Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib.
| Nabat Aşurbəyova | |
|---|---|
| Nabat Qoca qızı Aşurbəyova | |
| Doğum tarixi | 1795 |
| Doğum yeri | |
| Vəfat tarixi | 7 dekabr 1912 (116–117 yaşında) |
| Vəfat yeri | |
| Həyat yoldaşı | Hacı Musa Rza Rzayev |
| Uşağı |
|
| Atası | Qoca bəy Aşurbəyov |
| Fəaliyyəti | biznes ledi, xeyriyyəçi |
Həyatı
Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi.
Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Məscidin memarı Yevgeni Skibinskidir.
Təzəpir məscidi Bakıda ən iri və möhtəşəm məscid olmaqla yanaşı, həm də şəhərə yaraşıq verən gözəl memarlıq abidəsi oldu. Məscidin özülünə birinci daşın qoyması üçün Nabat xanım, öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir. 9 ildən sonra, məscidin baş günbəzinə sonuncu daşı da o qoyur, lakin Nabat xanım öz arzusunun sona yetdiyini görmür. 1912-ci ildə — 117 yaşında ikən vəfat edir. Onun ölümündən 2 il sonra, 1914-cü ildə yarımçıq qalmış işini oğlu Hacı Abbasqulu Rzayev başa çatdırır. Nabat xanım və oğlu Hacı Abbasqulu məscidin girişində dəfn edilmişlər.
Nabat xanım dövlətli Bakı taciri Hacı Musa Rza Rzayevin həyat yoldaşı olmuşdur. Onların bir oğlu (Hacı Abbasqulu Rzayev) və 2 qızları – Əşrəf (Züleyxa) xanım və Gülbəstə xanım olmuşdur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nabat Aşurbəyova haqqında məlumat. Nabat Aşurbəyova nədir? Nabat Aşurbəyova nə deməkdir?