Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bumın xaqanın ikinci oğlu idi. Çjou kitabında və Şi-Ci kitabında onun haqqında "qəribə görünüşlü, qırmızı saçlı, lapis daşı kimi gözlərə sahib, qəddar, cəsur və

Muğan xaqan

  • Ana Səhifə
  • Vikipediya
  • Muğan xaqan

Muğan xaqan (554-572) — Aşina sülaləsindən Göytürk xaqanlığının III xaqanı.

Muğan xaqan

木桿可汗/木杆可汗
Göytürk xaqanlığının III xaqanı
554 – 572
ƏvvəlkiQara İssıq xaqan
SonrakıTaspar xaqan
Şəxsi məlumatlar
Doğum tarixi I minillik
Vəfat tarixi 572
Vəfat yeri
  • Ordu-Balıq, Arxanqay, Monqolustan
Milliyyəti Türk
Fəaliyyəti hökmdar[d]
Atası Bumın xaqan
Uşaqları Apa xaqan, İmperatriça Aşina
Dini Tenqriçilik

Mündəricat

Həyatı

Bumın xaqanın ikinci oğlu idi. Çjou kitabında və Şi-Ci kitabında onun haqqında "qəribə görünüşlü, qırmızı saçlı, lapis daşı kimi gözlərə sahib, qəddar, cəsur və bilikli" şəxs kimi qeyd olunur.

Hakimiyyəti

Muğan xaqan 554-cü ildə taxta çıxan kimi ölkədə yeni qanun qəbul etdi. Qanuna görə oğul atanın varisi ola bilməzdi, yalnız kiçik qardaş böyük qardaşın varisi hesab oluna bilərdi. Buna görə də Muğan xaqanın ölümündən sonra xaqanlıq taxtına qardaşı Taspar xan keçdi və onun işlərini davam etdirib türk xaqanlığının ərazisini və nüfuz dairəsini daha da genişləndirdi . Göründüyü kimi, imperiyada bəhs olunan dövrdə mükəmməl bir idarəçilik sistemi qurulmuşdu. Dövlətin idarə olunması zamanı ortaya çıxan taleyüklü məsələlər qurultay vasitəsilə həll edilirdi.

Ki imperiyası ilə münasibətlər

Jujanlar Şimali Ki imperiyası tərəfindən himayə olunurdu. 554-cü ildə imperator Vensüan Anaxuanın oğlu Anloçeni jujanlara xaqan təyin edərək Şoçjou ətrafı torpaqları onlara bağışladı. Muğan xaqan 563-cü ilin qışında Şimali Çjou imperiyası ilə ittifaqa girərək Ki dövlətinin ikinci paytaxtı Tayyuana hücuma başladı.564-cü ilin qışınacan yağmalayan Muğan xaqan daha sonra bozqıra geri çəkildi. 564-cü ilin qışında yenidən Ki torpaqlarına qayıdan Muğan xaqan Şimali Çjou qəyyumu Yuven Hunun Ki ilə sülh bağladığından xəbərsiz idi. Göytürklərdən qorxan Yuven sülhü pozaraq ona qoşulmuşdu.

İşğallar

Muğan xaqan dövründə sərhədlər
Muğan xaqan dövründə sərhədlər

Onun dövründə əmisi İstəmi xaqanın başçılığı ilə göytürklər 555-ci ildə qərbə hərbi səfər etdi, Aral gölünə çatdı, Mərkəzi Qazaxıstanı, Yeddisunu, Xarəzmi ələ keçirdi. O, Aralın şimalında alanların, indiki macarların əcdadları uqorların ciddi müqavimətinə rast gəldi. 558-ci ildə türklər həmin qəbilələri məğlub edərək İdilə (Volqaya) çatdılar. İrana gedən türk elçilərinin eftalitlər (Ağ Hunlar) tərəfindən öldürülməsindən sonra, yenidən onların hücumları Mərkəzi Asiyaya yönəldi. Muğan xaqanın dövründə Göytürklər ən geniş sərhədlərinə çatmışdır.

Ailəsi

Muğan xaqanın qızı Şimal Çjou imperatoru Yuven Vu ilə evlənmişdi. Digər oğulları isə Apa xaqan və Yanqsu Tigin idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muğan xaqan haqqında məlumat. Muğan xaqan nədir? Muğan xaqan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Astrologiya

  • Fevral 27, 2026

    XI Konstantin

  • Fevral 27, 2026

    Qanlı almaz

  • Fevral 27, 2026

    Toponimika

  • Fevral 23, 2026

    Haaqa

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst