Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maya Hüseynəli qızı Hacıyeva (1914, Şuşa – sentyabr 1999, Bakı) — Azərbaycanın ilk riyaziyyatçı qadın alimi.

Maya Hacıyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Maya Hacıyeva

Maya Hüseynəli qızı Hacıyeva (1914, Şuşa – sentyabr 1999, Bakı) — Azərbaycanın ilk riyaziyyatçı qadın alimi.

Maya Hacıyeva
Doğum tarixi 1914(1914)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi sentyabr 1999(1999-09) (84–85 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri namizədi[d]
Elmi adı
  • dosent
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • Moskva Dövlət Universiteti

Həyatı

Maya Hacıyeva 1914-cü ildə Şuşa şəhərində kasıb bir ailədə anadan olub. Atası xırda əşyaların ticarəti ilə məşğul olub, anası isə evdar qadın idi. Azərbaycan Respublikasının prokuroru, dövlət xadimi Hüsü Hacıyev onun böyük qardaşıdır.

Əvvəlcə ibtidai sinfi, sonra realnı məktəbi bitirib və 1928-ci ildən 1931-ci ilədək Şuşa Pedaqoji Texnikumunda təhsil alıb. Dəqiq elmlərə böyük maraq göstərən Maya Hacıyeva təhsilinə davam etmək üçün Bakıya — böyük qardaşının yanına gələrək Azərbaycan Pedaqoji İnstitutunun Fizika–riyaziyyat fakültəsinə qəbul alır. Həmin ərəfədə böyük qardaşı 1931-ci ildə Hüsü Hacıyev Ağdaş rayonunda qaçaqlar tərəfindən öldürülür. Həmin hadisə ona böyük sarsıntılar yaşatsa da, o, təhsilini davam etdirir və 1935-ci ildə məzun olub.

Ali məktəbdə xüsusi fərqləndiyinə görə, institut rəhbərliyi onu Moskvaya göndərir. Beləliklə, 1935–1938-ci illərdə Maya M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alaraq ixtisaslı kadr azlığı yaşanan Bakıya qayıdır və tezliklə Azərbaycan Dövlət Universitetində assistent kimi fəaliyyətə başlayıb. Eyni zamanda, Azərbaycan Pedaqoji İnstitutunun Nəzəri fizika kafedrasında (1939–1941), sonra keçmiş Azərbaycan Sənaye İnstitutunun (1943–1952) Ali riyaziyyat kafedrasında çalışıb.

İkinci Dünya müharibəsinin başlaması Hacıyevanın elmi axtarışlarında istiqamətlərini dəyişməsinə səbəb olur. O, 1941–1943-cü illərdə aspirantura oxuyub, "Helmhols tənliyi üçün sərhəd məsələsi" mövzusunda dissertasiya işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Beləliklə, Maya Hacıyeva Azərbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tarixə düşüb. Onun ilk monoqrafiyası 1945-ci ildə Azərbaycanın gənc alimlərinin müsabiqəsində ən yüksək mükafata layiq görülüb.

1944-cü ildən Azərbaycan Dövlət Universitetinin Nəzəri mexanika kafedrasında dosent kimi fəaliyyət göstərib. 1999-cu ilin sentyabrında vəfat edib.

Xatirəsi

1999-cu ildə Bakı Dövlət Universitetində Maya Hacıyevanın anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi qeyd olunub.

2023-cü ildə Təhsilin İnkişafı Fondu və "Women in Tech" təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Maya Hacıyeva adına "İKT bacarıqları" təqaüd proqramı təsis olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, maya hacıyeva sözünün mənası, maya hacıyeva haqqında məlumat. maya hacıyeva nədir? maya hacıyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Milli Konvent

  • Fevral 24, 2026

    Bosfor boğazı

  • Fevral 27, 2026

    Kərim Yaycılı

  • Mart 01, 2026

    İyul inqilabı

  • Fevral 27, 2026

    İcrud şəhristanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst