Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri.

Patrona Xəlil

  • Ana Səhifə
  • Vikipediya
  • Patrona Xəlil

Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri.

Patrona Xəlilin rəssam Jean Baptiste Vanmour tərəfindən çəkilən rəsmi

Haqqında

Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır.

O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi. Nəhayət, Təbriz şəhərinin əldən getməsi və bu xəbərin saraydan və əhalidən gizlədilməsi öyrənildi və əhalinin etirazlarını alovlandıran Patrona Xəlil 25 sentyabr 1730 tarixində əhalini Ətmeydanına topladı. Başlayan üsyan hədəf seçilən sədrəzəm Nevşəhərli İbrahim Paşanın və onun iki kürəkəninin qətlinə, daha sonra isə dövrün padşahı Sultan Əhmədin taxtdan endirilməsinə gətirib çıxardı. Yeni padşahın taxta keçməsinə baxmayaraq Patrona Xəlil və digər üsyan rəhbərləri dövlət məsələlərinə müdaxilə etməyə, paytaxtda və ətraf bölgələrdə iğtişaş törətməyə davam edirdilər.

Nəhayət, 25 noyabr 1730 tarixində yandaşları ilə birlikdə saraya dəvət olunan Patrona Xəlil İrəvan köşkündə toplanan qurma divan məclisi əsnasında qətlə yetirildi. Ardından ikinci qapıda onları gözləyən təxminən 10 nəfər öldürüldü. Hadisələri eşidən birinci qapıdakılar isə qaçdılar. Anadoluya qaçanların ələ keçirilmələri üçün fərmanlar yazıldı. Üsyan rəhbərlərinin öldürülməsiylə şəhərdə nibi sükunət təmin edilsə də, ixtişaşlar bir müddət davam etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Patrona Xəlil haqqında məlumat. Patrona Xəlil nədir? Patrona Xəlil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Assam

  • Fevral 27, 2026

    Bozkurt Ergör

  • Fevral 27, 2026

    Aslanbəyli məscidi

  • Fevral 25, 2026

    İrəvan quberniyası

  • Fevral 25, 2026

    Qarabağ dağlaləsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst