Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məzahir Rüstəmov (2 mart 1960, Bakı – 6 avqust 1992, Gədəbəy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Məzahir Rüstəmov

  • Ana Səhifə
  • Vikipediya
  • Məzahir Rüstəmov

Məzahir Rüstəmov (2 mart 1960, Bakı – 6 avqust 1992, Gədəbəy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Məzahir Rüstəmov
Məzahir İzzət oğlu Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 2 mart 1960(1960-03-02)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 6 avqust 1992(1992-08-06) (32 yaşında)
Vəfat yeri
  • Gədəbəy rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri
  • Şəhidlər Xiyabanı
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Uşağı 1
Atası İzzət Rüstəmov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi
Baş leytenant
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Adı Böyük Vətən Müharibəsi iştirakçısı, təyyarəçi Məzahir Abasovun şərəfinə qoyulmuşdur. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir.

Döyüşlərdə iştirakı

Mutudərə olduqca mühüm strateji yer olduğundan ermənilər buranı işğal etmək istəyirdilər. Buna görə də Məzahir bütün bilik və bacarığından istifadə edərək yalnız döyüşçü kimi deyil, həm kəşfiyyatçı, həm də hərb müəllimi kimi fəaliyyət göstərmişdir. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilmişdir. Məzahir cəsur komandir olaraq müdafiəni layiqincə yerinə yetirirdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün qəfil hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü. Məzahir öz cəsur döyüşçüləri ilə kəndin müdafiəsinə qalxır. Onlar dinc əhalinin kənddən çıxmasına şərait yaradırlar. Məzahir son nəfəsinə qədər döyüşür, ümid etdiyi əlavə kömək isə gəlib çatmır. Bu döyüşdə Məzahir Rüstəmov qəhrəmancasına həlak olur; düşmən əlinə diri düşməsin deyə, axırıncı qumbarası ilə özünü partladır. Son nəfəsinəcən vuruşan komandir Məzahir Rüstəmov Gədəbəyin Şınıx bölgəsində böyük faciənin qarşısını ala bilir. Erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə saldı, özü ilə bərabər xeyli qulduru məhv edən Məzahirin bu əfsanəvi qəhrəmanlığı elləri gəzdi. Məzahirin belə ölümü qığılcımı alov etdi. Polkovnik Cahangir Rüstəmovun başçılığı ilə döyüşçülərimiz hücuma keçərək 8 avqust 1992-ci il tarixdə Mutudərəni və Başkəndi erməni işğalçılarından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi.

Ailəsi

Ailəli idi, Təhminə adında qızı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Xatirəsi

Xatirə lövhəsi
  • Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
  • Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb.
  • Qəhrəmanın haqqında "Anama deyin ki", "Əfsanəyə dönmüş ömür", "Ərdağına gedən yol" kitabları və bir çox yerli qəzetlər və jurnallarda, eyni zamanda Türkiyənin "Hüriyyət" və "Zaman" qəzetlərində geniş məqalələr çap edilmişdir.
  • 2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman — İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.

Ədəbiyyat

  • Elbrus Şahmar "Şah İsmayıl qartalları" Bakı-1996. ("Dağlar özümə qaldı" oçerki) səh.27–33.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 246.

Haqqında yazılmış şeirlər

  • Tapdıq Əlibəyli. "Qəhrəmanlar unudulmur"; "Torpağın səsi", 1999-cu il (kitab)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məzahir rüstəmov sözünün mənası, məzahir rüstəmov haqqında məlumat. məzahir rüstəmov nədir? məzahir rüstəmov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Karrar (tank)

  • Fevral 27, 2026

    Andropogoneae

  • Mart 01, 2026

    Sumatra kərgədanı

  • Mart 06, 2026

    Midqard

  • Mart 05, 2026

    Azadlıq barrikadalarda

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst