Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Koimbralı İzabella (port. Isabel de Coimbra; 1 mart 1432, Portuqaliya – 2 dekabr 1455) — Portuqaliya kralı V Afonsonun ilk xanımı, Portuqaliyanın kraliça-konsor

Koimbralı İzabella

  • Ana Səhifə
  • Vikipediya
  • Koimbralı İzabella

Koimbralı İzabella (port. Isabel de Coimbra; 1 mart 1432, Portuqaliya – 2 dekabr 1455) — Portuqaliya kralı V Afonsonun ilk xanımı, Portuqaliyanın kraliça-konsortu.

Koimbralı İzabella
Portuqaliya kraliçası
6 may 1447 – 2 dekabr 1455
ƏvvəlkiAraqonlu Eleonora
SonrakıKastiliyalı Yuanna
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1432(1432-03-01)
Doğum yeri
  • Portuqaliya
Vəfat tarixi 2 dekabr 1455(1455-12-02) (23 yaşında)
Vəfat səbəbi zəhər[d]
Fəaliyyəti kraliça[d]
Atası İnfant Pedru
Həyat yoldaşı
  • V Afonso (1448)
Uşaqları
  • İnfanta Yuanna,
  • II Con (Portuqaliya kralı)
Ailəsi Avis sülaləsi
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İzabella 1432-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Conun oğlu İnfant Pyotr, anası isə Araqon kralı IV Pyotrun nəvəsi Kataloniyalı İzabelladır. Atası İnfant Pyotr azyaşlı kral V Afonsonun taxt naibi idi. Rəvayətə görə, eyni yaşda olan İzabella və kral V Afonso bir-birini çox sevirdi. Bu səbəblə 1445-ci ildə cütlük nişanlandı. Ancaq bu nişan kralla qohum olmaq istəyən ögey əmisi Braqanzalı Afonsonun etirazına səbəb oldu. Etirazlara baxmayaraq, cütlük 6 may 1447-ci ildə evləndi. Cütlüyün bu nikahdan 3 övladı dünyaya gəlsə də, ilk övladı 1 ay sonra vəfat etdi.

Ancaq çox keçmədən atası İnfant Pyotr saraydakı nüfuzunu itirdi. 1448-ci ildə Braqanzalı Afonso kral naibi elan edildi. Onun təhrikləriylə, İzabellanın atası müəmmalı şəkildə öldü və qardaşı Con sürgün edildi. Buna baxmayaraq, İzabella öz nüfuzunu qoruyub saxladı. Hətta qardaşının sürgündən dönüşünədək Koimbra hersoqluğunun idarəsini öz əlinə aldı.

Saraydakı nüfuzundan istifadə edərək 1454-cü ildə qardaşını sürgündən geri döndürdü və ertəsi il atasına bəraət qazandıraraq onun adına şərəfli cənazə mərasimi keçirdi. Ancaq çox keçmədən, İzabella, ehtimal ki, zəhərlənərək vəfat etdi.

Övladları

  • İnfant Con (d. 29 yanvar 1451 — ö. fevral 1451)
  • İnfanta Yuanna
  • II Con

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Koimbralı İzabella haqqında məlumat. Koimbralı İzabella nədir? Koimbralı İzabella nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yuqoslaviya dinarı

  • Fevral 27, 2026

    Dik Çeyni

  • Fevral 27, 2026

    Zəiflətmə müharibəsi

  • Fevral 23, 2026

    Rəqəm

  • Fevral 27, 2026

    Populus angustifolia

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst