Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Verdicanan Qadınəfəndi (18 oktyabr 1825, Suxumi – 9 noyabr 1889, Fəriyyə sarayı) — 31.Osmanlı sultanı Əbdülməcidin yeddinci xanımı.

Verdicanan Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Verdicanan Qadınəfəndi

Verdicanan Qadınəfəndi (18 oktyabr 1825, Suxumi – 9 noyabr 1889, Fəriyyə sarayı) — 31.Osmanlı sultanı Əbdülməcidin yeddinci xanımı.

Verdicanan Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1825(1825-10-18)
Doğum yeri
  • Suxumi, Abxaziya knyazlığı
Vəfat tarixi 9 noyabr 1889(1889-11-09) (64 yaşında)
Vəfat yeri
  • Fəriyyə sarayı, İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Yeni Məscid
Atası Kaytuk bəy Açba
Anası Yelizaveta xanım
Həyat yoldaşı
  • I Əbdülməcid
Uşaqları
  • Əhməd Kəmaləddin Əfəndi,
  • Münirə Sultan
Dini İslam

Mündəricat

Həyatı

Verdicanan xanım 1825-ci ildə Suxumidə abxaz əsilli ailədə dünyaya gəldi. Əsl adı Saliha idi. Atası Kaytuk bəy Açba, anası isə Yelizaveta idi. Özündən başqa İslam və Əhməd adlı 2 qardaşı, Pərəmrüz və Əmbruvaz adlı 2 bacısı vardı. Sultan Əbdülhəmidin xanımlarından Fatma Pəsənd xanımın böyük bibisi idi. Siyasi məqsədlərlə 17 dekabr 1840-cı ildə keçmiş Çırağan sarayında Sultan Əbdülməcidlə evləndirildi. Padşahın beşinci qadınəfəndisi olaraq sarayda nüfuz qazanan Verdicanan xanım dərhal bütün ailəsini saraya aldırdı. Qardaşı İslam bəyin oğlu Rasim bəyi yanında böyüdərək saray həkimliyinə, digər qardaşı Əhməd bəyin oğlu Osman bəyi isə Sultan Əbdüləzizin yavərliyinə təyin etdirmişdir.

1844-cü ildə ilk övladı Münirə Sultanı Topqapı sarayında dünyaya gətirdi. İkinci övladı Şahzadə Əhməd Kəmaləddin Əfəndini isə 1848-ci ildə Çırağan sarayında dünyaya gətirdi. 1849-cu ildə dördüncü, 1853-cü ildə isə üçüncü qadınəfəndi oldu. 1861-ci ildə əri Sultan Əbdülməcidin vəfatının ardından övladlarıyla birlikdə Fəriyyə sarayına göndərildi. Padşahın digər xanımı Gülüstü xanımın 1865-ci ildə vəfat etməsindən sonra qızı Mədiha Sultanı da himayəsinə götürmüşdür. Mədiha Sultanın 1879-cu ildə Samipaşazadə Nəcib bəylə evlənməsində mühüm rol oynadı. Sultan Əbdülhəmidin bu nigaha qarşı çıxdığı, Verdicanan xanımın isə sultana məktub yazaraq onu razı saldığı bilinir. Ləl-cəvahirə və göstərişə meyilli olduğu bilinir.

Verdicanan xanım 9 noyabr 1889-cu ildə Fəriyyə sarayında vəfat etdi və Yeni məsciddə dəfn olundu.

Övladları

  • Münirə Sultan
  • Əhməd Kəmaləddin Əfəndi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Verdicanan Qadınəfəndi haqqında məlumat. Verdicanan Qadınəfəndi nədir? Verdicanan Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qonaqkənd rayonu

  • Fevral 27, 2026

    Kenterberili Anselm

  • Fevral 27, 2026

    Çələbi xalçaları

  • Fevral 23, 2026

    14 may

  • Fevral 27, 2026

    F-14 Tomcat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst