Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehtər türk adətlərində bir şənlik aləti deyil, əzəmətin, ehtişamın və görkəmliliyin bir işarəsidir. Dövlətin böyüklüyünə işarədir və təbillərin vurulması ilə ç

Mehtər musiqisi

  • Ana Səhifə
  • Vikipediya
  • Mehtər musiqisi

Mehtər türk adətlərində bir şənlik aləti deyil, əzəmətin, ehtişamın və görkəmliliyin bir işarəsidir. Dövlətin böyüklüyünə işarədir və təbillərin vurulması ilə çalınır. Türklərin dövlət anlayışında xalqın bütünlüyü, dövlətin ucalığı kimi anlayışlar çox önəmlidir. Bu inanc və adətlər, İslamdan əvvəlki türk dövlətlərində, Səlcuq və Osmanlı dövlətlərində də kiçik dəyişikliklərlə özünə yer alıb.

Burada üç önəmli simvol var: Otağ adlanan xaqanın və ya baş komandanın olduğu yer. Bu bir savaş işarəsi olaraq qiymətləndirilir, çünki otağ yalnız savaşlarda qurulur. Xaqanın köçü adlanan böyük təbil xaqanlıq otağının önündə qoyulur və istifadəsi yalnız xaqana aiddir. Xaqanlıq mehtəri isə bayrağın altında və otağın önündə əsgərləri ürəkləndirmək üçün çalınan musiqi toplusudur.

Bayraq və mehtər türk dövlətində biri-birindən ayrılmaz çox önəmli əşyalardır. Mehtərin çalınması ilə otağdan çıxılır və savaşa başlamaq üçün ilk addımlar atılır. Türklərin Orta Asiya adətlərində dövlət başçısı olan xaqanın otağı önündə qoyulan böyük təbilin və kösün günün müəyyən zamanlarında çalınaraq gücünü göstərməsinə "Növbət döymə" ya da "vurma" deyilir. Növbət döymək dövlət başçısı olan xaqanın gücünü dosta, düşmənə göstərməsi və xüsusi ilə düşmənin ürəyinə qorxu salan şəkildə həyata keçrilməsi idi. Osmanlı dövlətində bayraqla birgə müqəddəs bir varlıq halında yaşadılan mehtər müstəqilliyin, dövlət varlığının önəmli göstəricisi olmaqla yanaşı, meydan savaşlarında, qala mühasirələrində, dəniz savaşlarında düşmənə hücum etmək ərəfəsində çıxardığı səslə əsgərləri şövqləndirir, ordunun əhval-ruhiyyəsini yüksəldir, düşməni ruhdan salır, onun sıralarının pozulmasına səbəb olurdu. Meydan döyüşündə tək bir xaqanlıq kösü də ümumi mehtəri əvəz edə bilirdi. Hücum və müdafiələri xaqanlıq kösü müəyyənləşdirir, təbil və gərənaylardan ibarət olan mehtər savaşda ordunu istiqamətləndirirdi. Döyüşdə məğlubiyyət mehtərin ələ keçrilməsi ilə müəyyənləşirdi. Bu vəziyyətdə ən çətin döyüşlər bayraq və mehtər ətrafında olurdu.

Aydın görünür ki, mehtər döyüş meydanında sadəcə musiqi toplusu demək deyildi, o eyni zamanda silahlı birliklərin mühüm tərkib hissəsi idi. Lakin sülh dövründə onun musiqi tərəfi daha çox önə çıxırdı. Sülh dövründə mehtər xaqanın hakimiyyətinin və dövlət həyatının davam etdiyinin bir göstəricisi idi.

Osmanlı mehtərində zurna, boru, gərənay və nəfəsli mehter tütəyi, kbs, təbil, nağara və çovğan kimi zərb alətləri yer alırdı. "Tabl ü alem-i həssa" adlandırılan və ən böyük mehtər olan padişah mehtər grupu doqquz qatdan ibarət idi. Bunun mənası hər çalğı alətindən 9 ədəd olması demək idi. Bu say sonradan 12, 16-ya qədər artmışdı.

Padişahdan başqa vəziri əzəmin (baş nazirin) qübbə vəzirlərinin (kabinet üzvlərinin) dəftərdar və rəmis ül küttabın (maliyyə və xarici işlər nazirlərinin) mehterxanaları olduğu kimi, ölkənin müxtəlif əyalətlərində və qalalarında mehter dəstələri fəaliyyət göstərirdi.

Mehterin təsir gücü avropalılar tərəfindən də yüksək qiymətləndirilmiş və mehter nümunə kimi götürülərək müxtəlif Avropa ölkələrində əsgəri musiqi bölmələri yaradılmışdır. Qlak, Motsart, Bethoven kimi bəstəkarlar mehterdən təsirlənərək musiqilər bəstələmişlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mehtər musiqisi haqqında məlumat. Mehtər musiqisi nədir? Mehtər musiqisi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gülbədən bəyim

  • Fevral 25, 2026

    İşemik insult

  • Fevral 27, 2026

    Dopler effekti

  • Fevral 27, 2026

    Sverdlovsk

  • Fevral 27, 2026

    Bulqarlar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst