Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşurbəyovun evi — Teymur bəy Aşurbəyovun sifarişi ilə oğlu Bala bəy Aşurbəyova toy hədiyyəsi olaraq tikilmiş ev. Bina 1904-cü ildə tikilib və memarı İosif Qosla

Aşurbəyovun evi

  • Ana Səhifə
  • Vikipediya
  • Aşurbəyovun evi

Aşurbəyovun evi — Teymur bəy Aşurbəyovun sifarişi ilə oğlu Bala bəy Aşurbəyova toy hədiyyəsi olaraq tikilmiş ev. Bina 1904-cü ildə tikilib və memarı İosif Qoslavskidir. Bu bina Bakı şəhərinin baş memarı olmuş Qoslavskinin son işidir. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Aşurbəyovun evi
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Vidadi küçəsi
Memar İosif Qoslavski
Sifarişçi Teymur bəy Aşurbəyov
Tikilmə tarixi 1904
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Aşurbəyovun evi (Bakı)
Nöqtə
Aşurbəyovun evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Aşurbəyovun evi Qoqol, 28, Tserkovnıy küçəsinin tini, 148 və Kamenistaya, 189 küçələrində yerləşir. Bina 1904-cü ildə Teymur bəy Aşurbəyovun sifarişi ilə İ. Qoslavski tərəfindən tikilib. Şəhərin mərkəzi məhəllələrinin birində yerləşən bina üç mərtəbəlidir və kvadrat sahəyə malikdir. Qoqol və Kamenistaya küçələri tərəfə olan otaqlar ikisıralıdır. Tserkovnaya küçəsinə baxan kürsü və düzbucaq həyət sahəsində olan bütün tikili birsıralı və yığcamdır. Pilləkənlər qarşılıqlı perpendikulyar oxla yerləşiblər, giriş və arxa pilləkənlər əsas divarların strukturunda məsul pozisiya tuturlar. Qismən təcrid olunmuş dolayı qalereya mövcuddur. Binanın küncləri 45° kəsilib, otaqlar genişdir. Mərtəbələrdə balkon var, künclər isə açıq erker üslubludurlar.

Binanın fasadında isə "T. A. A. "- Teymur bəy və Aslan bəy Aşurbəyovlar- adlı tuğra var idi. Bala bəy binanın o vaxtkı Tserkovnıy və Kamenistaya küçələri tərəfə açılan ön qapıların üzərində naxışlar etmək üçün Bakının məşhur nəqqaşını dəvət edir. Təəssüf ki, bu işləmələrin yalnız bir hissəsi – "Oazis" rəsmi – bugünkü günə gəlib çıxa bilib.

Tarixi

Binanı Teymur bəy Aşurbəyov öz oğlu Bala bəy Aşurbəyov üçün toy hədiyyəsi kimi tikdirib. Binanın birinci mərtəbəsində onların öz şirkətlərinin ofisi və gürcü şahzadəsi Dadianinin mənzili yerləşirdi. İkinci mərtəbədə isə Bala bəy öz ailəsi ilə birlikdə, üçüncü mərtəbədə isə Bala bəyin valideynləri qardaşı Əli bəy ilə birlikdə yaşayırdılar.

1918-ci ildə baş vermiş Mart qırğınları zamanı ailə Sabunçuda gizlənməyə məcbur olur. Evi daşnaklardan qoruyan isə Aşurbəyovların qızlarının fransız baxıcısı madmazel Qreylo olur. Bu evdə doğulmuş tarixçi alim Sara Aşurbəylinin xatirələrinə görə fransız baxıcı evin qapısına Fransa bayrağı asıb və özünü də Fransa təbəəsi kimi göstərərk evin böyük bir qisminin dağıdılmasının qarşısını alıb, lakin evin digər hissəsində basqın edən daşnaklar Əli bəyin mənzilini tamamilə talayıb apara bilmədiklərini isə qırıblar. Bu qırğınlar zamanı evin dəbdəbəli 4 metrlik güzgüləri, gözəl fiqurlu oboyları və əsas qapının divar rəsmləri məhv olur. Aşurbəyovlar evə ancaq Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qayıda bilirlər.

1920-ci ildə aprel işğalından sonra Aşurbəyovların da evi müsadirə olunur. Bala bəy Aşurbəyov öz ailəsi ilə birlikdə İstanbula köçür və 1925-ci ilə qədər orda yaşayır. 1925-ci ildə təqiblərin bitdiyinə inanan o ailəsi ilə birlikdə geri Bakıya dönür. 1937-ci ildə isə Stalin repressiyasının qurbanı olaraq güllələnir.

Şəkillər

Həmçinin bax

  • Ağabala Quliyevin evi
  • Əlibəyovların evi
  • Kərbəlayi İsrafil Hacıyevin evi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aşurbəyovun evi sözünün mənası, aşurbəyovun evi haqqında məlumat. aşurbəyovun evi nədir? aşurbəyovun evi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Keila

  • Fevral 27, 2026

    Ahaltəkə atı

  • Mart 03, 2026

    Xələfli tirəsi

  • Mart 03, 2026

    Barbi gəlincikləri

  • Fevral 27, 2026

    Təbiət fəlsəfəsi

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst