Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sarxanbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsində kənd.

Sarxanbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Sarxanbəyli

Sarxanbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsində kənd.

Sarxanbəyli
39°44′44″ şm. e. 48°46′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Sabirabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Sarxanbəyli xəritədə
Sarxanbəyli
Sarxanbəyli

Tarix

1927-ci ildə çap edilmiş kitabda təsvir olunub ki, 146 ailədən ibarət üç kənddən ibarət bir Sarxanbəyli kənd inzibati ərazisində birləşmiş Muğanın ən yaşlı sakinləri olan sarxanbəylilər diqqətəlayiqdir. Muğanın şərq hissəsi, daha dəqiqi Əlibayramlı dairəsi, Lenin kanalının aşağı axarında və onun şimalında sarxanbəylilərin daimi yaşayış yeri hesab edilməlidir. Sarxanbəylilər bütün məlumatlara görə Salyan qəzasında ilişib qalmış şahsevən tayfalarından biridir və Qızılbaşyurdnan ilə iqtisadi əlaqələrini kəsmişdir. Vaxtilə Muğan çölünə gələn şahsevən tayfaları arasında sarxanbəylilərin də adı çəkilir.

Tarixi bir məlumata görə, Yünsür paşa Şahqulu paşa oğlu adlı bir el başçısı Anadoludan, Osmanlı dövlətindən eldöndülük edərək Qızılbaşlar məmləkətinə sığınmışdı. Özü ilə oğul–övladlarını, qohum–əqrabalarını da gətirmişdi. Onları Muğan düzündə yerləşdirmişdilər. Yünsür paşanın Allahqulu paşa adlı qardaşı, Sarıxan bəy, Bidalı bəy, Qoca bəy adlı nəvələri ilə məiyyəti Qurd bəyin də Polad bəy, Dəmir bəy, Quzat bəy adlı xidmətçiləri vardı.

Oymaqlar

  • Sarıxan bəydən Bədr xan və sarıxanbəylilər törəmişlər.
  • Bidali bəydən məstalıbəyli, qaraqasımlı, alıbabalı, novruzalıbəyli oymaqları yaranmışdır.
  • Qoca bəydən Qocabəylilər əmələ gəlmişdir.
  • Qurd bəydən isə göstərilən kimi poladlı, dəmirçili, quzatlı tayfaları meydana çıxıb.

Bir versiyaya görə, Yünsür paşanın Qoca bəy, Bəndalı bəy, Polad bəy, Dəmir bəy, Sarıxan bəy, Novruzəli bəy adlı oğulları vardı. Novruzəlibəyli tayfasından olan 2008-ci ildə 98 yaşlı Hüseynxan bəy Nəcəfqulu xan oğluna görə, Qoca bəy, Novruzalı bəy, Sarıxan bəy, Dəmir bəy, Bəndalı bəy, Polad bəy qardaşdırlar.

  • Qoca bəyin törəməsi muradlı, udulu, xəlifəlidir.
  • Bəndalı bəyin uruğu alıbabalılar, bəybağlılar, xələflilərdir.
  • Polad bəydən şıxlı, abıbəyli, quzatlı, yurdçu, dursunxocalı, təklə, yekəli qolları yaranıb.
  • Dəmir bəyin törəməsi dəmirçili, inanlı, hacıxocalı, ərəblidir.
  • Sarıxanbəyin comalağı sarıxanbəylilər, əcirli, milli–xəlifəli, balabəyli, bəydili, homunlu, zərgər oymaqlarıdır.
  • Novruzəli bəyin nəvələri isə novruzəlibəylilər, geyikli və pireyvatlılardılar.

Sonrakı dönəmdə isə Şahsevən elinə qalış, sarvanlar, cilovdarlı, talışmikayıllı, qəhrəmanbəyli, muğanlı–heydər, rzabəyli, cahanxanımlı, bəybağlı və gamışçı oymaqları qoşulublar. Başqa bir versiyaya görə, inanlı oymağının qolları: pireyvatlı, kəlaş, korabbaslı, geyikli, yurtçu, dursunxocalıdır.

Bəydili oymağının qolları isə əcirli, hacıxocalı, yeddioymaq, ərəbli, çaxırlı, qubadlıdır.

Biz XVIII yüzil mənbələrini araşdırarkən Korabbaslı oymağının Yaycı elindən törəndiyinə dair bilgi tapdıq. Bu kimi qaynaqlar sübut edir ki, yuxarıda göstərilən bölgülər şərtidir, dəqiq deyildir, doğru məxəzlərə söykənməyib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sarxanbəyli sözünün mənası, sarxanbəyli haqqında məlumat. sarxanbəyli nədir? sarxanbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    İşığın sınması

  • Fevral 27, 2026

    Əzab

  • Fevral 27, 2026

    Cami ət-Təvarix

  • Fevral 27, 2026

    Skif padşahlığı

  • Fevral 27, 2026

    Azərreyl QVK

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst