Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Martqopi döyüşü (gürc. მარტყოფის ბრძოლა) 1625-ci ildə Gürcüstan Kartli çarlığı və Səfəvilər arasında hərbi qarşıdurma. General Georgi Saakadzenin rəhbərliyi ilə

Martqopi döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Martqopi döyüşü

Martqopi döyüşü (gürc. მარტყოფის ბრძოლა) 1625-ci ildə Gürcüstan Kartli çarlığı və Səfəvilər arasında hərbi qarşıdurma. General Georgi Saakadzenin rəhbərliyi ilə gürcülər I Şah Abbas-ın Səfəvi dəstəsini darmadağın etdilər.

Martqopi döyüşü
Tarix 25 mart 1625
Yeri Martqopi yaxınlığı
Nəticəsi Gürcüstanın həlledici qələbəsi
Münaqişə tərəfləri

Kartli çarlığı

Səfəvilər İmperiyası

Komandan(lar)

Georgi Saakadze

Qaraçaqay xan ☪

Tərəflərin qüvvəsi

ehtimal ki daha az

30,000

İtkilər

çox az, bəlkə də bir neçə yüz

27,000

    1625-ci ilin yazında yaxınlaşan qiyamın qarşısını almaq üçün I Şah Abbas Qaraçaqay xanın komandanlığı ilə qoşunlarını Gürcüstana göndərdi. Kartlidə kütləvi qırğın və deportasiya siyasətini həyata keçirməyə çalışdı. Göründüyü kimi Şah Georgini Səfəvi generalına müşavir təyin etdikdən sonra oğlu Paatanı girov götürdüyü üçün Georgiyə tam etibar etmirdi. Düşmən ordusunda Georgi tərəfində onun başqa bir oğlu Avtandil də var idi. Georginin məsləhəti ilə Qaraçaqay xan qoşununun çox hissəsini Cavaxetiyanın müxtəlif bölgələrinə göndərdi, onların dağılmasını və məğlub olmalarını asanlaşdırdı. Gürcülər uğurlarını baş komandan Saakadzenin hazırlıqlarına borc bilirlər. Üsyan başçılarının planlarına görə gürcülər düşərgəyə planlaşdırılandan daha əvvəl hücum etməli idilər; Saakadze və ətrafındakılar Səfəvi ordusunun komandirlərini öldürməli idilər. Martın 25-də, səhər tezdən Kartli və Kaxetiya qoşunları düşmən düşərgəsinə yaxınlaşdı. Səs-küyü eşidən mühafizəçilər həyəcan siqnalını verdilər. Bütün Səfəvi komandirləri Qaraçaqay xanın çadırına toplaşaraq Georgini də çağırdılar. Georgi Qaraçaqay xanını oğlunun köməyi ilə öldürdü, Avtandil isə Qaraçaqay oğlunun canını aldı. Çox keçmədi ki, Georgi və ətrafındakılar heyrətlənmiş Səfəvi komandirlərini öldürdülər. İkinci komandir Zurab Eristavi (Araqvi şahzadəsi-Kartli Krallığının knyazlığı) rəhbərliyi altında olan gürcülərin geri qalanı o dövrdə heç bir rəhbər olmadan qalan çaşqın düşmənin üstünə girdilər. Bütün axşam şiddətli və qanlı bir qırğından sonra gürcülər sarsıdıcı qələbə qazandılar. Martqopi döyüşü haqqında məlumatlar "Kartlinin həyatı" nda və 17-ci əsrin bir türk salnaməçisi Mustafa Naima tərəfindən verilmişdir. Döyüşün ardından gürcülər Tiflisi aldılar və Səfəviləri başqa bölgələrdən qovdular, döyüşdə iştirak etməyən Şah ordusunun yarısı isə yenə də təsirli bir şəkildə qaldı.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Martqopi döyüşü haqqında məlumat. Martqopi döyüşü nədir? Martqopi döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 24, 2026

      Xarkov

    • Fevral 25, 2026

      Monofelitlik

    • Mart 01, 2026

      TRT Türk

    • Fevral 23, 2026

      3 iyul

    • Fevral 27, 2026

      Mixail Tal

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst