Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uto-Aztek dilləri — Mərkəzi Meksikadan ABŞ-ın qərb hissələrinə qədər uzanan geniş coğrafiyada danışılan böyük bir dil ailəsidir. Bu dil ailəsi adını iki əsas qo

Uto-Aztek dilləri

  • Ana Səhifə
  • Vikipediya
  • Uto-Aztek dilləri

Uto-Aztek dilləri — Mərkəzi Meksikadan ABŞ-ın qərb hissələrinə qədər uzanan geniş coğrafiyada danışılan böyük bir dil ailəsidir. Bu dil ailəsi adını iki əsas qolundan alır: Ute dilləri (ABŞ-ın cənub-qərbində danışılan) və Aztek dilləri (Meksika bölgəsində danışılan). Uto-Aztek dilləri tarixi cəhətdən həm Şimali, həm də Mərkəzi Amerikada çox geniş yayıldığı üçün bu bölgələrin ən vacib dil ailələrindən biri sayılır.

Uto-astek dilləri
Takson —
Areal —
Təsnifat
Kateqoriya ???
indigenous language[vd]
indigenous language of North America[vd]
Uto-Aztek dilləri
Tərkib
—
Dil qrupunun kodları
ISO 639-2 —
ISO 639-5 azc

Mündəricat

Coğrafi yayılma

Meksika və ətrafındakı uto-Aztek dilli icmalar

Uto-Aztek dil ailəsi iki əsas coğrafi bölgüyə bölünür: Şimali qolu — ABŞ-ın qərbində (Nevada, Kaliforniya, Arizona, Utah, Vyominq) və Meksikanın şimalında danışılan dilləri əhatə edir. Cənub qolu — Meksikanın mərkəzində və cənubunda danışılan dillərdir.

Şimali qolu

  1. Ute — ABŞ-ın Kolorado və Utah ərazilərində danışılan yerli dil.
  2. Hopi — ABŞ-ın Arizona ştatında yaşayan Hopi xalqının danışdığı dil.
  3. Şoşoni — ABŞ-ın Nevada, Utah və Vyominq bölgələrində danışılır.
  4. Paiute — Nevada və Koliforniya bölgələrində danışılır.

Cənubi qolu

Nahuatl — Aztek imperiyasının rəsmi dili və Uto-Aztek dillərinin ən məşhur nümunəsidir. Bu dil hələ də Meksikada milyonlarla insan tərəfindən danışılır. Nahuatl dili Azteklərin siyasi, hərbi və dini dili idi və bu dilin leksikası ispan dilinə də müəyyən təsir göstərmişdir. Pipil — El Salvadorun qərb bölgəsində danışılan dil, Nahuatl dilinə çox yaxındır.

Uto-Aztek dillərinin tarixi və mədəni əhəmiyyəti

Uto-Aztek dilləri xüsusilə Cənubi Amerikadakı Aztek imperiyasının dil mədəniyyətinə böyük təsir göstərmişdir. Nahuatl, Azteklərin dili olaraq geniş siyasi və mədəni əhəmiyyətə malikdir. Aztek imperiyasının yüksəlişi ilə birlikdə Nahuatl dili mərkəzi Meksikada lingua franca rolunu oynadı. Azteklərin böyük mədəni irsi nəticəsində Nahuatl dilindən bir çox sözlər digər dillərə, xüsusilə də ispan və ingilis dillərinə keçmişdir.

Ümumi dil xüsusiyyətləri

Uto-Aztek dilləri bir sıra xüsusiyyətlərə malikdir: Aqqlütinativ morfologiya — bu dillər müxtəlif prefiks və suffikslərin köklərə birləşdirilərək yeni sözlər yaratma xüsusiyyəti ilə xarakterizə olunur. Söz sırası dilin növünə görə dəyişsə də, bir çox Uto-Aztek dillərində subyekt-obyekt-fel qaydası geniş yayılmışdır. Zəngin morfologiya- Bu dillər xüsusilə mürəkkəb feillərə və geniş qrammatik formalar toplusuna malikdirlər.

Mövcud vəziyyəti

Bəzi Uto-Aztek dilləri, xüsusən Şimali qoldakı dillər, demək olar ki, yox olmaq təhlükəsi altındadır və yalnız az sayda yaşlı nəsil tərəfindən danışılır. Buna baxmayaraq, Nahuatl kimi dillər hələ də canlıdır və bu gün Meksikada təxminən 1.5 milyon insan tərəfindən danışılır. Nahuatl dili həm məktəblərdə öyrədilir, həm də mədəni və tarixi baxımdan qorunur.

Uto-Aztek dilləri zəngin tarixə malik olub, həm qədim Mezoamerika, həm də ABŞ-da müxtəlif xalqların mədəniyyətində mühüm rol oynamışdır.

Ədəbiyyat

  • Caballero, G. "Behind the Mexican Mountains: Recent Developments and New Directions in Research on Uto-Aztecan Languages". Language and Linguistics Compass. 5 (7). 2011: 485–504. doi:10.1111/j.1749-818x.2011.00287.x.
  • Campbell, Lyle. American Indian Languages: The Historical Linguistics of Native America. Oxford University Press. 1997. ISBN 0195094271.
  • Campbell, Lyle. What drives linguistic diversification and language spread? // Bellwood, Peter; Renfrew, Colin (redaktorlar ). Examining the farming/language dispersal hypothesis. Cambridge(U.K.): McDonald Institute for Archaeological Research. 2003. 49–63.
  • Campbell, Lyle; Poser, William J. Language classification, history and method. Cambridge University Press. 2008. ISBN 9780521880053. OL 10438309M.
  • Cortina-Borja, M; Valiñas-Coalla, L. "Some remarks on Uto-Aztecan Classification". International Journal of American Linguistics. 55 (2). 1989: 214–239. doi:10.1086/466114.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uto-aztek dilləri sözünün mənası, uto-aztek dilləri haqqında məlumat. uto-aztek dilləri nədir? uto-aztek dilləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Eli-Abel Karryer

  • Fevral 27, 2026

    Boris Qodunov

  • Fevral 28, 2026

    Ox (silah)

  • Fevral 27, 2026

    Şəmşəddil sultanlığı

  • Fevral 25, 2026

    Əyalət

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst