Melvill (ing. Melville Peninsula) — Kanadanın şimalında yerləşən yarımada.
| Melvill yarımadası | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 62,564 km² |
| Yerləşməsi | |
| 68°00′ şm. e. 84°00′ q. u.HGYO | |
| Akvatoriya | Foks körfəzi |
| Ölkə | |
![]() Melvill yarımadası | |
Coğrafiya
Melvill yarımadasının şərqində Foks körfəzi, qərbdə isə Kommitti körfəzi onun sahillərini yuyur. Yarımada Kanada artikasında ən iri yarımadadır. 1999-ci ildən Nunavut vilayətinin Kikiktani regionuna verilmişdir. Buna qədər isə Kanadanın Şimal-Qərb ərazilərinə daxil idi. Ən hündür nöqtəsi 564 m, sahəsi 62,564 km², uzunluğu 400 km, 113–217 km təşkil edir.
Fari və Hekla boğazı yarımadanı Baffin Torpağı adasını ayırır. Frozen-Streyt boğazı isə Sautqemptom adasını yarımadadan ayırır. Yarımada materikdən Rey bərzəği vastəsi ilə birləşir. Bərzəx araşdırmaçı Con Reyın şərəfinə adlandırılmışdır. Bitkiləri əsasən Tundrada bitən mamır və şibyələrdən ibarətdir. Yarımadanın cənubunda kiçik qəsəbə olan Repals-Bey, şərq hissədə isə Holl-Biç qəsəbəsi yerləşir. Bu yaşayış məntəqələri əsasən bölgədə mövcud olan ov heyvanlarının tədarükü ilə salınmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, melvill yarımadası sözünün mənası, melvill yarımadası haqqında məlumat. melvill yarımadası nədir? melvill yarımadası nə deməkdir?

