Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Chief Keef (əsl adı: Kit Farrel Kozart; 15 avqust 1995, Çikaqo, İllinoys) — amerikalı repçi, müğənni, mahnı yazarı və musiqi prodüseri. Çikaqonun South Side böl

Chief Keef

  • Ana Səhifə
  • Vikipediya
  • Chief Keef

Chief Keef (əsl adı: Kit Farrel Kozart; 15 avqust 1995, Çikaqo, İllinoys) — amerikalı repçi, müğənni, mahnı yazarı və musiqi prodüseri. Çikaqonun South Side bölgəsindən olan o, musiqi karyerasına yeniyetmə yaşlarında başlayıb və 2010-cu illərin əvvəllərində buraxdığı miksteyplərı sayəsində tez bir zamanda məşhurluq qazanıb. Repçi 2012-ci ilin martında “I Don't Like” (Lil Reese-in iştirakı ilə) mahnısını buraxıb. Bu mahnı uğur qazanmış və ölkənin ən məşhur hit-paradı olan Billboard Hot 100-ə daxil olmuşdur. Mahnının populyarlaşmasından sonra sənətçinin həmyerlisi olan məşhur repçi Kanye Vest bu mahnının remiks versiyasını da yaratmışdır.

Chief Keef
Ümumi məlumatlar
Doğum adı Keith Farrelle Cozart
Ləqəbləri Chief Keef, Sosa
Doğum tarixi 15 avqust 1995(1995-08-15) (30 yaş)
Doğum yeri
  • Çikaqo, Kuk[d], İllinoys, ABŞ
Uşağı 9
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, iş adamı, baş icraçı direktor, musiqi şirkəti idarəçisi[d]
Fəaliyyət illəri 2007-ci ildən
Janrlar drill[d], qenqsta-rep[d], trep, pank rep[d], hardkor hip-hop[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Chief Keef-ə müqavilə imzalatmaq üçün bir çox nüfuzlu musiqi şirkətləri gərgin rəqabətlər aparıblar. Sonda, çoxsaylı təkliflər və söz-söhbətlərdən sonra, Interscope Records sənətçi ilə müqaviləni uğurla təmin edərək qalib gələn iddiaçı olur. O, "Love Sosa" adlı sinqlını 2012-ci ildə buraxır. Bu mahnı, eyni ilin dekabrında çıxan "Finally Rich" adlı debüt studiya albomu ilə oxşar uğur qazanır. Chief Keef hip-hop alt janrı olan drillin populyarlaşdırılmasında mühüm rol oynamışdır.

Chief Keef karyerasında silaha görə həbs olunmaq, ev dustaqlığına salınmaq və Çikaqoda konsertinə qadağa qoyulması kimi bir çox hüquqi problemlərlə üzləşib. Chief Keef 2014-cü ilin sonlarında Interscope şirkəti ilə yollarını ayırıb. O, bundan sonra musiqisini müstəqil şəkildə, öz sahib olduğu Glo Gang adlı musiqi şirkəti vasitəsiə buraxmağa davam etmişdir. Sənətçi “Nobody” (2014), “Back from the Dead 2” (2014) və “Bang 3” (2015) albomlarını bu şirkət vasitəsilə yayımlayıb. Chief Keef 2020 və 2023-cü illərdə iki qonaq çıxışı ilə musiqi hit-paradlarında uğurunun zirvəsini yaşamışdır. O, Lil Uzi Vert-in “Bean (Kobe)” trekində iştirak edib, hansı ki, əhəmiyyətli çart uğuru qazanıb, həmçinin Dreykin “All the Parties” mahnısındakı ifası ilə də diqqətləri cəlb edib.

Mündəricat

Həyatı və fəaliyyəti

İlk illləri (1995–2010)

Əsl adı Kit Farrel Kozart olan Chief Keef 15 avqust 1995-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Onun anası Lolita Karter, onu dünyaya gətirərkən 15 yaşında və subay olub. Chief-ə vəfat etmiş dayısı, "Big Keef" ləqəbi ilə tanınan Kit Karterin adı qoyulub. Chief Keef şəhərin South Side bölgəsində, Vaşinqton Park məhəlləsində yerləşən Parkway Garden Homes-da yaşayıb. O'Block kimi də bilinən bu ərazi Chief Keefin də üzv olduğu Black Disciples adlı küçə dəstəsinin fəaliyyət göstərdiyi yer idi.

Chief Keef bioloji atası, Alfonso Kozartdan bir yaşında olanda ayrılıb. Chief Keef nənəsi ilə birlikdə Çikaqoda yaşayıb. Nənəsi həm də onun qanuni himayəçisi idi. O, beş yaşında rep oxumağa və musiqi yaratmağa başlayıb. Chief Keef öz ifalarını və mahnılarını lentə almaq üçün anasının karaoke aparatından və səs yazıçısından istifadə edib. Chief Keef uşaqlıq illərində Dulles Elementary School-da oxuyub. Daha sonra o, tam orta təhsil almaq üçün Dyett High School-a gedib. O, Dyett-i 9-cu sinifdə oxuyarkən tərk etməli olmuşdur.

Diskoqrafiya

  • Finally Rich (2012)
  • Bang 3 (2015)
  • Dedication (2017)
  • 4NEM (2021)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Chief Keef haqqında məlumat. Chief Keef nədir? Chief Keef nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Protestantlıq

  • Fevral 24, 2026

    11 sentyabr

  • Fevral 10, 2026

    Qum

  • Fevral 25, 2026

    Kaynozoy

  • Fevral 25, 2026

    Nəsimi rayonu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst