Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağa Cavad oğlu Əlizadə (əsl adı: Zeynalabdin Molla Cavad oğlu Ağaəlizadə; 22 oktyabr 1871, Bakı – 1954, Bakı və ya Azərbaycan SSR) — Qafqaz müsəlmanlarının VIII

Ağa Əlizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Ağa Əlizadə

Ağa Cavad oğlu Əlizadə (əsl adı: Zeynalabdin Molla Cavad oğlu Ağaəlizadə; 22 oktyabr 1871, Bakı – 1954, Bakı və ya Azərbaycan SSR) — Qafqaz müsəlmanlarının VIII, Azərbaycan Cümhuriyyətinin (1918–1920) ilk şeyxülislamı.

Ağa Əlizadə
Zeynalabdin Molla Cavad oğlu Ağaəlizadə
Qafqazın VIII şeyxülislamı
11 dekabr 1918 – 12 may 1920
ƏvvəlkiMəhəmməd Pişnamazzadə
Sonrakıvəzifə ləğv edilib
25 may 1944 – 15 dekabr 1954
Əvvəlkivəzifə təsis edilib
SonrakıMirmöhsün Həkimzadə
Şəxsi məlumatlar
Doğum tarixi 22 oktyabr 1871(1871-10-22)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1954(1954) (82–83 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ və ya
  • Azərbaycan SSR, SSRİ

Mündəricat

Həyatı

Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə 1871-ci il oktyabrın 22-də Bakının Pirşağı qəsəbəsində, ruhani ailəsində anadan olmuşdur. Atası Axund Hacı Məhəmməd Cavad dövrünün çox tanınmış din xadimlərindən və hörmətli ziyalılarında biri olmuşdur. Gəncliyində Ağa Əlizadə ali dini təhsil almaq üçün Bağdada göndərilir. Bağdad Universitetinin ilahiyyat fakultəsini bitirdikdən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetə oxumağa gedir.

Dini fəaliyyəti

1896-cı ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsili böyük uğurla başa vurub "Axund" rütbəsi qazanan Ağa Əlizadə doğma vətəninə qayıdır və İçərişəhər məhəllə məscidlərindən birinə təyinat alır. 1903-cü ildə 32 yaşında Təzəpir məscidinə axund təyin edilir. 1904-cü ildə Axund Ağa Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçildi. 1907-ci ilin yayında Ağa Əlizadə Bakıda "Səadət" Müsəlman Ruhani Cəmiyyəti yaratdı və onun sədri seçildi. Cəmiyyətin fəaliyyətində yazıçı Nəcəf bəy Vəzirov, miliyonçular İsa bəy Aşurbəyov, Zeynalabidin Tağıyev və başqa elm, mədəniyyət və din xadimləri də fəal iştirak edirdilər. 1907-ci ilin sentyabrında Bakıda "Mədrəseyi-Səadət" məktəbi açıldı və Əli bəy Hüseynzadə məktəbə direktor təyin edildi.

Şeyxülislamlıq

Birinci şeyxülislamlıq

1918-ci ildə Dini etiqad və sosial təminat naziri Musa Rəfibəyovun əmri ilə Axund Ağa Əlizadə Şeyxülislam təyin edildi. O vaxt atası Hacı Cavad Əlizadə Bakı quberniya dini məclisinin sədri idi. Şeyxülislam 1918-ci ildə sələfi Məhəmməd Pişnamazzadə kimi Məşixət sədrlərinə nazir səviyyəsində məvacib verilməsini və Mərkəzi Aparat üzvlərinin sayının 15 nəfərə çatdırılmasını tələb edirdi. Lakin bu alınmır. Axund Ağa Əlizadə 1920-ci ilin mayın 12-nə kimi Şeyxülislam vəzifəsində çalışdı.

İkinci şeyxülislamlıq

1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fəaliyyətinə 1920-ci ildə xitam verilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa edildi və Ağa Əlizadənin İdarənin sədri seçilməsi üçün namizədliyi irəli sürüldü. 1944-cü il mayın 25-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin birinci qurultayı çağrıldı. 1944-cü il mayın 28-də keçirilmiş səsvermə zamanı Axund Ağa Əlizadə yenidən Qafqaz Şeyxülislamı seçildi. Şeyxülislam Axund Ağa Əlizadə dünyanın bir çox ölkələrində təşkil olunmuş konfranlarda iştirakçısı olur və Sovet müsəlmanları adından nitq söyləyirdi. 1952-ci ildə SSRİ-də müharibədən sonra ilk dəfə Zaqorskda sülhü müdafiə məsələlərinə həsr edilmiş konfransın, 1952-ci ilin mayında Vyanada keçirilən Sülhü Müdafiə Konqresində təşkil olunmuş konfransının iştirakçısı olmuşdur.

Ölümü

Ağa Əlizadə 1954-cü ilin dekabrında, 84 yaşında Bakıda vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağa əlizadə sözünün mənası, ağa əlizadə haqqında məlumat. ağa əlizadə nədir? ağa əlizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Tayriz Qibson

  • Fevral 27, 2026

    Uşak

  • Fevral 27, 2026

    İmam Nəqi

  • Fevral 23, 2026

    Tbilisi

  • Mart 06, 2026

    GoldSource

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst