Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fatehpur-Sikri (hind dilində फतेहपूर सिकरी, ing. Fatehpur Sikri, urduca فتحپور سیکری) — Hindistanın Uttar-Pradeş ştatının Aqra rayonunda şəhər. 1571–1585-ci ill

Fatehpur-Sikri

  • Ana Səhifə
  • Vikipediya
  • Fatehpur-Sikri

Fatehpur-Sikri (hind dilində फतेहपूर सिकरी, ing. Fatehpur Sikri, urduca فتحپور سیکری) — Hindistanın Uttar-Pradeş ştatının Aqra rayonunda şəhər. 1571–1585-ci illərdə Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın dövründə paytaxt şəhər olmuşdur, daha sonra imperatorun Lahoru iqamətgah qərar verməsi ilə əvvəlki statusunu itirmişdir. 1986-cı ildə qədim Fatehpur-Sikri şəhəri UNESCO-nun Ümumdünya irsi abidələri siyahısına daxil edilib.

Fatehpur-Sikri
27°05′28″ şm. e. 77°39′40″ ş. u.HGYO
Ölkə
  •  Hindistan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 213 m
Əhalisi
Əhalisi
  • 32.905 nəf. (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 5240
Poçt indeksi 283110
Digər
fatehpursikri.gov.in
Xəritəni göstər/gizlə
Fatehpur-Sikri xəritədə
Fatehpur-Sikri
Fatehpur-Sikri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Böyük Moğol İmperiyasının imperatoru Əkbər şah Aqradan 60 km aralıda yerləşən Fatehpur-Sikri şəhərini inşa etdirmişdir. Hökmdarın bu şəhəri tikdirməsinin səbəbi hörmətlə yanaşdığı, rəğbət göstərdiyi "çiştiyyə" təriqətinin yaradıcısı Səlim Çiştinin orada yaşaması idi. Şəhər öz adını — "Zəfər şəhəri" — Moğol imperatorunun Kxanva — Aqradan 40 km aralıda yerləşən ərazidə baş verən döyüşdə qazandığı qələbənin şərəfinə almışdır. Əkbər şah isə şəhəri paytaxt elan etdikdən sonrra burada qalada inşa etdirmişdir.

Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın sərbəst düşüncəli və tolerant hökmdar olması onun çoxlu hindu racasının dəstəyini qazanmasına gətirib çıxarmışdır. Racalar şəhərin tikintisi üçün həm pul yardımı göstərmiş, həm də ustalar göndərmişlər.

Fatehpur-Sikri 1569–1585-ci illər arasında inşa edilmişdir. Sistemli şəkildə planlanmış qalanın perimetri 14 kilometrdir, üç tərəfı qala divarları ilə əhatəlidir. Doqquz qala qapısı və bir tərəfında çox böyük süni göl salınmışdır. Qalanın içindəki böyük məscid geniş bir sahəni əhatə edir, üç tərəfındə dəhlizlər vardır. Dörd künclü cami ibadət yerləri ilə əhatələnmişdir, bunlar kiçik qübbəli hücrələrdir. Camenin şimalında iki türbə vardır, bunlardan biri Səlim Çistiyə aiddir. Camenin cənubunda "Bolənd Darvaza", yəni, "yüksək qapı" yerləşir, bu darvaza 44 metr hündürlükdə, 40 metr endədir, qapının önündə 42 pilləkan vardır. "Böyük Zəfər Qapısı" da deyilən "Bolənd Darvaza" Əkbər şahın Qucarat zəfərinin şərəfinə inşa edilmişdir. Fatehpur (Fəthipur) Sikrinin digər möhtəşəm tikintiləri "Codh Bai" sarayı və s. binalardır. Hindistanda ən məşhur memarlardan biri Əkbər Fəthulla Şirazinin rəhbərliyi altında Aqra və Fütehpur Sikridə güclü suqaldırıcı sistem inşa edilmişdir. Fatehpur-Sikri şəhəri qısa müddətdə paytaxt olsa da, Əkbər şahın öz qərarı ilə bir müddət sonra paytaxt yenidən Delhi şəhərinə köçürülmüşdür.

Həmçinin bax

  • Çiştiyyə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fatehpur-Sikri haqqında məlumat. Fatehpur-Sikri nədir? Fatehpur-Sikri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Raciv Qandi

  • Fevral 27, 2026

    Canet Cekson

  • Fevral 27, 2026

    Ortodontiya

  • Fevral 27, 2026

    Gəlir vergisi

  • Fevral 27, 2026

    Sen-Malo

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst