bəy Mansurovun oğludur.
  • Tarzən Bəhram Mansurovun qardaşıdır.
  • Bəstəkar Eldar Mansurovun əmisidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nadir Mansurov haqqında məlumat. Nadir Mansurov nədir? Nadir Mansurov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbülhəsən Əşəri

  • Fevral 27, 2026

    Aşıq Qərib

  • Fevral 27, 2026

    Ferbanks

  • Fevral 27, 2026

    I Əbdürrəhman

  • Fevral 27, 2026

    Edvard Sapir

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst