Ramazan İzzət oğlu Hudulov (24 noyabr 1994, Qaysa, Balakən rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi iştirakçısı və Vətən Müharibəsi Qəhrəmanı.
| Ramazan Hudulov | |
|---|---|
| Ramazan İzzət oğlu Hudulov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 24 noyabr 1994 (31 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Milliyyəti | avar |
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Qoşun növü | Quru qoşunları |
| Rütbəsi | Mayor |
| Döyüşlər | İkinci Qarabağ müharibəsi |
| Təltifləri | |
Həyatı
Ramazan Hudulov 1994-cü il 24 noyabrda Balakən rayonunun Qaysa kəndində doğulub. Əslən avardır.
2001–2008-ci illərdə Balakən rayon M. Hudulov adına Meşəşambul kənd orta məktəbində təhsil alıb. 2008-ci ildən 2010-cu ilə qədər təhsilini Bakı şəhəri Nizami rayonu 70 saylı Pilot Məktəb Liseyində davam etdirmişdir. 2010-cu ildən yenidən Balakən rayon M. Hudulov adına Meşəşambul kənd orta məktəbində oxumağa davam etmiş, 2012-ci ildə həmin məktəbi bitirmişdir.
2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2016-cı ilin iyun ayında ona ilk zabit hərbi rütbəsi (Leytenant) verilib. Motoatıcı taqımın komandiri, motoatıcı bölüyün komandiri, 2019-cu ilin iyul ayından 2019-cu ilin dekabr ayına qədər 702 nömrəli hərbi hissədə motoatıcı bölüyün komandiri, mexanikləşdirilmiş bölüyün komandiri, mexanikləşdirilmiş tabor komandirinin müavini, mexanikləşdirilmiş taborun komandiri, motoatıcı taborun komandiri vəzifələrində xidmət edib.
Döyüşlərdə iştirakı
Ramazan Hudulov 2020-ci il sentyabrın 27-si Xocavənd istiqamətindən döyüşlərə başlayıb. Xocavənd, Füzuli uğrunda döyüşlərdən, Şuşa şəhərinədək döyüş yolu keçmişdir. Daşaltı uğrunda gedən döyüşdə tabor komandiri ağır yaralandıqdan sonra ekstremal vəziyyətdə tabor komandiri kimi, çətin və məsuliyyətli vəzifəni öz üzərinə götürərək qarşısına qoyulan mühüm döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə nail olmuşdur.
Füzuli rayonunun Dövlətyarlı kəndində bel nahiyyəsindən 4 qəlpə yarası almış, amma bu, döyüşləri davam etdirməyinə mane olmur və həkimlərin müdaxiləsindən sonra əsgərləri ilə bərabər yenidən döyüşlərə qatılır.
Daşaltı kəndinin azad olunmasında tabor komandiri qol nahiyəsindən ağır yaralandığından tabor komandirini əvəz etmiş, Daşaltının azad olunmasında əsgərləri ilə birlikdə döyüşmüşdür. Daşaltıda vəziyyəti tam nəzarətə götürdükdən sonra yuxarı komandanlığa məruzə etmişdir.
Bundan sonra Daşaltı kəndi istiqamətindən yüksəkliklərlə doğru irəliləyirək düşmənin müqavimətini qıraraq Laçın dəhlizini tutmağa və düşmənə gələn təminatı kəsməyə nail olmuşdur.
Təltifləri
(2018) — "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
(09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
— "Cəbrayılın azad olunmasına görə" medalı
(29.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı
(29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı
— "Şuşanın azad olunmasına görə" medalı
— "Vətən müharibəsi iştirakçısı" medalı
(02.02.2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Filmoqrafiya
- Dəmir Yumruq (film, 2021) (Real Təhlil və İnformasiya Mərkəzinin sənədli filmi)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramazan Hudulov haqqında məlumat. Ramazan Hudulov nədir? Ramazan Hudulov nə deməkdir?
