Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mələkxanım Yadigar qızı Eyubova (5 noyabr 1962, Şamaxı) — xanəndə, muğam ifaçısı, Azərbaycanın xalq artisti.

Mələkxanım Əyyubova

  • Ana Səhifə
  • Vikipediya
  • Mələkxanım Əyyubova

Mələkxanım Yadigar qızı Eyubova (5 noyabr 1962, Şamaxı) — xanəndə, muğam ifaçısı, Azərbaycanın xalq artisti.

Mələkxanım Eyubova
Ümumi məlumatlar
Doğum tarixi 5 noyabr 1962 (63 yaş)
Doğum yeri Şamaxı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Fəaliyyət illəri 1979-cu ildən
Janr muğam
Musiqi alətləri dəf
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Elmi adı
  • professor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20022002 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19981998
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20232023
melekxanim.com

Mündəricat

Həyatı

Mələkxanım Eyubova 5 noyabr 1962-ci ildə Şamaxıda anadan olmuşdur. 1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı orta məktəbdə təhsil almışdır.

Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə. Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil almışdır. 1980-ci ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışmışdır.

Dünyanın bir çox ölkələrində — ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış etmişdir.

1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşdur.

10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə professor vəzifəsində çalışır. Azərbaycanın əməkdar (1998) və xalq artisti (2002) adına layiq görülmüşdür.

Almaniya, Fransa və Türkiyədə muğam albomları buraxılmışdır.

Heydər Əliyev Fondunun mükafatçısıdır. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.

Filmoqrafiya

  1. Qabil (film, 2001)
  2. Zəlimxan dastanı (film, 2007)
  3. Xalq təranələri (film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mələkxanım əyyubova sözünün mənası, mələkxanım əyyubova haqqında məlumat. mələkxanım əyyubova nədir? mələkxanım əyyubova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tat

  • Fevral 27, 2026

    Həvari Yuhənna

  • Fevral 27, 2026

    Casearia crassinervis

  • Fevral 25, 2026

    Ramazan Hudulov

  • Fevral 27, 2026

    Kəpənəkçi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst