Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Murad Rəhimov (ing. Mourad Ragimov) — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri, ABŞ ordusunun kapralı,ABŞ fəxri xiyabanında dəfn edilmiş yeganə Azərbay

Murad Rəhimov

  • Ana Səhifə
  • Vikipediya
  • Murad Rəhimov

Murad Rəhimov (ing. Mourad Ragimov) — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri, ABŞ ordusunun kapralı,ABŞ fəxri xiyabanında dəfn edilmiş yeganə Azərbaycanlı hərbçi.

Murad Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1984(1984-04-02)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 26 yanvar 2005(2005-01-26) (20 yaşında)
Vəfat yeri
  • İraq
Vətəndaşlığı
  •  Azərbaycan
Hərbi fəaliyyəti
Rütbəsi Kiçik kapral kiçik kapral
Təltifləri

Mündəricat

Həyatı

Murad Rəhimov 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın tanınmış opera müğənnisi Sona Aslanova'nın nəvəsi idi. Murad Amerikaya ailəsi ilə birlikdə dörd yaşı olan zaman köçür. Orta təhsilini burada alan Murad 6 yaşında məktəbdən çıxıb kollecə daxil olmaq üçün kurslara yazılır. Murad ABŞ ordusunda xidmət etmək üçün ilk niyyətini ailəsinə bildirir. Ailənin razılığını aldıqdan sonra Murad ABŞ ordusunda xidmətə başlayır. Murad Rəhimov 2003-cü ildə Birləşmiş Ştatların İraqa müdaxiləsindən bir neçə ay sonra orduya yazılıb San-Diyeqoda hərbi düşərgədə təlimlərə başlamışdı. 2004-cü ilin fevral ayında onun xidmət etdiyi birləşmə təlimlər üçün Havay adalarına yerləşdirilmişdi.

Burada avtomatçı kimi təlim alandan sonra sentyabr ayında o, ABŞ hərbi dəniz qüvvələrinin 1-ci Batalyonunun tərkibində İraqa göndərilmişdi. Murad atasından İraqa göndərildiyini anasına deməməyi xahiş etmişdi. Yalnız bir müddət sonra anası ilə telefon söhbətində o artıq İraqda olduğunu desə də, hərbi əməliyyatlar barədə danışmamışdı. Murad Rəhimov Fəllucə yaxınlığında ən şiddətli döyüşlərin getdiyi bir yerdə xidmət edirdi. O, fevral ayında İraqdan ABŞ-yə qayıtmalı idi. Yanvarın 25-də Murad Rəhimov qum tufanı zamanı baş vermiş vertolyot qəzasında[ing.] 30 başqa Amerika əsgəri ilə birlikdə həlak oldu. Həlak olan zaman Muradın 20 yaşı vardı. Murad Rəhimov San-Dieqo'da yerləşən Fort Rosecrans məzarlığında dəfn edilib.

Təltifləri

  • "İgidliyə görə" medalı: Havay adalarında ABŞ hərbi dəniz qüvvələrinin bazasında təlimdə iştiraka görə.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, murad rəhimov sözünün mənası, murad rəhimov haqqında məlumat. murad rəhimov nədir? murad rəhimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Britlər

  • Mart 01, 2026

    Təxliyə

  • Fevral 27, 2026

    Taclı Bəyim

  • Fevral 27, 2026

    Şarliz Teron

  • Fevral 27, 2026

    Elektron volt

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst