Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ferdinan Viktor Ejen Delekrua (fr. Ferdinand Victor Eugène Delacroix; 26 aprel 1798[…], Sen-Moris, Birinci Fransa Respublikası – 13 avqust 1863[…], Paris, İkinc

Ejen Delakrua

  • Ana Səhifə
  • Vikipediya
  • Ejen Delakrua

Ferdinan Viktor Ejen Delekrua (fr. Ferdinand Victor Eugène Delacroix; 26 aprel 1798[…], Sen-Moris, Birinci Fransa Respublikası – 13 avqust 1863[…], Paris, İkinci Fransa İmperiyası) — fransız rəssamı, təsviri sənətdə romantizm cərəyanının yaradıcılarından biri.

Ejen Delakrua
fr. Eugène Delacroix
Doğum tarixi 26 aprel 1798(1798-04-26)[…]
Doğum yeri
  • Sen-Moris, Birinci Fransa Respublikası
Vəfat tarixi 13 avqust 1863(1863-08-13)[…] (65 yaşında)
Vəfat yeri
  • Paris, İkinci Fransa İmperiyası
Vəfat səbəbi vərəm
Fəaliyyəti rəssam, gündəlik yazıçısı[d], litoqraf, fotoqraf, boyakar[d], memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı
Təhsili
  • Milli Gözəl Sənətlər Məktəbi,
  • Böyük Lüdovik Liseyi[d]
Janrlar tarix rəssamlığı, peyzaj, natürmort
Stil romantizm
Tanınmış işləri
  • Azadlığa aparan xalq
Üzvlüyü
  • Təsviri Sənət Akademiyası
Mükafatları "Fəxri legion" ordeninin komandor dərəcəsi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ejen Delakrua Sen-Morisdə, 26 aprel 1798-ci ildə anadan olmuşdur.

Rəsmi olaraq Şarl Delakrua onun atası sayılsa da gəzən şaiyələrə görə o, 1814–1815-ci illərdə Vyana konqresində Fransa nümayəndə heyətinin başçısı olmuş xarici işlər naziri Şarl Taleyranın nikahdan kənar oğludur.

Ejen Delakruanın uşaqlıq dostu Aleksandr Düma onu belə xatırlayır: "üç yaşında Ejen asılmış, yanmış, batmış və zəhərlənmişdir". Əlavə etmək lazımdır ki, təsadüfən at yedirtmək üçün istifadə olunan arpa kisəsini boynuna dolayaraq az qalsın ki,özünü "boğmuşdur"; çarpayısı üzərindəki milçəkdən qorunmaq üçün istifadə olunan tor alovlanaraq "yanmış"; Bordoda çimərkən "boğulmuş", rəng içərək "zəhərlənmişdir".

Böyük Lüdoviq liseyində oxuyarkən Ejen rəssamlığa böyük maraq göstərmiş, klassik ədəbiyyat mövzusunda bilik və çəkmiş olduğu rəsmlərə görə mükafatlandırılmışdır. Ona bu istedadın anası Viktoriyadan keçmiş olması güman edilir. Rəssamlığa həvəsi onda dayısı oyatmışdır. O, hər dəfə dayısını Normandiyaya təbiət şəkilləri çəkmək üçün gedərkən müşayiət edirdi.

Delakrua hələ gənc ikən valideynlərini itirdikdən sonra bacısının yanına gedir. Lakin bacısının pisləşən maddi durumu Ejeni oz taleyini özü düşünməsinə vader edir. O, Pyer Narsis Gerenin (1774–1833) emalatxanasında işləməyə başlayır. 1816-cı ildə Delakrua Gerenin dərs dediyi incəsənət məktəbində şagird olur və burada rəssamlığın sirlərinə, çəkmə texnikasına yiyələnir. Lakin onun üçün əsl ali məktəb Luvr və rəssam Teador Jeriko ilə tanışlıq olur.

Yaradıcılığı

Delakruanın ilk əsəri "Dante qayığı" (1822) olmuşdur. Həmin dövrdə əsər bir o qədər də əhəmiyyət kəsb etməmişdir. Ona ilk uğuru 1824-cü ildə Yunanıstanın müstəqilliyi uğrunda gedən müharibəyə çəkmiş olduğu "Xios qətliamı" gətirmiş olur. Bodler bu əsəri tale və əzabın tükürpədici himni adlandırmışdır. Ejenin sonrakı əsəri "Sardanapalın ölümü" dövrünün tənqidçilərinə görə haray salır, hədələyir və Allahın adından danışır. Delakrua 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş Böyük Fransa inqilabı motivləri əsasında "Azadlığa aparan xalq" əsərini yaratmışdır. Çoxlu hazırlıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsəyə gətirmişdir. Delakrua qardaşına yazmış olduğu 1830-cu il 12 oktyabr tarixli məktubda yazmışdır: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onun üçün çəkərəm". İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş, dərhal dövlət tərəfindən satın alınmışdır.

Rəssam öz sənətinə böyük ruh yüksəkliyi ilə yanaşırdı. "Mənim ürəyim, – o, yazırdı – hər dəfə mən nəhəng divarla üz-üzə qalarkən, mənim fırçamın ona toxunacağını gözləyərkən ürəyim sürətlə döyünməyə başlayır". 1863-cü ildə rəssam boğaz xəstəliyindən əziyyət çəkərək vəfat edir.

Ədəbiyyat

  1. Ausstellungskatalog: Géricault, Delacroix, Daumier und Zeitgenossen. Französische Lithographien und Zeichnungen, hg. von Michael Brunner u.a., bearb. von Karin Althaus, Michael Mohr und Götz J. Pfeiffer. Imhof-Verlag, Petersberg 2009, ISBN 978-3-86568-403-5
  2. Ситник К. А. Э. Делакруа. М.-Л., 1947.
  3. Кожина Е. Ф. Эжен Делакруа. Альбом. М., 1961.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ejen Delakrua haqqında məlumat. Ejen Delakrua nədir? Ejen Delakrua nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Menşeviklər

  • Fevral 28, 2026

    Qıpçaq (Bostanabad)

  • Fevral 27, 2026

    Kvaqqa

  • Fevral 27, 2026

    Ulu məscid

  • Fevral 28, 2026

    Dolanlar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst