Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Markos Botsaris (yun. Μάρκος Μπότσαρης; təq. 1788, Suli[d] – 21 avqust 1823, Karpenisi[d]) ― yunan general, Yunanıstan İstiqlaliyyət müharibəsinin qəhrəmanı və

Markos Botsaris

  • Ana Səhifə
  • Vikipediya
  • Markos Botsaris

Markos Botsaris (yun. Μάρκος Μπότσαρης; təq. 1788, Suli[d] – 21 avqust 1823, Karpenisi[d]) ― yunan general, Yunanıstan İstiqlaliyyət müharibəsinin qəhrəmanı və suliotların kapitanı. Botsaris Yunanıstanın ən tez-tez yada salınan milli qəhrəmanlarından biridir.

Markos Botsaris
yun. Μάρκος Μπότσαρης
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1788(1788)
Doğum yeri
  • Suli[d], Yunanıstan
Vəfat tarixi 21 avqust 1823(1823-08-21) (34–35 yaşında)
Vəfat yeri
  • Karpenisi[d]
Vətəndaşlığı  Osmanlı imperiyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Fransa Fransa (1807–1814)
Yunanıstan İnqilabi Yunanıstan (1821–1823)
Rütbəsi yunan ordusu generalı
Döyüşlər Yunanıstan İstiqlaliyyət müharibəsi
Messolongionun Ilk mühasirəsi
Peta döyüşü
Karpenisi döyüşü
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən həyatı

Botsaris suliotların aparıcı klanlarından birində, Epirin Suli bölgəsində anadan olmuşdur. O, 1813-cü ildə Əli Paşanın əmri ilə Arta şəhərində öldürülən Kitsos Botsarisin oğlu idi. Botsaris sülaləsi Paramifiya yaxınlığındakı Draqani (indiki Ambelia) kəndindən gəlirdi.

Fransa ordusu və Sulidə repatriasiya

1803-cü ildə Əli Paşa Sulini ələ keçirdikdən sonra Botsaris və qalan sulitlər İon adalarına keçdilər, burada 11 il Fransa ordusunun alban alayında xidmət etdi və alayın zabitlərindən biri oldu.

1815-ci ildə Epirə qayıtdı. 1820-ci ildə digər suliotlarla birlikdə yenidən Epirə qayıtdı və Əli Paşanın başçılıq etdiyi İoannina mühasirəsində osmanlı ordusunda qarşı vuruşdu, lakin qısa müddətdən sonra suliotlar tərəflərini dəyişdilər və köhnə bölgələri Suli əvəzində osmanlılarla çiyin-çiyinə vuruşdular. 1821-ci ildə Xristofer Perrevos Epirə çatdı və suliotlara Fili Eteriyanın mövcudluğu və yaxınlaşan müstəqillik müharibəsi haqqında məlumat verdi.

Markos Botsarisin 1820-ci il oktyabr ayında Sulidə qaldırdığı bayraq. Onun üzərində Müqəddəs Georqun təsviri ilə yanaşı yunan dilində Azadlıq-Din-Ata yurdu da yazılıb

Yunanıstan İstiqlaliyyət müharibəsi

Botsaris türk düşərgələrini təəcübləndirir və ölümcül yaralanır. Ejen Delakruanın əsəri

1821-ci ildə Botsaris Osmanlı imperiyasına qarşı inqilabda iştirak etdi. O və digər Suli kapitanları (Kitsos Dzavelas, Notis Botsaris, Lampros Veikos, və Giotis Danqlis) yalnız suliot yoldaşlarını öz dəstələrinə cəlb edirdilər. Yunanistan istiqlal müharibəsinin başlanğıcında Yunanıstanın qərbindəki döyüşlərdə partizan lideri kimi cəsarəti, inadı və təcrübəsini nümayiş etdirdi və şəhərin ilk mühasirəsi zamanı (1822–1823) Messolongionun müdafiəsində özünü göstərdi.

Rəşadətini və mükəmməl strateji düşüncəsini dəyərləndirən Yunanistan hökuməti onu qərbi Yunanıstanda general rütbəsini verdi. Bu hərəkət rütbəsiz qalan yunan liderlərini qəzəbinə səbəb oldu, buna görə Botsaris rütbələrə əhəmiyyət vermədiyini, yalnız ölkəsinin ümumi rifahı üçün vuruşduğunu göstərmək üçün cavab olaraq hərbi diplomasını cırdı.

21 avqust 1823-cü ildə, gecə vaxtı 350 suliot döyüşçülərlə Karpenisiona yürüşə başçılıq etdi, onların qarşısında ordunun avanqardını təşkil edən 4.000 alban əsgəri dayanırdı. Bu ordu ilə Şkoder (Albaniyanın müasir şimal şəhəri) paşası Mustafa Rəşid Buşati mühasirəni gücləndirməyə niyyətlənirdi. Botsarisin adamları düşmən düşərgəsinə pusqu quraraq ağır itkilər yaşatdılar, lakin Botsaris başından qüllə yarası aldı və öldü.

Botsaris Missolongidə urvatlı dəfn olundu. Osmanlılar şəhəri ələ keçirdikdən sonra, 1826-cı ildə osmanlı alban qrupları məzarı təhqir etdilər.

Ailəsi və yoldaşları

Onun ailəsinin bir çox üzvləri Yunanıstan siyasi quruluşunun əsas fiqurlarına çevrildi. Karpensidə də vuruşmuş və zəfəri tamamlayan Markosun qardaşı Kostas (Konstantin) Botsaris sonradan Yunanıstan krallığında hörmətli yunan generalı və parlamentçi oldu. O, 13 noyabr 1853-cü ildə Afinada öldü. Onun qızı Katerina "Roza" Botsari yunan kraliçası Amaliya Oldenburqlunun xidmətçisi idi. Markosun oğlu, 1813-cü il təvəllüdlü Dimitrios Botsaris krallar I Otton və I Georqun zamanı üç dəfə müharibə naziri olmuşdur. O, 17 avqust 1870-ci ildə Afinada vəfat etdi.

Tanınmış xeyirxah və müasir Olimpiya Oyunlarının qurucusu Yevangelis Zappas Markos Botsarisin adyutantı və yaxın dostu idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, markos botsaris sözünün mənası, markos botsaris haqqında məlumat. markos botsaris nədir? markos botsaris nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Braxiopodalar

  • Mart 04, 2026

    Qırmızı düyü

  • Fevral 27, 2026

    Eqoizm

  • Mart 06, 2026

    Livadə

  • Fevral 27, 2026

    ABŞ Konstitusiyası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst