Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirça Eliadi (9 (22) mart 1907[…], Buxarest – 22 aprel 1986[…], Çikaqo, İllinoys) — din tarixçisi və filosof.

Mirça Eliadi

  • Ana Səhifə
  • Vikipediya
  • Mirça Eliadi

Mirça Eliadi (9 (22) mart 1907[…], Buxarest – 22 aprel 1986[…], Çikaqo, İllinoys) — din tarixçisi və filosof.

Mirça Eliade
rum. Mircea Eliade
Doğum tarixi 9 (22) mart 1907(1907-03-22)[…]
Doğum yeri
  • Buxarest, Rumıniya
Vəfat tarixi 22 aprel 1986(1986-04-22)[…] (79 yaşında)
Vəfat yeri
  • Çikaqo, Kuk[d], İllinoys, ABŞ
Elm sahəsi dinşünaslıq
İş yerləri
  • Çikaqo Universiteti,
  • Buxarest Universiteti
Təhsili
  • Kəlkətə Universiteti,
  • Buxarest Universiteti
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları "Fəxri legion" ordeninin cəngavər dərəcəsi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mirça Eliadi 13 mart 1907-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə doğuldu. Uşaqlıq və gənclik illərində biologiya, xüsusilə botanika və entomologiya ilə maraqlanırdı, lakin illər keçdikcə marağı ictimai elmlərə keçdi və beləliklə filologiya və fəlsəfəyə maraq göstərdi. Buna görə də, fəlsəfə təhsili aldı. 1928-ci ildə Buxarest Universitetində fəlsəfə fakültəsini bitirdi. Tezisinin mövzusu İtaliya Renesans filosofları idi. Eyni ildə Sanskrit və Hind fəlsəfəsi öyrənmək üçün Kəlkətə getdi. Eliadi müəllimi Surendranath Dasguptadan təsirləndi. Himalayda Rişikeş Aşramda altı ay yaşadı. Dörd il sonra, 1932-ci ildə təhsilini bitirdikdən sonra Buxarestə qayıtdı döndü. 1933-cü ildə daha sonra Fransız dilində (fr. Yoga: Essai sur les origines de la Mystique Indienne ) yayımlanacaq dissertasiya işini yazdı. Adından da göründüyü kimi, doktorluq dissertasiyası yoqanın müxtəlif perspektivlərdən təhlili haqda idi. 1933-cü ildən 1939-cu ilə qədər Buxarest Universitetində fəlsəfə və din tarixi mövzuları başda olmaq üzrə, bir çox fərqli mövzuda dərs dedi.

Müharibə illərində İngiltərədə idi və döyüş sonunda Rumıniya Sovet idarəsinə keçdiyi zaman Rumıniyaya qayıdışı imkansızlaşdı. 1945-ci ildə Parisə getdi, qonaq professor olaraq École des Hautes Études-də çalışdı. 1951-ci ildə ən məşhur əsərlərindən biri olan "Şamanizm" dərc edildi. 1956-cı ildə Parisdən Amerikaya köçdü və Çikaqo Universitetində dərs dedi. Daha sonra, 1958-ci ildə Çikaqo Universitetində Dinlər Tarixi kürsüsünün başçılığına keçdi. 1961-ci ildə "Dinlərin tarixi" jurnalını təsis etdi. 1986-cı il aprelin 22-dən ölümünə qədər Çikaqo Universitetində işləməyə davam etdi və bir çox mühüm əsər yazdı.

Bu gün əsərləri bir-birindən fərqli dillərə tərcümə edilmiş Mirça Eliadi dinlərin tarixində ən vacib alimlərdən birinə çevrildi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mirça eliadi sözünün mənası, mirça eliadi haqqında məlumat. mirça eliadi nədir? mirça eliadi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Natiq Səfərov

  • Mart 06, 2026

    Səniha Sultan

  • Fevral 27, 2026

    ANS ÇM

  • Fevral 27, 2026

    Qt

  • Mart 06, 2026

    Abbas ağa

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst