Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Natalya Yakovlevna Maqnat (Rusca: Ната́лья Я́ковлевна Магна́т, 5 noyabr 1954, Moskva – 18 oktyabr 1997, Moskva) ingilis dili üzrə sovet və rus tərcüməçisi, ədəb

Natalya Maqnat

  • Ana Səhifə
  • Vikipediya
  • Natalya Maqnat

Natalya Yakovlevna Maqnat (Rusca: Ната́лья Я́ковлевна Магна́т, 5 noyabr 1954, Moskva – 18 oktyabr 1997, Moskva) ingilis dili üzrə sovet və rus tərcüməçisi, ədəbi tənqid və estetika üzrə əsərlərin müəllifi, “Sol məktəb” və SİNKP adlı gizli solradikal təşkilatların rəhbəri.

Natalya Maqnat
Natalya Yakovlevna Maqnat
Şəxsi məlumatlar
Doğum tarixi 5 noyabr 1954
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat tarixi 18 oktyabr 1997 (42 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
İxtisası Tərcüməçi, estetik, inqilabçı
Fəaliyyəti siyasətçi, tərcüməçi

Kimliyi

Skripkaçı və uşaq həkimi ailəsində doğulmuşdur. “İngilis və alman dilləri üzrə müəllimə” ixtisası ilə V. İ. Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunu (MDPİ) bitirmişdir. 1970-lərin sonu, 1980-lərin birinci yarısında Rusinformmədəniyyətində işləmişdir. Yenidənqurma başlayandan sonra peşəkar səviyyəsində bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olmuşdur. Onun tərəfindən əsasən Oldos Haksli, Henri Kattner, Rocer Jelyaznı, Duqlas Adams, Qlen Kuk, Corc R. R. Martin, Cek Vens, Qordon Dikson, Bertran Çandler, Konni Uillis, Rocer Makbrayd Allen, Terri Bruks, Maykl Suenvik, Pol Di Filippo və başqalarının əsərləri tərcümə edilmişdir; tərcümələrinin bir çoxu dəfələrlə yenidən çap edilmişdir.

Dekabr 1972 – yanvar 1973-cü ildə (MDPİ-də onunla bir yerdə təhsil alan Olqa Baraş və İnna Okupla birlikdə) “Sol məktəb” adlı gizli solradikal qrupun əsasını qoymuş, onun nəzəriyyəçəsi olmaqla, qrupa faktiki olaraq rəhbərlik etmişdir. 1974-cü ilin sentyabrında “Sol məktəb” Yeni Kommunistlər Partiyası (YKP) adlı başqa bir gizli solradikal qrupla birləşmişdir. Birləşmiş təşkilat “Sovet İttifaqı Neokommunist Partiyası” (SİNKP) adlandırılmışdır. N. Maqnat SİNKP-nın müvəqqəti rəhbərliyinə - “beşliyə” daxil olmuş, əsas rəhbərliyi və nəzəri işin bir hissəsini (estetika məsələləri üzrə) öz üzərinə götürmüşdür. N. Maqnatın bu ərəfədə inqilabi estetika məsələlərinə dair yazılan əsərləri 1975-ci ilin yanvarında SİNKP-nın bütün arxivi ilə birlikdə yandırıldığından saxlanılmamışdır.

1975-ci ilin yanvarında tarixən NKP-dan yaranmış SİNKP-nın Moskva təşkilatının bir hissəsi DTK tərəfindən dağıdıldıqdan sonra N. Maqnat SİNKP-nın müvəffəqiyyətsizliyə uğramayan hissəsinə rəhbərliyi öz üzərinə götürmüş və təşkilatı daha da dərin gizli fəaliyyətə apararaq, onu 1977-78-ci illərdə partiyanın bərpa olunması məqamına kimi tamamilə dağılmaqdan qoruya bilmişdir.

Görünür, bu hadisələrlə əlaqədar olaraq, N. Maqnatın keçirdiyi uzunmüddətli və dərin stress onda çox ağır xəstəliyi - Kron xəstəliyini doğurmuşdur. Sonrakı illərdə N. Maqnat yoğun bağırsağın zədələnmiş hissələrinin kəsilib çıxarılması ilə bağlı iki ağır cərrahi əməliyyat keçirmişdir və sonunda növbəti əməliyyat üçün pul tapa bilməyərək, Kron xəstəliyindən vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Natalya Maqnat haqqında məlumat. Natalya Maqnat nədir? Natalya Maqnat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    11 noyabr

  • Fevral 23, 2026

    21 noyabr

  • Fevral 23, 2026

    Məsafə

  • Fevral 18, 2026

    Makao

  • Fevral 23, 2026

    Mahaçqala

Trend Mahnılar
  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst