Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Daşlıçay ilçəsi həmçinin Daşlıçay şəhər bələdiyyəsi 6324–6325 saylı qanun əsasında 1954-cü ildə yaradılmışdır.

Daşlıçay ilçəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Daşlıçay ilçəsi

Daşlıçay ilçəsi — Ağrı ilinin ilçəsi.

Daşlıçay ilçəsi
39°38′00″ şm. e. 43°22′40″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 20.450 nəf. (2018)
Daşlıçay ilçəsi xəritədə
Daşlıçay ilçəsi
Daşlıçay ilçəsi

Mündəricat

Tarix

Daşlıçay ilçəsi həmçinin Daşlıçay şəhər bələdiyyəsi 6324–6325 saylı qanun əsasında 1954-cü ildə yaradılmışdır.

Ərazi

Ərazisindən Murad çayı keçən il şərqdən Ağrı ilinin Diyadin və Doğubəyazid ilçələri, şimaldan İğdır ilinin Duzluca ilçəsi, qərbdən Ağrı ilinin Ağrı ilçəsi və Hamur ilçəsi, cənubdan isə Van ilinin Ərciş ilçəsi ilə həmsərhəddir. İlçənin sahəsi 798 km²-dir. İlçənin ən hündür nöqtəsi Aladağın zirvəsi olan Muradbaşı (və ya Qoçbaşı) zirvəsidir (hündürlüyü 3510 metr). İlçə mərkəzi olan Daşlıçay şəhəri ilin mərkəzi olan Ağrı şəhərindən 32 km məsafədə yerləşir.

İqtisadiyyat

İlçədə əhali əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olur. Ərazisinin çox hissəsi dağlıq olan ilçədə əkinə yararlı sahələr azdır.

Əhali

TUİK-in 2011-ci ilə verdiyi rəsmi təxminə əsasən Daşlıçay əhalisi 22 641 nəfərdir (11,543 nəfər kişi, 11,098 nəfər qadın). Bütün ilçə əhalisinin 6 191 nəfəri (3,132 nəfəri kişi, 3 059 nəfəri qadın) Daşlıçay şəhərində, qalan 16 450 nəfər (8,411 nəfər kişi, 8 039 nəfər qadın) əhali isə 36 kənddə yaşamaqdadır. Daşlıçay ilçəsində yalnız bir bələdiyyə mövcuddur: Daşlıçay şəhər bələdiyyəsi (Daşlıçay şəhərini əhatə edir).

Milli tərkib

Etiqad baxımından tamamilə müsəlman olan ilçə əhalisini əsasən kürdlər, qismən türklər (azərbaycanlılar) təşkil edirlər. Kürdlər şafi məzhəbindədirlər. İlçədəki azərbaycanlılar şiə-cəfəri və sünni-hənəfi təriqətləri olmaqla iki yerə ayrılır. İlçədə əsasən kəndlərdə yaşayan azərbaycanlıların subetnik qrupu olan qarapapaqlara aid türklər hənəfi məzhəbindədirlər. Şiə-cəfəri azərbaycanlıların əksəriyyəti isə Daşlıçay şəhərində yaşamaqdadır.

  • Daşlıçay şəhərinin əhalisinin (6,191 nəfər) 60%-ni kürdlər, 40%-ni azərbaycanlılar təşkil edir. Şəhərdəki azərbaycanlıların əksəriyyəti şiə olsa da, az bir qismi (qarapapaq tayfasından 20-25 ailə) sünni-hənəfi təriqətindədirlər.
  • Cəfəri məzhəbində olan Azərbaycan türkləri Daşlıçay şəhərində (əhalinin 40%-i), Yuxarıdaşlıçay (əhalinin tamamı), Yassıqaya (əhalinin tamamı) və Bayramyazı (3-5 ailə) kəndlərində, Azərbaycan türklərinin subetnik qrupu olan qarapapaqlar isə Daşlıçay şəhərində (20-25 ailə), İkiyamac (əhalinin tamamı), Keçidverən (əhalinin 95%-i), Yuxarıtoxlu (əhalinin tamamı), Aşağıtoxlu (əhalinin yarısı), Qumlubucaq (əhalinin yarısı) və Çöğürlü (3-5 ailə) kəndlərində yaşamaqdadırlar.
  • İlçə ərazisində yaşayan kürd əsilli əhali tayfa quruluşunu qoruyub saxlamışdır:
  • Cəlali tayfası: Araz, Aşağıəsən, Yuxarıəsən, Bayramyazı, Boyuncaq, Çöğürlü, Qumlubucaq, Daştəkər və Tanyolu kəndlərində məskunlaşıbdır.
  • Plakani tayfası: Aşağıdüzmeydan, Yuxarıdüzmeydan, Aşağıdumanlı, Yuxarıdumanlı, Çökelgə, Gündoğdu, Tanrıverdi, Güneysöyüd, Samanyolu, Yanqaya, Yeltəpə, Yanalyol və Balçiçək kəndlərində məskunlaşmışdır.
  • Nezoi tayfası: Yardımçılar, Düzgörən və Tanrıverdi kəndlərində məskunlaşmışdır.
  • Kaskan tayfası: Diləkyazı və Qumluca kəndlərində məskunlaşmışdır.
  • Şeyx tayfası: Gözucu, Kağnılı və Bayıraltı kəndlərində məskunlaşmışdır.
  • Mikali tayfası: Gözucu və Bayıraltı kəndlərində məskunlaşmışdır.

Kəndlər

Daşlıçay ilçəsinin kəndləri və etnik tərkibi
No: Kəndlərin adı 2011 r.t., əhali Milli çoxluq Milli azlıq
1.Alaqoçlu846100% kürd...
2.Araz203100% kürd...
3.Aşağıdumanlı1,229100% kürd...
3.Aşağıdüzmeydan482100% kürd...
4.Aşağıəsən451100% kürd...
5.Aşağıtoxlu43450% azərbaycanlı50% kürd
6.Balçiçək154100% kürd...
7.Bayıraltı536100% kürd...
8.Bayramyazı540kürd3-5 ailə azərbaycanlı
9.Boyuncaq79100% kürd...
10.Çöğürlü747kürd3-5 ailə azərbaycanlı
11.Çökelgə472100% kürd...
12.Diləkyazı256100% kürd...
13.Düzgörən654100% kürd...
14.Keçidverən60295% azərbaycanlı5% kürd
15.Gözucu598100% kürd...
16.Gündoğdu104100% kürd...
17.Güneysöyüd172100% kürd...
18.İkiyamac294100% azərbaycanlı...
19.Kağnılı177100% kürd...
20.Qaragöz154100% kürd...
21.Qumlubucaq42150% azərbaycanlı50% kürd
22.Qumluca1,619100% kürd...
23.Samanyolu105100% kürd...
24.Tanrıverdi199100% kürd...
25.Tanyolu725100% kürd...
26.Daştəkər356100% kürd...
27.Yanalyol202100% kürd...
28.Yanqaya21100% kürd...
29.Yardımçılar804100% kürd...
30.Yassıqaya197100% azərbaycanlı...
31.Yeltəpə577100% kürd...
32.Yuxarıdumanlı312100% kürd...
33.Yuxarıdüzmeydan865100% kürd...
34.Yuxarıəsən479100% kürd...
35.Yuxarıdaşlıçay200100% azərbaycanlı...
36.Yuxarıtoxlu184100% azərbaycanlı...

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Daşlıçay ilçəsi haqqında məlumat. Daşlıçay ilçəsi nədir? Daşlıçay ilçəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Corc Klinton

  • Fevral 27, 2026

    Coğrafi təbəqə

  • Fevral 27, 2026

    Tuz gölü

  • Fevral 27, 2026

    Bayburdlu oymağı

  • Fevral 27, 2026

    Lizosom

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst