Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Napoleon məcəlləsi (fr. Code Napoléon), həmçinin Mülki məcəllə (fr. Code civil) — mülki hüququn genişmiqyaslı sistemə salınmasını təmsil edən və dünyanın bir ço

Napoleon məcəlləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Napoleon məcəlləsi

Napoleon məcəlləsi (fr. Code Napoléon), həmçinin Mülki məcəllə (fr. Code civil) — mülki hüququn genişmiqyaslı sistemə salınmasını təmsil edən və dünyanın bir çox ölkələrində sonrakı kodifikasiya prosesinə güclü təkan verən Fransanın fundamental qanunvericilik aktı.

Napoleon məcəlləsi
İlk nəşr 21 mart 1804
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XIX əsrin əvvəllərində Fransa Respublikasının ilk konsulu Napoleon Bonapartın təşəbbüsü ilə işlənib hazırlanmış və qəbul edilmişdir. Bu günə qədər də dəyişikliklər və əlavələrlə qüvvədədir. Məcəllənin hazırlanmasında məqsəd Fransada qüvvədə olan, həm hüquqi adətləri, həm də müxtəlif tənzimləmələri özündə birləşdirən xaotik və müxtəlif mülki hüquq mənbələrini əvəzləmək idi. Yeni məcəllə fiziki şəxslərin statusu, nikah və ailə münasibətləri, mülkiyyət hüquqları, vərəsəlik və öhdəliklər haqqında institusional sistemə uyğun qurulmuş hüquq normalarını özündə əks etdirən üç (hazırda beş) kitabdan ibarət idi.

Böyük Fransa inqilabından dərhal sonra qəbul edilmiş Napoleon kodeksi Fransa hüququnun müxtəlif mənbələri - Roma hüququ, adət-ənənələr, kral fərmanları, habelə inqilabi qanunvericilik arasında bir növ kompromis idi; əlavə olaraq onun tərtibində hüquq elminin nailiyyətlərindən geniş istifadə edilmişdir. Məcəllə mövcud sinfi fərqləri və imtiyazları rədd edərək, yeni burjua cəmiyyətinin formalaşmasının əsaslarından biri kimi öz normalarında ailə münasibətlərinin dünyəviləşdirilməsini, mülki əməliyyatlarda iştirakçıların bərabərliyini, xüsusi mülkiyyətin toxunulmazlığını, mülki müqavilələr bağlamaq azadlığı və eyni zamanda nikah və ailə haqqında XVIII-XIX əsrlərin başlanğıcı üçün xarakterik olan patriarxal baxışları təsbit etdi. Hüquq texnologiyası nöqteyi-nəzərindən məcəllə özünün ahəngdar təqdimatı, çevikliyi, tərtibat və təriflərin aydınlığı ilə seçilir ki, bu da mütərəqqi normalarla yanaşı, Avropa, Amerika və dünyanın digər ərazilərində onlarla ölkənin hüquq sistemləri tərəfindən mənimsənilməsinin əsas səbəblərindən biri olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, napoleon məcəlləsi sözünün mənası, napoleon məcəlləsi haqqında məlumat. napoleon məcəlləsi nədir? napoleon məcəlləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    Sərkar

  • Fevral 27, 2026

    Epixarm

  • Fevral 27, 2026

    Maşın kodu

  • Fevral 27, 2026

    Vasiq (xəlifə)

  • Fevral 27, 2026

    Tor: Raqnarök (film, 2017)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst