Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Meqan Deniz Foks (ing. Megan Denise Fox; 16 may 1986, Oak-Ric, Tennessi, ABŞ) — ABŞ aktrisası və manekeni. Ən məşhur çəkildiyi filmləri - "Transformerlər" (2007

Meqan Foks

  • Ana Səhifə
  • Vikipediya
  • Meqan Foks

Meqan Deniz Foks (ing. Megan Denise Fox; 16 may 1986, Oak-Ric, Tennessi, ABŞ) — ABŞ aktrisası və manekeni. Ən məşhur çəkildiyi filmləri - "Transformerlər" (2007), "Transformerlər: Məğlubların qisası" (2009) və "Cenniferin bədəni" (2009).

Meqan Foks
ing. Megan Fox
Doğum adı Megan Denise Fox
Doğum tarixi 16 may 1986(1986-05-16) (39 yaş)
Doğum yeri
  • Ok-Ric[d], Tennessi, ABŞ
Həyat yoldaşı
  • Brayan Austin Qrin[d] (2010–2021)
Uşaqları 4 (Noah Şannon Qrin, Bodhi Ransom Green, Journey River Green daxil olmaqla)
Partnyorları
  • Brayan Austin Qrin[d] (2004–2015)
  • Machine Gun Kelly[d] (2020–2024)
  • Conni Simmons[d] (2009)
Fəaliyyəti aktrisa, kino aktrisası, televiziya aktrisası, model[d], səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri 2001-ci ildən
Boyu 163 sm
Çəkisi 54 kq
IMDb ID1083271
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Deniz Meqan Foks 16 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi.

Karyerası

Meqan Foks 2007 dekabr ayında

1999-cu ildə ABŞ-nin Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası etmək ümidilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub. Sonra "Sənin nəyini sevirəm" serialındakı epizodik rol gəldi. 2004-cü ildə Meqan Foks Hollivudda ikinci dərəcəli rollara çəkildi. O, əvvəlcə Lindsi Lohanla birlikdə "Etiraf" filmində, sonra isə yeniyetmələr üçün nəzərdə tutulan "TV kraliçası" dramı və "Modanın cinayətləri" filmində rol aldı. 2005-ci ildə aktrisa "FHM" dərgisinin üz qabığına çıxdı, növbəti ildə isə jurnalın versiyası ilə 2006-cı ilin 100 ən seksual qadını arasında 68-ci yeri tutdu. 2007-ci ildə çəkilişlər yenidən başladı. "Transformerlər" filmidə canlandırdığı Mikaela obrazı ona əsl şöhrət gətirdi. Həmin ilin iyul ayında "Maxim" dərgisinə verdiyi müsahibədə bəzi narkotik maddə növlərini qəbul etdiyini etiraf edən aktrisa, onlardan xoşlanmadığını bildirib. O, bütün Hollivudun narkotiklərə qurşandığını, özünün isə marixuananın leqallaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb. 2007-ci ildə "FHM" dərgisinin versiyası ilə Ancelina Coli, Steysi Fergüson (Ferci) və Skarlett Yohansson kimi rəqibləri qabaqlayan Meqan Foks dünyanın ən seksual qadını elan edilib. 2008-ci ildə isə "Maxim" jurnalı onu bu şərəfə layiq görüb. 2010-cu ildə "Love The Way Lie" klipində çəkilmişdir. Meqan Foks tatuajı çox sevir. Bakirəliyi ilə 15 yaşında vidalaşan Meqan çılğın seks yaşadığı dostu Brayanın adını qarnının aşağı hissəsinin sağ tərəfinə döydürüb.

Filmoqrafiya

  • Günəşli tətillər (2001)
  • Ouşen küçəsi (2002–2003)
  • Pis oğlanlar-2 (2003)
  • Səhnənin ulduzları (2004)
  • Modanın cinayəti (2004)
  • İki yarım insan (2004)
  • Transformerlər (film, 2007)
  • Transformerlər: Məğlub olanların intiqamı (2009)
  • Cenniferin bədəni (2009)
  • Cona Heks (2010)
  • Ehtiras oyunları (2010)
  • Nindza Tısbağalar (2014)
  • Hope və Faith (film)

Şəkilləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, meqan foks sözünün mənası, meqan foks haqqında məlumat. meqan foks nədir? meqan foks nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    3M

  • Mart 06, 2026

    Ketrinq

  • Fevral 27, 2026

    Adaptasiya (biologiya)

  • Fevral 27, 2026

    Tarakankimilər

  • Fevral 27, 2026

    .vn

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst