Kərim Yaycılı — azərbaycan mühacir şairi.
| Kərim Yaycılı | |
|---|---|
| Doğum tarixi | 1913 |
| Doğum yeri | |
| Vəfat tarixi | 13 avqust 1979 (65–66 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | şair, yazıçı |
Həyatı
Kərim Yaycılı Naxçıvanın Yaycı kəndində anadan olmuşdur. Ermənilərlə azərbaycanlılar arasında olan mübahisələr səbəbilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) ailəsiylə birlikdə Gəncəyə gəlir, bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra isə Türkiyəyə qaça bilir. Burada hərbi təhsil alır və bir müddət orduda xidmət edir. Sonralar dövlət konservatoriyasında və dövlət teatrlarında çalışmışdır. İlk şeirləri 1934-cü ildən etibarən Məhəmməd Əmin Rəsulzadənin Berlində nəşr etdirdiyi "Qurtuluş" jurnalında dərc olunur. Daha sonralar şeir və hekayələri Ankarada nəşr edilən "Azərbaycan" jurnalında çıxır. Azərbaycan Milli Mərkəzinin və Müsavat Partiyası Ankara Təşkilatının üzvü idi. "Türk birliyi" adlı jurnal nəşr etmişdir. Şeirlərinin böyük bir qismi "Azərbaycan, Qafqaz, Anadolu" adlı kitabda toplanıb.
Onun yaradıcılığında əsas motiv Azərbaycan həsrəti və onun istiqlaliyyətinə inam duyğusu olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kərim Yaycılı haqqında məlumat. Kərim Yaycılı nədir? Kərim Yaycılı nə deməkdir?