Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gennadi Brijatyuk (rus. Геннадий Демьянович Брижатюк; 30 yanvar 1935, Gəncə – 11 iyul 2008, Bakı) — rusəsilli Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əmə

Gennadi Brijatyuk

  • Ana Səhifə
  • Vikipediya
  • Gennadi Brijatyuk

Gennadi Brijatyuk (rus. Геннадий Демьянович Брижатюк; 30 yanvar 1935, Gəncə – 11 iyul 2008, Bakı) — rusəsilli Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Moskvanın Rəssamlar İttifaqı, Rusiyanın Mədəniyyət Nazirliyi, Bakının, Fransanın, Türkiyənin qalereyalarında, Azərbaycan və dünya ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.

Gennadi Brijatyuk
rus. Геннадий Демьянович Брижатюк
Doğum tarixi 30 yanvar 1935
Doğum yeri Gəncə, Azərbaycan SSR
Vəfat tarixi 11 iyun 2008 (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti Rus
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Bakı Rəssamlıq Məktəbi
Stil Sosialist realizm
Təsirlənib Abşeron rəssamlıq məktəbi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 19921992

Həyatı

Gennadi Demyanoviç Brijatyuk 1935-ci ilin 1 yanvar tarixində Gəncə şəhərində anadan olub. Bakıda yerləşən Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini dörd dəfə ara verməklə səkkiz ilə tamamlamışdır. Rəssamlıq təhsilinə qarşı məsuliyyəsiz yanaşması səbəbindən bəzi tənqidçilər Gennadi Brijatyukun üslubunu Sosialist realizm olduğunu qeyd edirlər.

Rəssamın Bakı Müasir İncəsənət Muzeyində saxlanılan avtoportreti.

Rəssamlıq fəaliyyətinə 1940–50-ci illərdən etibarən başlamışdır. Rəssam ilk başlarda sevgi səhnələrini və xüsusilə gül təsvirlərini çəkməyə başlayır. Gül təsvirlərinin arasında buket rəsmləri xüsusi yer tutur. Rəsmlərində peyzaj təsvirlərinə geniş yer vermişdir. Peyzaj təsvirlərindən ən yaxşıları Abşeronla bağlıdır. Rəssamın özü də Abşeron rəssamlıq məktəbinin nümayəndəsi hesab olunur.

Brijatyukun fəaliyyəti ərzində nə qədər rəsm əsəri çəkdiyi məlum deyil. Rəsmləri sayı, rəssamın yaxınları və məsləkdaşları tərəfindən belə dəqiq bilinmir. Əsərləri müxtəlif muzeylərdən tutmuş, şəxsi kolleksiyalara qədər yayılmışdır. Bəzi tablolar Bakı şəhərində yerləşən Azərbaycan Milli İncəsənət Muzeyində, bəziləri isə Moskva şəhərində yerləşən Azərbaycanın Rusiya səfirliyində saxlanılır.

Rəssamın xaricə səfər etməməsinə baxmayaraq, bəzi əsərləri Amerika Birləşmiş Ştatları, Böyük Britaniya Fransa, İtaliya, Türkiyə və Almaniyada şəxsi kolleksiyalarda saxlanılır. Bu baxımdan daha çox əsərin Fransada olduğu ehtimal edilməkdədir.

Şəxsi kolleksiyalarda saxlanılan rəsmlərin əhəmiyyətli bir hissəsi də Azərbaycandadır. Məlum olan ən böyük kolleksiya fotoqrafiya üzrə professor Hüseyn Hüseynzadənin kolleksiyasıdır. Rəssamla şəxsi tanışlığı olan Hüseyn Hüseynzadə 40 il ərzində 300-dən çox tablonu əldə edə bilmişdir.

Brijatyuk rəssamlıqla yanaşı şeir də yazmış, ancaq şeirlərini heç bir zaman nəşr edirməmişdir. Azərbaycan Respublikasının 1-ci prezidenti, Ayaz Mütəllibovun 1992-ci il 4 mart tarixli 604 nömrəli sərəncamı ilə Gennadi Demyanoviç Brijatyuk Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adı verilmişdir. Rəssam həyatının son illərini Bakı şəhərində, İstiqlaliyyət küçəsi və Şeyx Şamil küçələrinin kəsişməsində yerləşən şəxsi emalatxanasında yaşamışdır. 2008-ci ilin 11 iyun tarixində öz evində vəfat etmişdir.

Qalereya

  • Gennadi Brijatyuk rəsmləri
  • Qızılgüllər
    Qızılgüllər
  • Güllər
    Güllər
  • Qadın portreti
    Qadın portreti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gennadi Brijatyuk haqqında məlumat. Gennadi Brijatyuk nədir? Gennadi Brijatyuk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Femtometr

  • Fevral 27, 2026

    Kosalı

  • Fevral 27, 2026

    Qorğan (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Kavalalı ailəsi

  • Fevral 27, 2026

    Abutalıbov itburnusu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst