Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nabi (fr. Nabis, q.yəh. נביא‎ — "peyğəmbər", "seçilmiş" sözündən) — Fransız incəsənət qrupu, Pol Serüzyenin rəhbərliyi ilə 1888-ci ildə Parisdə "Pol Qogenin sim

Nabi (qrup)

  • Ana Səhifə
  • Vikipediya
  • Nabi (qrup)

Nabi (fr. Nabis, q.yəh. נביא‎ — "peyğəmbər", "seçilmiş" sözündən) — Fransız incəsənət qrupu, Pol Serüzyenin rəhbərliyi ilə 1888-ci ildə Parisdə "Pol Qogenin simvolik sintetikizminin məhsuldar inkişafı" məqsədilə yaradılmışdır. Nabilər XIX əsrin sonu – XX əsrin əvvəllərində Fransız post-impressionizminin və simvolizminin istiqamətlərindən biri olmuşdur.

Haqqında

Qrupun adını parnas məktəbinin nümayəndəsi və simvolist şair Anri Kazalis fikirləşmişdir. Qrupa rəssamlar Moris Deni, Emil Bernar, Pyer Bonnar, Ker-Ksavyer Russel, Jan Eduard Vüyar, Pol Serüzye, Etien Terrüs, qrafik və rəssam Feliks Valloton, keşiş və rəssam Yan Verkade, rəssam, yazıçı və rəssam Anri-Qabriel İbel və başqaları daxil idi. Qrupun ideya rəhbərləri Pol Serüzyer və Moris Deni olmuşdur. Bernar, Verkade, Deni və Serüzyer daha əvvəl Pontaven qəsəbəsində Qogen ilə birlikdə çalışmışdılar. Daha sonralar qrupa Pol Ranson, heykəltəraş Aristid Mayol (həmin dövrdə həm də rəssamlıq ilə məşğul idi), macar rəssam Yojef Ripp-Runay, heykəltəraş Jorj Lakomb, danimarkalı rəssam Mogen Ballin qoşulmuşdur. Dostlar təxminən on il birlikdə çalışmışdılar. Nabilərin son sərgisi 1899-cu ildə Parisdə keçirilmişdir.

Moris Denisin "Roma motivi" (1890), Nabilərin ən erkən rəsmlərindən biri

Nabilərin incəsənətinin əsası Pol Qogenin sonrakı üslubu və Pont-Aven qrupunun kluazonizmidir. Rəssamlar təsviri simvolizmin özünəməxsus variantını yaratmışdılar. Onların yaradıcılığı ədəbi simvolizmə yaxın olsa da, rəngin üstünlüyü, xətlərin plastikası, formaların dekorativ ümumiləşdirilməsi, ritmlərin yumşaq musiqiliyilə, müxtəlif etnik mədəniyyətlərin sənət motivlərinin – Fransız xalq sənəti, Yapon qravürası, Afrika heykəltəraşlığı, İtalyan “primitivləri” — səth tərzində stilizasiyası ilə xarakterizə olunur.

Rəssamları spiritizm, dini fəlsəfəyə maraq, musiqi, poeziya və Şərqin ezoterik təlimlərinə olan meyil birləşdirirdi. Həmin illərdə Parisdə E. Şürenin “Böyük İthaf Edilmişlər” (1899) kitabı populyar idi. Hər şənbə günü “Nabi” üzvləri Monparnas bulvarındakı Ranson və onun həyat yoldaşı Mari-Fransuanın mənzilində toplanırdılar. Ransonun emalatxanası “məbəd” adlanırdı. Rəssamlar ekzotik geyimlər geyinirdilər. Ranson qrupun üzvləri üçün “gizli adlar” fikirləşmiş və onların qarşısında xüsusi tikilmiş “peyğəmbər geyimində” çıxış edirdi. “Peyğəmbərlər” arasında qədim yunan, yəhudi və mason simvolizminə aid oyunlar məşhur idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nabi (qrup) sözünün mənası, nabi (qrup) haqqında məlumat. nabi (qrup) nədir? nabi (qrup) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Ənvər İbrahim

  • Fevral 27, 2026

    Aşıqpaşazadə

  • Fevral 23, 2026

    Allahın Padşahlığı

  • Fevral 27, 2026

    Hikmət Mirzəyev

  • Mart 06, 2026

    Ben Nevis

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst