Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mezoamerikan dilləri — Mezoamerika bölgəsində( indiki Meksika, Qvatemala, Beliz, Honduras və Salvadorun bir hissəsində) qədim xalqlar tərəfindən danışılan yerli

Mezoamerikan dilləri

  • Ana Səhifə
  • Vikipediya
  • Mezoamerikan dilləri

Mezoamerikan dilləri — Mezoamerika bölgəsində( indiki Meksika, Qvatemala, Beliz, Honduras və Salvadorun bir hissəsində) qədim xalqlar tərəfindən danışılan yerli dillərin bir qrupudur. Bu dillər geniş dil ailələrinə aiddir və çoxəsrlik tarixi və mədəni irsə malikdirlər.

Mezoamerikan dilləri
Takson —
Areal —
Təsnifat
Kateqoriya ???
indigenous language[vd]
Indigenous languages of the Americas[vd]
Mezoamerikan dilləri
Tərkib
—
Dil qrupunun kodları
ISO 639-2 —
ISO 639-5 —
Maya qlifləri, Palenque, Meksikadakı Museo de sitioda stükkoda. Yerli Mezoamerikan yazı sistemində yazılmış Mesoamerikan dilində mətn nümunəsi.
100.000-dən çox danışan ilə Meksikanın dil qrupları

Mündəricat

Dil ailələri

Dil ailələri Uto-Aztek dil ailəsinə, Maya dil ailəsinə, Mixtek-Zapotek dillərinə, Totonaq, Otomang, Mixe-Zoque, Purhepeça və Tequistlatek dillərinə bölünür.

Uto-Aztek dilləri Mərkəzi Meksikadan ABŞ-ın qərb hissələrinə qədər uzanan geniş coğrafiyada danışılan böyük bir dil ailəsidir. Bu dil ailəsi adını iki əsas qolundan alır: Ute dilləri(ABŞ-ın cənub-qərbində danışılan) və Aztek dilləri(Meksika bölgəsində danışılan). Uto-Aztek dilləri tarixi cəhətdən həm Şimali, həm də Mərkəzi Amerikada çox geniş yayıldığı üçün bu bölgələrin ən vacib dil ailələrindən biri sayılır.

Dil quruluşu

Mezoamerikan dilləri dil quruluşu baxımından zəngindir və bəzi dillər mürəkkəb qrammatikaya və geniş səs sisteminə malikdir. Bu dillərdən bəziləri müasir dövrdə də istifadə olunur, amma bir çoxu itmək təhlükəsi ilə üz-üzədir. Uto-Aztek dil ailəsinin ən məşhur dili Nahuatl dilidir, Meksikanın geniş ərazilərində yayılmışdır. Uto-Aztek dilləri həm şimalda ABŞ ərazisində danışılan dilləri, həm də cənubda Meksika və Orta Amerikadakı dilləri əhatə edir. Maya dil ailəsi Yukatan yarımadası, Qvatemala, Belize və Hondurasda geniş yayılıb. Ən tanınmış dilləri Yukatek Maya, Kiçe, Qeqçi, Tzeltal, Tzotzildir.

Otomanq dil ailəsi Mərkəzi Meksikada danışılan qədim dillərdən biridir və böyük tarixi əhəmiyyətə malikdir. Əsas dilləri Otomi, Mazahua, Mixtec, Zapotekdir.

Mixe-Zoque dil ailəsi əsasən Meksikanın cənub-şərq bölgələrində danışılır. Mixtec və Zoque dilləri ən tanınmış nümayəndələridir. Totonaq-Tepehua dil ailəsinə aid dillər Meksikanın şimal-şərqində, Veracruz və Puebla əyalətlərində danışılır. Əsas dilləri Totonaq və Tepehuadır.

Bu dil ailələri sırasında qrammatik quruluş və fonologiya baxımından oxşarlıqlar olsa da, hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Mezoamerikan dillərinin ortaq cəhətlərindən biri, mürəkkəb səs sistemi və qrammatikanın çoxsəviyyəli olmasıdır.

Cari paylama xəritəsi

Mezoamerikan dillərinin geopaylanması


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mezoamerikan dilləri sözünün mənası, mezoamerikan dilləri haqqında məlumat. mezoamerikan dilləri nədir? mezoamerikan dilləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sian

  • Mart 06, 2026

    Murtuza Axundov

  • Fevral 27, 2026

    Ronaldinyo

  • Fevral 25, 2026

    Gerhard Şröder

  • Fevral 27, 2026

    İvan Şişkin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst