Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yevgeni Skibinski Şamaxıda anadan olmuşdur. Güman ki, 1859-cu ildə baş vermiş dağıdıcı zəlzələdən sonra onun valideynləri şəhəri tərk etmiş Şamaxı quberniyasını

Yevgeni Skibinski

  • Ana Səhifə
  • Vikipediya
  • Yevgeni Skibinski

Yevgeni Skibinski (pol. Eugeniusz Skibiński; 1858, Şamaxı – 1918) — polyakəsilli Azərbaycan memarı.

Yevgeni Skibinski
Şəxsi məlumatlar
Doğum tarixi 1858(1858)
Doğum yeri
  • Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1918(1918) (59–60 yaşında)
Vətəndaşlığı
  • Polşa
  •  Rusiya imperiyası
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı
Memarlıq üslubu klassisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yevgeni Skibinski

Mündəricat

Həyatı

Yevgeni Skibinski Şamaxıda anadan olmuşdur. Güman ki, 1859-cu ildə baş vermiş dağıdıcı zəlzələdən sonra onun valideynləri şəhəri tərk etmiş Şamaxı quberniyasının yeni mərkəzi olan Bakıya köçüblər. Skibinski 1886-cı ildə Peterburq Bədii Akademiyasını bitirmişdir. 1896-cı ilə qədər Bakı şəhər idarəsində texnik işləmiş, sonra isə Bakı texniki məktəbində (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllimlik etmişdir. O, çoxlu layihələr işləmiş, əsasən klassik memarlığın order sistemində birmərtəbəli evlərdən tutmuş üçmərtəbəli evlərə qədər çoxlu binalar tikmiş, klassik memarlıq üslubundan, o cümlədən, Zivər bəy Əhmədbəyov, İosif Qoslavski, Y. Skibinski, Kazimir Skureviç, İosif Ploşko, İohann Edel, Adolf Eyxler Azərbaycanın, o cümlədən Şərqin memarlıq irsindən öz işlərində istifadə etmişdir. 1900-cü ilə qədər 250-dən çox layihə hazırlamışdır.

Başqa memarlar kimi Skibinski də şərq memarlığının motivlərindən istifadə edirdi, amma Qoslavski Hacı Zeynalabdin Tağıyevin sarayının əsas zallarından birini işləyərkən Kordova xəlifətinin və Məğribin "alışıb yanan" memarlığına meyil göstərəndə; Skureviç şərq və qərb elementlərini uyğunlaşdırmağa çalışanda Skibinski Bakı və Abşeronun qədim memarlıq ənənələrinə meyil göstərdi.

Skibinskinin ilk layihələrində müəllif dəst-xəttini müəyyənləşdirmək çətindir. Onun istedadı XIX–XX əsrlərin dönəmində üzə çıxdı. O, Persidski küçəsindəki (indiki Muxtarov, 24, 1899; hazırda burda Memarlar Evi yerləşir) Ağabala Quliyevin mülkünü layihələşdirərkən istedadını nümayiş etdirdi.

Quliyevın yaşayış evi Şirvanşahlar sarayı memarlığının bilavasitə təsiri altında tikilmişdir. Sifarişçi o vaxta qədər Avropanı səyahət etmiş, Avropa şəhərlərinin tikililərini görmüşdü, buna baxmayaraq, qərara gəlmişdi ki, evini milli-romantik ruhda tikdirsin.

Binanın həcm kompozisiyası tamdır və plastikliyi ilə seçilir. İkinci mərtəbədə nəzərə çarpdırılmış baş tağlar, ikinci mərtəbənin künc hissəsinin stalaktit sisteminə istinad edən konxaların tili yarımgünbəzləri və daş üzərində bədii oyma ilə örtülmüş timpanlar – bu kompozisiya elementləri memarlıq motivlərinin birbaşa mənbəyinə işarə edir. Baxmayaraq ki, fasadların memarlığında Şərq memarlığının elementlərindən istifadə olunub, baş tağlar miqyas və tənasüblərinə görə üstün mövqeyini saxlayır və binanın ümumi kompozisiyasını yerli milli üslubda təfsir edir.

Quliyevin evi Şərq üslublu digər tikililərin fonunda fərqiənir. Keçmiş irsə bu müraciət Azərbaycan memarlığında milli-romantik təmayülün əhəmiyyətini artırmışdır.

Memar Y. Skibinski çoxlu yaşayış evləri tikmişdir, ancaq onlar şəhərin dar küçələrinin adi tikililəri arasında o qədər də seçilmirdilər. Onun yaradıcılıq tərcümeyi-halında yalnız Ağabala Quliyevin sifarişi ilə tikilmiş mülk xüsusilə fərqlənir. Ağabala Quliyevin evi adlanan bina Azərbaycan memarlıq tarixində şərəfli yer tutur. O, həmçinin 1883-cü ildə inşa olunan Bakı Dəmir Yolu Vağzalının tikintisində iştirak etmişdir. Bakıya istedadlı, memarlıqda yeni mövqeli memarların gəlməsi artıq gənc olmayan memarı şəhər idarəsindəki işini tərk etməyə və texniki məktəbə müəllimliyə keçməyə məcbur etdi.

1905-ci ildə tikilmiş Təzəpir məscidinin memarı olub.

Xatirəsi

2019-cu ildə Bakının Polşa Memarları küçəsindəki binalardan birində Skibinskiyə və digər polyak əsilli memarlara həsr olunmuş xatirə lövhəsi vurulub.

Layihə verdiyi binalar

Bina Şəkili Layihəsi verilən il İnşa edildiyi il Ünvan Qeydlər
Bakı Dəmiryolu Vağzalının binası

1883 Bakı
İkimərtəbəli yaşayış binası 1885 1887 Bakı
İkimərtəbəli yaşayış binası (altı ədəd) 1887 1888 Bakı
Asmaqatlı ticarət köşkləri 1888 1889 Bakı, Kanni-tepinski küç.
İkimərtəbəli yaşayış binası (iki ədəd) 1888 1890 Bakı, Suraxanı küç.
İkimərtəbəli yaşayış binası 1888 1890 Bakı, Krasnavodskaya küç.
Birmərtəbəli yaşayış binası 1888 1890 Bakı, Marinski və N.Priyutski küç. kəsişməsində
İkimərtəbəli yaşayış binası 1888 1891 Bakı
İkimərtəbəli yaşayış binası

1889 1891 Bakı, Persidski küçəsində (hazırda Muxtarov, 24)
Təzəpir məscidi

1905 1914 Bakı, Mirzə Fətəli Axundov küçəsi,7

Ədəbiyyat

  • Elxan Süleymanov. "Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi". Bakı, 2013.
  • Ш. С. Фатуллаев. Жилые дома в застройке городов Азербайджана на рубеже XIX-XX веков. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1963.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yevgeni Skibinski haqqında məlumat. Yevgeni Skibinski nədir? Yevgeni Skibinski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oskar

  • Fevral 23, 2026

    Adobe Photoshop

  • Fevral 27, 2026

    Şahzadə Şahənşah

  • Fevral 25, 2026

    Aşağı Seyidəhmədli

  • Fevral 27, 2026

    Anfas

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst