Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Morin Tiqrett (ing. Maureen Tigrett), birinci nikahdan Starki (ing. Starkey), doğularkən Meri Koks (ing. Mary Cox); 4 avqust 1946, Liverpul, Böyük Britaniya — 3

Morin Tiqrett

  • Ana Səhifə
  • Vikipediya
  • Morin Tiqrett

Morin Tiqrett (ing. Maureen Tigrett), birinci nikahdan Starki (ing. Starkey), doğularkən Meri Koks (ing. Mary Cox); 4 avqust 1946, Liverpul, Böyük Britaniya — 30 dekabr 1994, Vaşinqton, ABŞ) — "The Beatles" qrupunun barabançısı Rinqo Starın keçmiş həyat yoldaşı və onun üç uşağının anası.

Morin Tiqrett
ing. Maureen Tigrett
Doğum tarixi 4 avqust 1946
Doğum yeri Liverpul,  Böyük Britaniya
Vəfat tarixi 30 dekabr 1994 (48 yaşında)
Vəfat yeri Vaşinqton, ABŞ
Vəfat səbəbi Leykemiya
Vətəndaşlığı  Böyük Britaniya, ABŞ
Həyat yoldaşları Rinqo Star (1965–1975)
Ayzek Tiqrett (1989-1994)
Uşaqları Zak Starki
Ceyson Starki
Li Starki
Avqusta Tiqrett
Atası Cozef Koks
Anası Florens Koks (Barrett)
Fəaliyyəti Saç ustası, Manikürçü

Mündəricat

Erkən illəri

Merki Koks 4 avqust 1946-cı ildə, Liverpulda, (İngiltərə, Böyük Britaniya) Cozef Koks və Florens Koksun (qız soyadı Barrett (ing. Barrett) ailəsində doğulub. Ailədə yeganə uşaq olub. 14 yaşı olarkən kilsə-məktəbi tərk edərək öz adını Meridən Morinə dəyişib və özünün doğma şəhəri Liverpulda saç ustası və manikürçü kimi işləməyə başlayıb..

Rinqo Star

Koks, 15 yaşında olarkən mütəmadi olaraq “Cavern Club”a getdiyini və ora daxil olmaq üçün "The Beatles" fanatları arasındakı rəqabəti və uzun müddətli növbələri xatırlayırdı: "Mən heç vaxt açılışa iki yaxud üç saat qalmış növbədə dayanmazdım, çünki bu məni qorxudurdu. Nə zaman ki qapılar açılırdı qızlar arasında dava düşürdü."

Bir dəfə Morin mərc etdiyi üçün Pol Makkartnini öpmüşdü, ancaq onun Rinqo Stardan xoşu gəlirdi. Meri ondan avtoqraf almışdı, ancaq Star hələ uzun müddət onu görmürdü. Daha sonra Star etiraf edib ki, onların ilk görüşünü xatırlamır, çünki digər pərəstişkarları da eyni şeyləri edirdilər. Meri Rinqonu hər zaman "Riçi" adlandırırdı, çünki onun əsl adı Riçard Starki idi.

"The Beatles"ın çıxışları zaman qrup üzvlərinin diqqətini cəlb etmək uğrunda pərəstişkarların arasında dava düşərdi. Bəzi pərəstişkarların Morinin Rinqo Star ilə görüşdüyünü bilməsindən sonra Morini təhlükələr gözləyirdi. 14 fevral 1963-cü ildə Morin maşında Starı gözlədiyi zaman pərəstişkar tərəfindən sifəti cırmaqlanmışdı. Morin bir dəfə demişdir: "Mən ehtiyatlı olmalıyam, çünki pərəstişkarlar məni rahatlıqıa öldürə bilərdilər." Sonralar o pərəstişkarlar tərəfindən davam edən təhdidlərə görə saç ustalılığı işini dayandırmalı oldu.

1963-cü ilin sentyabrında Morin valideynlərinin icazəsi ilə Star, Makkartni və Ceyn Aşer ilə birlikdə Yunanıstana tətilə gedib. Bu qrupun Bitlomaniya başlayanadək keçirdiyi sonuncu sakit tətil idi.

Caxton hall, London. Starkilərin evləndikləri məkan.

3 iyun 1964-cü ildə, beynəlxalq turnenin başlaması ərəfəsində Star ağır xəstələnib. O yüksək temperatur və tonzillitlə xəstəxanaya çatdırılıb. Morin Rinqonun sağalmasına kömək etmək üçün hər gün xəstəxanaya gəlirdi, Rinqonun sağalmasından sonra isə onlar rəsmən cütlük oldular. 20 yanvar 1965-ci ildə Rinqo Morinə evlənmə təklifi etdi. Оnlar 11 fevral 1965-ci ildə evləndilər. O zamana qədər Morin artıq hamilə idi. Onun 18 yaşı var idi. Cütlüyün birinci övladı Zak Starki 13 sentyabr 1965-ci ildə kraliça Şarlottanın doğum evində dünyaya gəlib. Rinqo deyib ki, onun oğlu "bir qədər qəribədir," və əlavə edib: "mən Zakın barabançı olmasına imkan verməyəcəm." Rinqonun ikinci oğlu Ceyson Starki 18 avqust 1967-ci ildə, qızı Li Starki isə 11 noyabr 1970-ci ildə dünyaya gəlib. Starkilər Monteqyu Square, 34-də (Merilebon) yaşayırdılar. Qrupun meneceri Brayn Epsteyn təklif edib ki, qrupun üzvləri Eşerə, onun evinə yaxın ünvana köçsünlər, Lennon St George's Hill-də "Kenvud" adlı ev alıb, Corc Harrison isə Eşerlə qonşuluqda "Kinfauns" almışdır. 24 iyul 1965-ci ildə isə Starkilər South Road, St George's-da ev alıblar. 25 aprel 1969-cu ildə onlar aldıqları evi satıb və Elsteddə XVI əsrə aid malikanə alıblar.

Morin, Sintiya Lennon və Patti Harrison ilə dostluqdan zövq alırdı, onlar tez-tez birlikdə tətillərə gedir, mağazaları gəzirdilər. Rinqo Star söz verib ki, Morin üçün saç ustası biznesi yaradacaq, ancaq bu ideya həyata keçməyib, çünki Morin uşaqları böyütməklə məşğul olurdu.

Morin "The Continuing Story of Bungalow Bill" mahnısında bek vokal oxuyub və 1969-cu ildə Yoko Ono ilə birlikdə The Beatles dam konsertində iştirak edib. Pol Makkartninin "Get Back" mahnısını bitirdikdən sonra alqışlara görə "Çox sağ ol Mo" söylədiyini eşitmək olar. 1968-ci ildə Frenk Sinatra Morinin doğum günü şərəfinə özünün daha öncələr buraxılmış "The lady is a tramp" mahnısının xüsusi versiyasını yazdırmışdır. Starkilər Sinatranın 8 may 1970-ci il London konsertində iştirak ediblər.

1970-ci illərin əvvəlində Starkilərin münasibətlərində vəziyyət gərginləşmişdi, ancaq buna baxmayaraq Morin hələ də Rinqonun həyatının bir hissəsi olaraq qalırdı. 1970-ci ildə "The Beatles" qrupu dağıldı, elə Starkilərin münasibətləridə bu zaman bitdi. 17 iyul 1975-ci ildə onlar rəsmən ayrıldılar. Rinqo keçmiş həyat yoldaşına uşaqların üzərində qəyyumluğu və hər il lazımi ödənişlər üçün 70 000 funt sterlinq ödəməyə razılaşdı.

Ayrılıqdan sonrakı həyatı və ölümü

27 may 1989-cu ildə Morin Monakoda biznesmen Ayzek Tiqrettə (doğ. 1947) ərə getdi, Ayzek daha çox “Hard Rock Cafe”nin yaradıcısı kimi məşhur idi. Hələ nikaha girməmişdən öncə, 4 yanvar 1987-ci ildə Dallasda (Texas ştatı) onların qızı Avqusta Tiqrett dünyaya gəlmişdi.

Morin Tiqrett leykemiya ilə uzun sürən mübarizədən sonra, 30 dekabr 1994-cü ildə Sietlda (Vaşinqton) öz evində həyat yoldaşının və övladlarının əhatəsində vəfat edib.. Onun 48 yaşı var idi. Ölümündən sonra Pol Makkartni onun xatirəsinə “Little Willow” mahnısını yazıb.

Ədəbiyyat

  • The Ringo Starr Encyclopedia / Bill Harri, — Virgin Books, 2004. — ISBN 978-0753508435.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Morin Tiqrett haqqında məlumat. Morin Tiqrett nədir? Morin Tiqrett nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    ISO 639

  • Fevral 27, 2026

    Patrik Broun

  • Fevral 27, 2026

    Şor dili

  • Fevral 27, 2026

    Zülqədər

  • Fevral 28, 2026

    II Tomanbay

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst