Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Andaluzit Al2 [O | SiO4] — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Andalusit siyanit və sillimanit ilə trimorfikdir, aşağı t

Andaluzit

  • Ana Səhifə
  • Vikipediya
  • Andaluzit

Andaluzit Al2 [O | SiO4] — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Andalusit siyanit və sillimanit ilə trimorfikdir, aşağı təzyiqli orta temperaturlu polimorfdur. Daha yüksək temperatur və təzyiqlərdə andaluzit sillimanite çevrilə bilər. Beləliklə, digər polimorflarında olduğu kimi, andaluzit də alüminosilikat indeksli mineraldır və ana süxurun istehsalında iştirak edən dərinlik və təzyiqlərə dair ipuçları verir.

Andaluzit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Al2SiO5
Strunz təsnifatı VIII/A’.02
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Bərklik 7,5
Zolaq rəngi ağ
Sıxlıq 3,15 ± 0,03 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Növ müxtəliflikləri

Andaluzit, 100 mm, Paraqaçay filiz təzahürü, Ordubad rayonu

Viridin – tünd — yaşıl manqanlı (7 %-dək) andaluzit; hiastolit – kristalın en kəsiyində kömür möhtəvilərinin xaç şəklində yerləşdiyi andaluzit.

Xassələri

Rəng – boz, qonur, sarı, narıncı, qəhvəyi, qırmızı, az hallarda tünd-yaşıl, nadir hallarda rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən tutqunadək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,1–3,2; Sərtlik – 7–7,5; Ayrılma – {110} üzrə mükəmməl, {100} üzrə qeyri-mükəmməl, Bölünmə – {120} və {230} üzrə; Sınıqlar – qeyri-hamar, qəlpəli, Lüminessensiya – zəifdir, yaşıldan-yaşılımtıl-sarıyadək; Morfologiya – kristallar: prizmatik, psevdotetraqonal; İkiləşmə: qeyd olunmayıb, Mineral aqreqatları: çubuğabənzər-şüalı, bəzən – lifli.

Mənşəyi və yayılması

Tipik metamorfogen mineraldır. Gilli və kömürlü-gilli şistlərdə, bəzən qneyslərdə rast gəlir. Roqoviklərdə, alp tipli kvars damarlarında qeyd edilir. Törəmə kvarsitlərdə geniş inkişaf etmişdir. Bəzən qreyzenlərdə rast gəlir. Andaluzit qranit peqmatitlərində də qeyd edilmişdir. Çökmə süxurların adi qırıntı mineralıdır. Çox vaxt səpintilərdə tapılır, miqdarca çox olduqda praktik əhəmiyyət kəsb edir. Birlikdə rast gəldiyi minerallar: kordiyerit, stavrolit, qranat, kvars və b. Mineralın tapıldığı yerlər: Syerra-de Ronda (İspaniya); Vayt-Mauntin, Stendiş (ABŞ); Minas-Novas, Minas-Jerays (Braziliya); Xazi-Xils (Hindistan), Semiz-Buğu (Qazaxıstan); Murzinka (Rusiya). Andaluzitin iri yığınları həmçinin CAR, Tanzaniya, Avstraliya, Böyük Britaniya, İsveçrə və b. ölkələrdə aşkar edilmişdir. Azərbaycanda andaluzit Gədəbəy, Bittibulaq, Paraqaçay yataqlarının və Tutqun filiz sahəsinin filizyanı metasomatitlərində qeyd edilir.

Tətbiqi

Oda və turşuyadavamlı mühüm xammal olmaqla metallurgiya və keramika sənayesində, silisium-alüminium xəlitəsi – silumin almaq üçün istifadə edilir. Mineralın gözəl rəngli növ müxtəliflikləri zərgərlik işlərində praktik baxımdan maraq doğurur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Andaluzit haqqında məlumat. Andaluzit nədir? Andaluzit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Burqoniya sülaləsi

  • Fevral 27, 2026

    Amedeo Avoqadro

  • Fevral 27, 2026

    Xaş

  • Fevral 27, 2026

    Raziyə Sultan

  • Fevral 25, 2026

    Ənvər Xoca

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst