Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmməd Mirzə Kərim oğlu Əfəndiyev (1878, Çuxur Qəbələ, Qutqaşen rayonu – 1941, Göyçay)—Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, pedaqoq.

Məhəmməd Əfəndiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmməd Əfəndiyev

Məhəmməd Mirzə Kərim oğlu Əfəndiyev (1878, Çuxur Qəbələ, Qutqaşen rayonu – 1941, Göyçay)—Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, pedaqoq.

Məhəmməd Əfəndiyev
Məhəmməd Mirzə Kərim oğlu Əfəndiyev
Doğum tarixi 1878
Doğum yeri Çuxur Qəbələ, Qəbələ
Vəfat tarixi 1941 (62–63 yaşında)
Vəfat yeri Göyçay
Fəaliyyəti pedaqoq

Həyatı

XX əsrin əvvəllərində məktəb açılan kəndlərdən biri də, Qutqaşenin (indiki Qəbələ) Hacallı kənd idi. Hacallı kənd sabiq üç qəzanın (Ağdaş, Göyçay və Nuxa) kənd təsərrüfatı və iqtisadıyyatını birləşdirən kənd idi. Hacallı 15 evli balaca kənd olmasına baxmayaraq. böyük bazarı ilə yanaşı. 2 karvansarası, 3 çayçı dükam və anban var idi. 1905-ci ildə Hacallı 2 illik rus-tatar məktəbmi təşkil etmək üçün Çuxurqəbələ kəndindən Məhəmməd Əfəndiyev məktəb müdiri və müəllim təyin olunur. Məhəmməd Əfəndiyev çox bacarıqlı və təşkilatçı bir pedaqoq olmaqla bərabər, yerli məmurların qılığına girərək, məktəb üçün 5 desyatin yer ayrılmasına ona nail olur. Hacallı kəndində məktəb binası tikdirir və bağçılıq təmayülündə 2 illik 5 sinifli məktəb təşkil edir.

Məhəmmədin bağçılıq təmayülündə yaratdığı məktəb o dövrdə Gəncə qubemiyasında birinci hesab olunur və ətraf qəzaların kəndlərındən bağçılıq Sənətını öyrənmək üçün tələbələr Hacallı kəndinə gəlib təcrübə öyrənirdilər.

Dövrün görkəmlin maarifçisi Cahangir Şıxməmmədbəyov xatirələrində yazır ki, Məhəmməd Əfəndiyevin atası Mirzə Kərim kənd mirzəsi olmuş, 3 oğlan hökumət hesabına Qori Seminariyasında oxutmuşdu. Bu qardaşların böyüyü Məhəmməd Əfəndiyev idi. Ondan kiçiyi Həsən Əfəndiyev əvvəlcə Zaqatalada, sonra Ağdaşda müəllimlik etmişdir. 3-cü oğlu Paşa Əfəndiyev əvvəlcə Bumda sonra Çuxur Qəbələdə müəllimlik etmişdir.

Məhəmməd Əfəndiyev 1878-ci ildə Çuxur Qəbələdə anadan olmuşdur. O, 1896-cı ildə Qori seminariyasını bitirdikdən sonra Qutqaşen (Qəbələ) rayonunun Vəndam kəndində müəllim işləmişdir. 1899-cu ilə kimi Vəndamda, 1899–1900-cü illərdə Qaryagin qəzasının (indiki Füzuli rayomu) Hadrut kəndində, 1900–1915-ci illərdə Vartaşen rayonunun (indiki Oğuz) Xaçmaz kəndində müəllimlik etmişdir. M. Əfəndiyev 1905-ci ildə yenidən Hacallı kəndinə qayıdır, 2 illik məktəb təşkil edir, 1915-ci ilə kimi orada müdir və müəllim, 1915–1918-ci illərdə Qutqaşen rayonunun Çuxurqəbələ kəndində məktəb müdiri işləyir.

Maarif təşkilatçısı olan M. Əfəndiyev 1918–1920-ci illərdə Ağdaş şəhər məktəbində müəllim işləyir, 1920–1927-ci illərdə Ağdaş Şəhər İcraiyyə Komitəsi nəzdində mədəni-maarif şöbəsinə, 1927–1929-cu illərdə Göyçay Maarif Şöbəsinə, 1929–1941-ci illərdə Göyçay Maarif Şöbəsinə, 1929–1941-ci illərdə Göyçay Pedaqoji Texnikumuna rəhbərlik edir. Görkəmli maarifçi ömrünün o45 ilini xalq maarifinə sərf edərək minlərlə azərbaycanlı ziyalısı yetişdirir. O, maarif sahəsindəki xidmətlərinə görə 1934-cü ildə Əmək Qəhrəmanı fəxri adına layiq görülmüş, Lenin ordeni və bir neçə medalla mükafatlandırılmışdır.

Məhəmməd Əfəndiyev 1941-ci ildə Göyçayda vəfat etmiş və orada dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmməd Əfəndiyev haqqında məlumat. Məhəmməd Əfəndiyev nədir? Məhəmməd Əfəndiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Avrora (kreyser)

  • Fevral 27, 2026

    Trifolium affine

  • Fevral 27, 2026

    İsveç-Norveç birliyi

  • Fevral 27, 2026

    Ağcaarx

  • Fevral 27, 2026

    Naxçıvan tüməni

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst