Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karrar (fars. کرار‎ – Zərbə) — İran istehsalı əsas döyüş tankı. Bu tank ilk dəfə 12 mart 2017-ci ildə ictimaiyyətə təqdim olunmuşdur. İctimaiyyətə verilən məlum

Karrar (tank)

  • Ana Səhifə
  • Vikipediya
  • Karrar (tank)

Karrar (fars. کرار‎ – Zərbə) — İran istehsalı əsas döyüş tankı. Bu tank ilk dəfə 12 mart 2017-ci ildə ictimaiyyətə təqdim olunmuşdur. İctimaiyyətə verilən məlumata əsasən elektro-optik atəş nəzarət sistemi, lazer məsafəölçən, ballistik kompüter, gündüz və gecə görünüş sistemlərinə sahibdir.

Karrar
İranın yeni 3-cü nəsil tankı olan Karrar
İranın yeni 3-cü nəsil tankı olan Karrar
Tipi Əsas döyüş tankı
Ölkə
  •  İran
İstismar tarixçəsi
İstismar illəri 2017-davam edir
İstismar edənlər İran
İstehsal tarixçəsi
İstehsalçı İran Müdafiə Sənayesi Nazirliyi
İstehsal illəri 2017
Xüsusiyyətləri
Ağırlığı 51 ton
Sürət 70 km/s
Əsas silah 125 mm yivsiz top
Köməkçi silah 12.7 mm və 7.62 mm pulemyot
Ekipaj 3 (atıcı, komandir, sürücü)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

T-90 tankı ilə oxşarlığına baxmayaraq, Rusiyanın İranla lisenziya altında bu tankları istehsal etmək haqqında müqaviləsi yoxdur.

Mündəricat

Tarixi

Karrarın ictimaiyyətə təqdimatından sonra, Tehran 12 mart 2017-ci ildə kütləvi istehsalın ediləcəyini açıqladı.

Tasnim Xəbər Agentliyinə danışan briqada generalı olan Kiomars Heidari, Karrarın 2018-ci ildə təslim ediləcəyini söylədi.

Tasnim Xəbər Agentliyinin 18 iyul tarixində yayımlanmış bir xəbərinə görə İnqilab keşikçiləri korpusuna 800 Karrar əsas döyüş tankının verilməsi planlaşdırılır.

Dizayn

Karrarın əsas silahı tüstü bombası və termal qol ilə təchiz edilmiş 125 mm-lik yivsiz topdur. Tankın tank qülləsinin damına 12.7 mm-lik uzaqdan idarəedilən zenit pulemyotu mərkəzi quraşdırılmışdır. Tankın əsas silahı anti-tank lazer başlıqlı döyüş raketlərini də ata bilir. Bundan əlavə tanka avtomatik yükləmə sistemi əlavə edilmiş və bununla da tankın ekipajında yükləyiciyə olan ehtiyac aradan qalxmış və beləliklə tankın ekipajından bir adam azaldılmışdır.

Karrar tanklarının zirehi ehtimala görə yeni nəsil kompozit zireh ilə təchiz edilmişdir. Partlayıcı reaktiv zireh isə gövdə və qüllənin ön hissəsinə əlavə edilmişdir. Yanlarda zireh lövhələridə tanka əlavə edilmişdir.

Tankların hərəkət mənzilini uzatmaq üçün tankların yanacaq çənlərini tankın arxa hissəsində də yerləşdirmək mümkündür.

Rus tankları ilə oxşarlıq

İran İslam Respublikasının Müdafiə Sənayesi naziri Briqada generalı Hossein Dehqan Karrar tankları haqqında demişdir: “Bu tank dünyanın ən yaxşı tankları ilə 3 sahədə rəqabət edə bilər: güc, çeviklik və hərəkətlilik. Ayrıca olaraq döyüş meydanlarında dayanıqlıq və baxım. Tank hədəfə doğru çox dəqiq və sərrast atəş açmaq qabiliyyətinə sahibdir. Ayrıca olaraq tank silahçı və komandir tərəfindən də idarə edilə bilər.”

Təqaüdə çıxmış General-mayor Vladimir Bogatyrev bu tank haqqında belə demişdir: “Mütəxəssislərin Karrarı T-90 platformasının ən inkişaf etmiş modifikasiyası olan T-90MS-in bir nüsxəsi olaraq görməsi təsadüfi deyildir.”

Bundan başqa Rusiyanın Milli Təqaüdə çıxmış Hərbçilər Birliyi Təşkilatı bu tank haqqında demişdir: “Bu tank əslində T-72 platforması əsasında yaradılsa da, tankın hazırlamasında ABŞ istehsalı olan M1 Abrams və M60 Patton tanklarındanda nələrsə var. Bəzi xüsusiyyətlər isə M48 Patton və Böyük Britaniya istehsalı olan Chieftain tanklarından götürülmüşdür. Bütün bunların əsasında İran öz tankını yaratmağa çalışmışdır.”

Qalereya

Həmçinin bax

  • T-90
  • İranın müdafiə sənayesi
  • Zülfüqar (tank)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, karrar (tank) sözünün mənası, karrar (tank) haqqında məlumat. karrar (tank) nədir? karrar (tank) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Niderland Karibi

  • Fevral 27, 2026

    Ostqotlar

  • Mart 01, 2026

    Fıstıqkimilər

  • Fevral 27, 2026

    Nü (janr)

  • Mart 01, 2026

    Nepal coğrafiyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst