Aytəkin Məmmədov (29 may 1967, Göyəlli, Gədəbəy rayonu – aprel 1991, Xanlar rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
| Aytəkin Məmmədov | |
|---|---|
| Aytəkin İsrayıl oğlu Məmmədov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Göyəlli, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Quşçu, Xanlar rayonu, Azərbaycan |
| Vəfat səbəbi | Şəhid |
| Dəfn yeri | Göyəlli, Gədəbəy rayonu |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü | Xüsusi Təyinatlı Polis Dəstəsi |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi |
| Təltifləri | |
Həyatı
29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə burada məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi xidmətə çağırılımışıdır. 1987-ci ildə ordudan tərxis edilmişdir.
Döyüşlərdə iştirakı
1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olur. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin döyüşə atılır erməni yaraqlılarını məhv edən cəsur döyüşçü qəhrəmancasına həlak olur.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Göyəlli kənd qəbristanlığında dəfn edilmişdir.
Xatirəsi
- Bakı şəhəri 38 nömrəli tam orta məktəb və Gədəbəy rayon Göyəli kənd orta məktəbi onun adını daşıyır. 38 nömrəli məktəbdə böyük portireti, Göyəli məktəbində isə büstü qoyulmuşdur.
- 2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman — İsgəndər Aznaurov, İlham Əliyev və Məzahir Rüstəmovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aytəkin məmmədov sözünün mənası, aytəkin məmmədov haqqında məlumat. aytəkin məmmədov nədir? aytəkin məmmədov nə deməkdir?
