Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mixail Şoloxov (rus. Михаил Александрович Шолохов; 11 (24) may 1905, Krujilin[d], Don Voysko vilayəti[d], Rusiya imperiyası – 21 fevral 1984[…]) — rus sovet yaz

Mixail Şoloxov

  • Ana Səhifə
  • Vikipediya
  • Mixail Şoloxov

Mixail Şoloxov (rus. Михаил Александрович Шолохов; 11 (24) may 1905, Krujilin[d], Don Voysko vilayəti[d], Rusiya imperiyası – 21 fevral 1984[…]) — rus sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965).

Mixail Şoloxov
rus. Михаил Александрович Шолохов
Doğum tarixi 11 (24) may 1905(1905-05-24)
Doğum yeri
  • Krujilin[d], Don Voysko vilayəti[d], Rusiya imperiyası
Vəfat tarixi 21 fevral 1984(1984-02-21)[…] (78 yaşında)
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Fəaliyyəti yazıçı, romançı, ssenarist, şair, nasir, jurnalist, siyasətçi, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1924–1984
Əsərlərinin dili rus dili
İstiqamət sosialist realizmi
Janr oçerk
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı,
  • Serbiya Elmlər və İncəsənət Akademiyası[d],
  • Rusiya Elmlər Akademiyası,
  • SSRİ Elmlər Akademiyası (1939),
  • Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1967 Sosialist Əməyi Qəhrəmanı — 1980
"Xalqlar dostluğu ulduzu" ordeni — 1964 "Lenin" ordeni — 1939 "Lenin" ordeni — 1955 "Lenin" ordeni — 1965 "Lenin" ordeni — 1967 "Lenin" ordeni — 1975 "Lenin" ordeni — 1980 "Oktyabr inqilabı" ordeni — 1971 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1945 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı "Stalinqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "Suxe-Bator" ordeni "Kiril və Mefodi" ordeni — 1973 "Georgi Dimitrov" ordeni — 1975
1-ci dərəcəli "Stalin" mükafatı — 1941 "Lenin" mükafatı — 1960 ədəbiyyat üzrə Nobel mükafatı — 1965
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Sovet rəhbərliyinin Nobel mükafatı qazanmasını məmnunluqla qarşıladığı ilk və son rus yazıçısı Mixail Aleksandroviç Şoloxov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak xutorunda, kiçik sahibkar ailəsində doğulmuşdu. Yazıçının bütün mühüm əsərlərinin mövzusu da Don kazaklarının həyatından götürülmüşdür.

Təhsilini Voronej gimnaziyasında almış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. Rusiyada vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daxil olmuşdu. Əvvəlcə arxa işlərində çalışmış, sonra isə pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi. Kazak həmyerlilərindən fərqli olaraq, ilk gündən sovet rejiminin ardıcıl və əqidəli tərəfdarı kimi tanınmışdı.

Sovet rejimi də öz növbəsində Şoloxovun ədəbi-siyasi ierarxiyanın yüksək zirvələrinə qalxması üçün çox şey etmişdi. 1932-ci ildə Kommunist partiyası sıralarına daxil olan Mixail Şoloxov müxtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilmiş, heç bir ali təhsil almadığı halda 34 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olmuş (1939), 1940-cı ildə ədəbiyyat və incəsənət sahəsində I dərəcəli Stalin mükafatına, 1950-cı ildə Lenin mükafatına layiq görülmüşdü. Ona iki dəfə (1960, 1980) Sovet İttifaqının ən yüksək mülki mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. N.S.Xruşşovun xüsusi rəğbətlə yanaşdığı Şoloxov sovet rəhbərini bir sıra xarici səfərlərdə müşayiət etmişdi. 1961-ci ildən etibarən Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü idi.

Vətəndaş müharibəsinin başa çatdığı və bolşevik hakimiyyətinin bərqərar olduğu 1922-ci ildə Şoloxov ali təhsil almaq və yazıçı peşəsinin sirlərinə yiyələnmək niyyəti ilə Moskvaya getmişdi. Burada müxtəlif qara işlərdə çalışaraq ədəbi dairələrlə təmas qursa da, fəhlə fakültəsində oxumaq niyyətini gerçəkləşdirə bilməmişdi. Vətəndaş müharibəsi mövzusundakı "Xal" adlı ilk hekayəsi 1924-cü ildə "Yunoşeskaya pravda" qəzetində dərc edilmişdi. Həmin il yazıçı doğma Veşenskaya stanitsasına qayıtmış və xarici səfərləri istisna olunmaqla ömrünün sonuna qədər burada yaşamışdı. 20 yaşında ikən onu yetkin yazıçı kimi tanıdan "Don hekayələri" kitabı çap olunmuşdu. Mixail Şoloxov yaradıcılığı kimi müstəqil ailə həyatına da çox erkən yaşlarında başlamışdı. 1924-cü ildə keçmiş stanitsa atamanının qızı Mariya Qromoslavskaya ilə evlənmiş və ömrünün sonuna qədər onunla birlikdə yaşamışdı.

1926-1940-cı illərdə Şoloxov ən məşhur əsəri — "Sakit Don" roman-epopeyası üzərində işləmişdi. Romanının 1-2-ci cildləri 1928, 3-cü cildi 1932, 4-cü — sonuncu cildi isə 1940-cı ildə nəşr olunmuşdu. Qərbdə isə əsərin ilk iki cildi 1934, sonrakı cildləri 1940-cı ildə tərcümə və çap edilmişdi.

"Sakit Don" Birinci Dünya müharibəsi, rus inqilabı, vətəndaş müharibəsi və kazakların bütün bu tarixi proseslərdə iştirakından bəhs edirdi. Müəllif yüz minlərlə insanın həmin tarixi kataklizmlərlə üzləşməsini və bu zaman məruz qaldığı ciddi intibaları əsas qəhrəmanı Qriqori Melexovun simasında ümumiləşdirmişdir. Sovet tənqidi əsəri əvvəlcə soyuq qarşılamışdı. Yalnız Maksim Qorkinin və digər tanınmış ziyalılarının Mixail Şoloxovu müdafiə etmələri nəticəsində onun adı "xalq düşmənləri"nin siyahısını zənginləşdirməmişdi.

İki cildlik "Oyanmış torpaq" romanı üzərində iş otuz ilə yaxın çəkmişdi. Müəllif əsərin birinci cildini 1932, ikinci cildini isə 1959-cu ildə çap etdirmişdi. "Sakit Don" kimi "Oyanmış torpaq" da tənqidin müqaviməti ilə qarşılanmış, yalnız Mərkəzi Komitə romanda kollektivləşmə ilə bağlı fikirləri təqdir edəndən sonra münasibət dəyişmişdi. Şoloxov sonralar özünün hər iki böyük əsərinin ilk redaksiyaları üzərində ciddi şəkildə yenidən işləmişdi. Nəticədə meydana çıxan variantlar sovet ideoloqlarının tələblərinə daha çox cavab vermiş, yazıçının Qərbdəki tədqiqatçılarını isə müəyyən dərəcədə narazı salmışdı.

İkinci Dünya müharibəsi illərində Mixali Şoloxov "Pravda" qəzetinin hərbi müxbiri kimi ön cəbhədə olmuşdu. Bu dövrdə "Onlar vətən uğrunda döyüşürdülər" adlı üçüncü roman-trilogiya üzərində işə başlasa da, əsəri tamamlaya bilməmişdi. Yazıçının müharibə dövrü yaradıcılığının daha populyar nümunəsi sovet hərbi əsirləri probleminin ilk dəfə toxunulduğu "İnsanın taleyi" (1956) povesti idi.

Mixail Şoloxov "Rusiya tarixi üçün mühüm dövrdə Don kazakları haqqındakı eposun mükəmməlliyinə və bədii təsir gücünə görə" 1965-ci ilin ədəbiyyat Nobelinə sahib olmuşdu. Onun Nobel nominantlığının tarixi isə 1954-cü ildən başlanmışdı. Yazıçı öz Nobel nitqində qarşısında dayanan əsas vəzifənin "əməkçilər, qurucular və qəhrəmanlar yetirən xalqı tərənnüm etmək olduğunu" bildirmişdi.

Bir sıra sovet yazıçıları, o cümlədən də Mixail Şoloxov 1970-ci ildə Nobel mükafatı alan A.Soljenitsını sovet həqiqətlərinin təhrifinə görə tənqid edəndə o, Şoloxova qarşı ədəbi oğurluq ittihamı irəli sürmüş, "Sakit Don"un həqiqi müəllifinin Fyodor Kryukov olduğunu bildirmişdi. Dissident tarixçi Roy Medvedyev də bu məsələdə Soljenitsınlə həmrəy idi. Əslində, onların iddiasında yeni heç bir şey yox idi və bu iddia 20-ci illərdən sonra üstüörtülü şəkildə dəfələrlə təkrarlanmışdı. 70-ci illərdə fin slavyanşünası və riyaziyyatçı Qyer Xetsunun apardığı kompüter müqayisələri və təhlilləri romanın Mixail Şoloxov tərəfindən yazılmasının heç bir şübhə doğurmadığını göstərdi. 1987-ci ildə aşkara çıxarılan müəllif əlyazmaları isə həmin qənaəti daha da möhkəmləndirdi.

Şoloxovun rəsmi sovet ideologiyasının ruporu olmadığını əsərlərinin müasir dövrdə də populyarlıq və aktuallığını qoruyub saxlaması sübut edir.

Əsərləri

Əsərin növü Orijinal adı Yayımlandığı il Azərbaycanca adı Tərcüməçi
Roman rus. Тихий Дон1928 (1-2-ci cildlər)
1932 (3-cü cild)
1940 (4-cü cild)
Sakit DonCanbaxş Cavadzadə
rus. Поднятая целина1932 (1-ci cild)
1959 (2-ci cild)
Oyanmış torpaqCanbaxş Cavadzadə
rus. Они сражались за Родину1943
1969
Onlar vətən uğrunda döyüşürdülər
Hekayə rus. Лазоревая степь1926Mavi çölƏyyub Abbasov
rus. Родинка1924XalƏyyub Abbasov
rus. Пастух1925NaxırçıƏyyub Abbasov
rus. Продкомиссар1925Ərzaq komissarıƏyyub Abbasov
rus. Коловерть1925BurulğanƏyyub Abbasov
rus. Шибалково семя1925Şibalkonun toxumuƏyyub Abbasov
rus. О Донпродкоме и злоключениях заместителя Донпродкомиссара товарища Птицына1931
rus. Алёшкино сердце1925Alyoşkanın qəlbiƏyyub Abbasov
rus. Илюха1925
rus. Бахчевник1925Bostan qoruqçusuƏyyub Abbasov
rus. Кривая стёжка1925Əyri yolƏyyub Abbasov
rus. Председатель Реввоенсовета республики1925Respublika İnqilabi-Hərbi Sovetinin sədriƏyyub Abbasov
rus. Нахалёнок1925SırtıqcığazƏyyub Abbasov
rus. Путь-дороженька1925
rus. Семейный человек1925Ailəli adamƏyyub Abbasov
rus. Двухмужняя1925İkiərliƏyyub Abbasov
rus. Обида1962
rus. О Колчаке, крапиве и прочем1926Kolçak, gicitkən və sair haqqındaƏyyub Abbasov
rus. Жеребёнок1926DayçaƏyyub Abbasov
rus. Батраки1926MuzdurlarƏyyub Abbasov
rus. Чужая кровь1926Özgə qanıƏyyub Abbasov
rus. Червоточина1926ZədəƏyyub Abbasov
rus. Ветер1927
rus. Мягкотелый1927
rus. Один язык1927Bir dilHüseyn Şərif
rus. Наука ненависти22 iyun 1942Nifrət dərsiHüseyn Şərif
rus. Судьба человека1956İnsanın taleyiBeydulla Musayev

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mixail şoloxov sözünün mənası, mixail şoloxov haqqında məlumat. mixail şoloxov nədir? mixail şoloxov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mahmudlu (Qubadlı)

  • Fevral 27, 2026

    Mastaba

  • Mart 01, 2026

    Okkam ülgücü

  • Fevral 27, 2026

    Astraçiçəklilər

  • Fevral 27, 2026

    Oil dilləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst