Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mağara və ya köhül — yerdə təbii oyulma nəticəsində əmələ gələn çuxur və ya girinti. Min illər boyu insanlar tərəfindən sığınacaq və məzar yeri kimi istifadə ed

Mağara

  • Ana Səhifə
  • Vikipediya
  • Mağara

Mağara və ya köhül — yerdə təbii oyulma nəticəsində əmələ gələn çuxur və ya girinti. Min illər boyu insanlar tərəfindən sığınacaq və məzar yeri kimi istifadə edilmişdir. Dünyanın bir çox mağaralarında qədim mədəniyyətlər və sivilizasiyalar haqqında dəyərli məlumatlar verən mağara rəsmləri və qayaüstü incəsənətin digər növləri tapılıb.

Azıx mağarası

Mağaralarda kristallar, qiymətli daşlar və filizlər kimi qiymətli mineral yataqları ola bilir. Mağaralar qış yuxusuna gedən heyvanlar üçün əlverişli yerdir.

Mündəricat

Geomorfoloji termin

Mağara — (rus. пещера, ing. cave) yer qabığının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll olması, həmçinin suffoziya, abraziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar — karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan ibarət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimistik mağarasının uzunluğu). Mağaraları speleologiya öyrənir.

Ümumi məlumat

Krizna Yama mağarasında göl, Sloveniya

Azərbaycaının ən qədim məskən tipləri təbii və süni mağaralar kimi formalaşmışdır. Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Məhsuldar quvvələrin inkişafı və bununla həmahəng olaraq inşaat texnikasının təkmilləşdirilməsi nəticəsində suni mağaralar qazma tipli evlərlə əvəz olunmuşdur. Daş hörgünün meydana gəlməsi isə qazma və yarımqazma evlərin yaranmasında mutərəqqi rol oynamışdır.

Karst mağaraları

Bu cür mağaralar daha çoxdur. Karst mağaraları daha uzun və dərin olur. Bü cür mağaralar süxurların su ilə yuyulmasından əmələ gəlir. Ona görə də karst mağaralarına yalnız orada rast gəlmək olur

Əhəngdaşı və deməli mərmər saf distillə olunmuş su ilə çox pis həll olunur. Suda həll olunmuş karbon qazı olduqda (təbii şəkildə suyun tərkibində həll olunmuş karbon qazı mövcud olur) isə, suyun həlledicilik qabiliyyəti bir neçə dəfə artsa da, əhəngdaşı istənilən halda ya zəif həll olur, ya da gips və ya düzla müqayisədə zəif həll olunur. Lakin, əhəngdaşınını yuyulması ilə yaranan mağaraların gips və duzun yuyulması ilə yaranan mağaralardan daha böyük olmasının səbəbi budur ki, gips və duzun yuyulması zamanı mağaralarların yaranması kimi, dağılması da sürətlə gedir.

Yer kürəsinin ən dərin mağaraları

Dərinliyi 1000 m-dən çox olan ilk mağara fransız Qufr Berje tərəfindən müəyyən edilmişdir və 1953-cü ildən 1963-cü ilə qədər bu mağaranın ən dərin mağara olduğu hesab edilirdi.

MağaraDərinliyi, mUzunluğu, mYerləşməsi
1Krubera-Voronya-219116 058Abxaziya, Gürcüstan
2Sarma-176013 000Abxaziya, Gürcüstan
3Qarlı-175324 080Abxaziya, Gürcüstan
4Lamprextsofen-163250 000Avstriya
5Mirolda-162613 000Fransa
6Jan-Bernar-160220 536Fransa
7Torka del Syerra-15897060İspaniya
8Pantyuxin-15085530Abxaziya, Gürcüstan
9Sima de la Korniza-15076445İspaniya
10Çeki-2-15025291Sloveniya
Mamont mağarasında tipik qalereya, Kentukki.

Azərbaycan mağaraları haqqında

Azərbaycan Respublikası ərazisində bir çox təbii mağara aşkar edilmişdir ki, onlar Böyük və Kiçik Qafqazın dağətəyi və yüksək dağlıq sahələrində, Talış dağlarında və Naxçıvan MR-də yerləşirlər. Ölçülərinə görə mağaralar o qədər böyük olmasalar da, mənşələrinə görə çox fərqlənərək karst, abrazion, erozion, denudasion və s. formalarla təmsil edilirlər. Mağaraların bir hissəsi ibtidai insanlara sığınacaq yeri kimi xidmət göstərmiş və yəqin ki, yerli əhalinin genetik yaddaşında saxlanaraq müqəddəs "pir" statusu olan sitayiş yerlərinə çevrilmişdir. Onlardan ümumdünya əhəmiyyəti qazanmış ən məşhurları Qarabağın Azıx və Naxçıvan diyarının Əshabi-Kəf mağara abidələridir.

Həmçinin bax

  • Azərbaycan mağaraları
  • Azıx mağarası
  • Əshabi-Kəf mağarası
  • Eroziya fazası
  • Karst
  • Geoloji proseslər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mağara haqqında məlumat. Mağara nədir? Mağara nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Struktur

  • Fevral 27, 2026

    Qızıl yun

  • Fevral 27, 2026

    Lisa (repçi)

  • Fevral 27, 2026

    Tuzxurmatu

  • Fevral 27, 2026

    Lady Gaga

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst