Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Marketpleys (ing. online marketplace, online e-commerce marketplace ; elektron ticarət platforması, virtual ticarət platforması) – üçüncü tərəflərin məhsulları

Marketpleys

  • Ana Səhifə
  • Vikipediya
  • Marketpleys

Marketpleys (ing. online marketplace, online e-commerce marketplace ; elektron ticarət platforması, virtual ticarət platforması) – üçüncü tərəflərin məhsulları və ya xidmətləri haqqında məlumat verən elektron ticarət platformasıdır.

Lazadanın Filippindəki marketpleys anbarı, 2018-ci il

Marketpleys optimallaşdırılmış bir onlayn platformadır və burada müxtəlif təchizatçılardan məhsul və xidmətlər təklif edilir. Marketpleys optimallaşdırılmış bir onlayn platformadır və burada müxtəlif təchizatçılardan məhsul və xidmətlər təklif edilir.

Marketpleyslər, geniş çeşidli məhsulları bir araya gətirdikləri üçün seçim imkanları və məhsulların əlçatanlığı ixtisaslaşmış pərakəndə internet-mağazalardan daha geniş olur. 2014-cü ildən etibarən bu cür platformalara olan tələbat artdıqca onların sayı da sürətlə artır.

Tarix

1995-ci ildə Amazon şirkəti təsis edilib və fəaliyyətinə onlayn kitab pərakəndə satışı ilə başlayıb. Hazırda Amazon dünyanın ən böyük marketpleyslərindən biri olaraq səkkiz müxtəlif ölkədə filiallara sahibdir. Həmin il ABŞ-da internet-auksion platforması olan eBay də yaradılıb. eBay formal olaraq marketpleys kateqoriyasına aid edilə bilər, çünki bu platforma həm hüquqi, həm də fiziki şəxslərə öz məhsullarını satışa çıxarmaq imkanı yaradır. Ancaq eBay-in digər marketpleyslərdən fərqi qiymətlərin auksion qaydasında müəyyənləşdirilməsidir

1996-cı ildə Hiroşi Mikitani Yaponiyada Rakuten adlı elektron ticarət mağazasını təsis etdi və 1997-ci ildən etibarən pərakəndə satıcılara öz saytlarını bu platforma üzərindən qurmaq imkanı verdi.

1999-cu ildə Alibaba Çində Cek Ma tərəfindən təsis edilib və sonradan dünyanın ən böyük marketpleysinə çevrilib. 2018-ci ilin dördüncü rübündə şirkətin kapitalizasiyası 441 milyard dollar həddinə çatmışdı.

2004-cü ildə Rusiyada Vladislav və Tatyana Bakalçuk tərəfindən Wildberries təsis edildi.

2010-cu ildə Trendyol Türkiyədə təsis edilmişdir.

1 İyul 2025-ci ildə Birmarket Azərbaycanın yeni nəsil onlayn ticarət platforması kimi istifadəyə verilmişdir. Bu marketpleys minlərlə məhsulu vahid platformada təqdim edərək istifadəçilərə rahat və sürətli alış-veriş imkanı yaradır.

2023-cü ilin may ayında Trendyol, Paşa Holdinq ilə əməkdaşlıq edərək Azərbaycanda birgə fəaliyyətə başlamışdır. Bu addım platformanın ölkədə birbaşa çatdırılma xidmətlərini genişləndirməsinə və yerli alıcılar üçün daha rahat alış-veriş imkanı yaratmasına səbəb olmuşdur.

İnternet Marketinqi

Marketpleyslər marketinqdə onlayn mühitdə informasiya vasitəçisi kimi çıxış edir və müştərilərə müxtəlif şirkətlərin məhsul və xidmətləri (aviabiletlər, ketrinqlər, geyim və ayaqqabı və digər məhsullar) haqqında məlumat əldə etmək üçün sayt təqdim edir. Marketpleyslərin təqdim etdiyi bu xidmət istifadəçilər üçün əlverişlidir, çünki müştərilərin hər bir məhsul və ya xidməti ayrıca araşdırmasına ehtiyac qalmır. Onlayn vasitəçilər müştərilərə qiymətləri, reytinqləri və digər göstəriciləri asanlıqla müqayisə etməyə imkan verir.

B2B (biznesdən-biznesə) və B2C (biznesdən-müştəriyə) platformaları belə vasitəçilərdən ciddi üstünlüklər əldə edirlər. Bundan əlavə, bəzi marketpleyslər sosial şəbəkə dəstəyi də təklif edirlər ki, bu da təchizatçılar və müştərilər arasında birbaşa əlaqə yaratmaq üçün sosial icmalar formalaşdırır. Elektron ticarətin inkişaf tendensiyaları göstərir ki, bu cür platformalar rəqəmsal mühitdə təchizatçı və müştərilərin biznes aparmasını daha da asanlaşdırır.

Elektron ticarətdə “marketpleys” anlayışı ilə yanaşı, “aqreqator” anlayışı da geniş yayılmışdır. Aqreqator da üçüncü tərəfin məhsul və xidmətləri barədə məlumat təqdim edən platformadır. Lakin aqreqator, marketpleysdən fərqli olaraq, alıcı və satıcı arasında yalnız vasitəçilik edir və əməliyyata birbaşa müdaxilə etmir. Yəni, aqreqator ödənişləri öz platformasında qəbul etmir və logistika ilə məşğul olmur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, marketpleys sözünün mənası, marketpleys haqqında məlumat. marketpleys nədir? marketpleys nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    Enes Kanter

  • Fevral 27, 2026

    Nikotin

  • Mart 01, 2026

    Antalya ili

  • Fevral 27, 2026

    Koimbralı İzabella

  • Fevral 27, 2026

    Fransız inqilabı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst