Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səfərov Natiq Əli oğlu — tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (197

Natiq Səfərov

  • Ana Səhifə
  • Vikipediya
  • Natiq Səfərov

Səfərov Natiq Əli oğlu — tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1976).

Natiq Səfərov
Natiq Əli oğlu Səfərov
Doğum tarixi 27 iyun 1943
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 26 sentyabr 2004 (61 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili ADU fılologiya fakültəsi
İxtisası filoloq
Fəaliyyəti tərcüməçi
Üzvlüyü AYB
Mükafatları Qızıl Qələm (1976)

Mündəricat

Həyatı

Natiq Səfərov 1943-cü il iyunun 27-də Azərbaycanın Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 4 saylı şəhər orta məktəbində təhsil almışdır (1951-1961). ADU-nun fılologiya fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində texnik kimi başlamışdır (1966). Sonra orada kiçik redaktor (1968-1971), redaktor (1968-1979), "Azərbaycan" jurnalında ədəbi işçi (1979-1980), böyük redaktor (1980-1984), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (1984-1985), "Yazıçı" nəşriyyatında bədii tərcümə şöbəsinin böyük redaktoru (1985-1989), Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində şöbə müdiri, orada sədr müavini (1989-1991), "Qanun" jurnalının baş redaktoru vəzifələrində işləmişdir (1992-ci ildən).

Dünya ədəbiyyatından müntəzəm tərcümələr etmiş, İlya İlf və Yevgeni Petrovun "Qızıl dana", Vasili Şukşinin "Qırmızı qalina", Sanbayevin "Ağ arvana", Hrant Matevosyanın "Çəhrayı ilxı", Oljas Süleymanovun "Aziya" əsərlərini, eləcə də Uilyam Folkner və Qabriel Qarsiya Markesdən tərcümələri rəğbətlə qarşılanmışdır. A.Çxandzenin "Çinari manifesti", J.Z.Anuyun "Medeya", Lev Tolstoyun "Hacı Murad", Redyard Kiplinqin "Öz kefinə gəzən pişik", Vsevolod Vişnevskinin "Nikbin faciə", Aleksandr Vampilovun "Qarğa qarıltısı" pyesləri onun tərcüməsində respublika teatrlarında tamaşaya qoyulmuşdur.

2004-cü il sentyabrın 26-da vəfat etmişdir.

  • Yazıçı, jurnalist Günel Natiqin atasıdır.

Tərcümələri

(ruscadan)

  1. H.Matevosyan. Başlanğıc (povestlər və hekayələr). Bakı: Yazıçı, 1987, 188 səh.
  2. Mahabharata və ya Baharata övladlarının böyük vuruşları haqqında dastan. Bakı: Gənclik, 1988, 165 səh.
  3. Hind mifləri. Bakı: Azərnəşr, 1993, 320 səh.
  4. Oljas Süleymanov. Aziya. Bakı: Azərnəşr, 1993, 250 səh.
  5. V.Tukkunov. Canilər. Bakı: Yazıçı, 1992, 432 səh.
  6. Ç.Abdullayev. Mavi mələklər. Bakı: Yazıçı, 1993
  7. Robert Dahl. Demokratiya haqqında
  8. Lev Tolstoy. Hacı Murad (povest)
  9. İlya İlf və Yevgeni Petrov. Qızıl dana (roman)
  10. Vasili Şukşin. "Vanya, sən hara, bura hara?", "Canavarlar" (hekayələr)
  11. Sətimcan Sanbayev. Ağ arvana (povest)
  12. Aleksandr Çxeidze. Çinari manifesti (pyes)
  13. Artur Opere. "Polkovnik", "Elçilik" (hekayələr)
  14. Jan Anuy. Medeya (pyes)
  15. Vasili Şukşin. Qırmızı kalina (povest)
  16. Tosio Udo. Qırmızı alp bənövşəsi (hekayə)
  17. Andrey Platonov. "Üçüncü oğul", "Dəmir qarı" (hekayələr)
  18. Con Steynbek. Basqın (hekayə)
  19. Uilyam Folkner. "Yanğın", "Qırmızı yarpaqlar" (hekayələr)
  20. Qarsia Markes. "İsabel Makondada yağışa baxır", "Baltasarın həyatında unudulmaz gün", "Dünyanın ən gözəl ölüsü" (hekayələr)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Natiq Səfərov haqqında məlumat. Natiq Səfərov nədir? Natiq Səfərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Benoist Apparu

  • Fevral 27, 2026

    RMS Titanic

  • Fevral 27, 2026

    İncəsu

  • Fevral 27, 2026

    İsrail ərəbləri

  • Mart 01, 2026

    Təmizlik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst