Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mindanao — Filippin arxipelağının cənubunda yerləşən ada, onun tərkibində olan ikinci böyük ada. Ada tam olaraq Filippinə məxsusdu.

Mindanao adası

  • Ana Səhifə
  • Vikipediya
  • Mindanao adası

Mindanao — Filippin arxipelağının cənubunda yerləşən ada, onun tərkibində olan ikinci böyük ada. Ada tam olaraq Filippinə məxsusdu.

Mindanao
Mindanao
Ümumi məlumatlar
Sahəsi 97530 km²
Hündür nöqtəsi 2954 m
Əhalisi 22.000.000 nəfər (2010-cu il)
Yerləşməsi
8°00′00″ şm. e. 125°00′00″ ş. u.HGYO
Ölkə  Filippin
Mindanao xəritədə
Mindanao
Mindanao
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Sahəsi 7530 km², dünyanın ən böyük 20-ci adasıdı. Əhalisi 22 milyondu və bu göstəriciyə görə adalar arsında 8-ci yeri tutur. Mindanao adası dünyanın 125 ölkəsindən böyükdür, Hollandiya, Avstriya, Portuqaliya, Azərbaycan daxil olmaqla.

Şimalda Mindanao dəniziylə, şərqdə Filippin dəniziylə, cənubda Sulavesi dəniziylə, qərbdə isə Sulu dəniziylə əhatə olunub.

Adada Filippinin ən yüksək zirvəsi olan Apo vulkanı yerləşir. Burada həm 2954 m qədər hündürlüyü olan dağlar, həm də bataqlaşmış ovalığlar yerləşir. Ada seysmikdi, fəaliyyətdə olan vulkanlar var.

Musson subekvatorial və ekvatorial iqlimlərində yerləşir. İl ərzində düzənliklərdə havanın temperaturu 25-28 °С, İldə 1000–2000 mm yağıntılar olur (hündürlüyü 4000 m qədər olan dağlarda)

Ən böyük çayı Mindanao çayıdı, burada çoxlu göllər var (ən böyüyü Lanao-du). Adada əsasən tropik həmişə yamyaşıl və yarpağı tökülən (musson) meşələr yerləşməkdədi, sahil boyunca bəzi yerlərdə manqrov meşələrinə rast gəlmək olar. Apo dağın ətəyində Qartal qoruğu yerləşir, bura dünyada çox az olan filippin qartalların qorunması üçün yaradılmışdı.

İnzibati bölgələr

Mindanao adasının inzibati xəritəsi   Müsəlman Mindanao Muxtar Bölgəsi  Karaga  Davao regionu  Şimali Mindanao  SOCCSKSARGEN  Zamboanga yarımadası

Mindanao adasını 6 regionlara bölünüb, onların hər biri öz növbəsində bir neçə əyalətlərindən ibarətdir.

Regionlar:

Xəritədəİnzibati regionSahəsi
km²
Əhalisi
(2010-cu ilinə görə)
Sıxlığı
insan/km²
Zamboanga yarımadas16 8233 407 353202,54
Şimali Mindanao20 1324 297 323213,50
Davao20 2444 468 563220,74
SOCCSKSARGEN22 4664 109 571182,92
Karaga21 4712 429 224113,14
Müsəlman Mindanao Muxtar Bölgəsi26 9743 256 140120,71
Ümumi128 11025 375 527198,10

İqtisadiyyat

Burada kömür, dəmir filizlərin, əlvan metalların yataqları var. Düyü, kokos palması, ananas, abaka becərilir.

Separatizm

1970-ci illərdən başlayaraq burada Moro Milli Qurtuluş Cəbhəsi və Moro İslam Qurtuluş Cəbhəsi qruplaşmaları fəaliyyət göstərir. Onlardan Moro İslam Qurtuluş Cəbhəsi Filippinin cənub hissəsinin ayrılması uğrunda mübarizə aparan və orada islam dövlətinin yaradılmasını istəyən islamçı üsyançı təşkilatdı. Həmçinin adanın ərazisində silahlı dəstələrinə sahib olan müxtəlif sol yönümlü təşkilatlar fəaliyyət göstərir.

Uzun hazırlıq işlərindən sonra, gözlənilirdi ki, 5 avqust 2008-ci ildə Kuala Lumpur (Malayziya) şəhərində "Moro İslam Qurtuluş Cəbhəsinin" 30 nümayəndədən ibarət nümayəndə heyəti ilə dövlət arasında sülh sazişi imzalanacaq. Lakin, Filippinin Ali məhkəməsi 2008-ci il avqustun 4-də memorandumu açıqlamışdı, hansında ki, deyilirdi ki, saziş hüquqi qüvvəyə malik olmayacaq, çünki ölkə konstitusiyasına ziddir və Filippinin dezinteqrasiyaya çıxara bilər. Saziş imzalanmadı, və bundan sonra təxminən 12 min döyüşçüsü olan "Moro İslam Qurtuluş Cəbhəsi" öz hərbi fəaliyyətini daha çox aktivləşdirdi.

Mədəniyyəti

Mindanao Filippinin mədəni cəhətdən ən rəngarəng adasıdı. Burada müxtəlif irqlərə aid olan və müxtəlif dillərdə danışan tayfalar və xalqlar yaşayır. Bu ada iki böyük Sulu və Magindanao sultanlığının iqamətgahı idi. Buranın buddist və taost məbədləri və xeyli sayda yaşayan Lumad adlı yerli əhalisi, buranı daha da rəngarəng edir

Adada ən çox sebuan, taqal, kreol və ingilis dilli istifadə olunur.

Buraya sonrada köçən insanlar əhalinin 63%, morolar (müsəlmanlar) 32%, Lumadlar isə 5% təşkil edir. Yerli əhalinin bir çoxu sonradan köçənlərlə nikaha daxil olublar. Adanın yerli əhalisinin mədəniyyəti Filippinin əsas mədəniyyətindən fərqlənir

Din

Mindanao əhalisinin 70% -dən çoxu xristiandı, müsəlmanlar əhalinin 20.44% təşkil edir. Burada yayılan başqa dinlər: Yevangelist (5,34%), Aqlipay ( müstəqil Filippin kilsəsi;2.16%), İsanın kilsəsi (1,66%) və Yedinci Günün Adventistləri (1,65%)

Təslim olmayan yapon əsgərləri

2005-ci ildə adada Yaponiya ordusunun iki əsgəri tapılmışdı: 87 yaşlı leytenant İosio Yamakave və 83 yaşlı yefreytor Sudzuki Nakauti. Onlar hələ də İkinci dünya müharibəsinin başa çatdığını bilmirdilər və fərarilik etdiklərinə görə cəzalanmağdan ehtiyatlanaraq, adada gizlənirdilər. Yaponiya səfirliyi bununla bağlı bildirmişdi ki, adada müharibənin çoxdan başa çatdığını bilməyən onlarla yapon əsgərin olması istisna edilmir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mindanao adası haqqında məlumat. Mindanao adası nədir? Mindanao adası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hedonizm

  • Fevral 27, 2026

    Northrop Corporation

  • Fevral 27, 2026

    Kosmokimya

  • Fevral 27, 2026

    Neoklassik memarlığı

  • Fevral 12, 2026

    Yəhudilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst