Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sinanəddin Yusif Gərmiyani Şeyxi (XIV əsr və ya 1350, Kütahya – 1431 və ya 1431) — Türk Divan şairi.

Yusif Şeyxi

  • Ana Səhifə
  • Vikipediya
  • Yusif Şeyxi

Sinanəddin Yusif Gərmiyani Şeyxi (XIV əsr və ya 1350, Kütahya – 1431 və ya 1431) — Türk Divan şairi.

Yusif Şeyxi
türk. Şeyhi
Doğum tarixi XIV əsr və ya 1350(1350)
Doğum yeri Kütahya, Osmanlı imperiyası
Vəfat tarixi 1431
Fəaliyyəti müəllif, həkim-yazıçı[d], yazıçı
Əsərlərinin dili Osmanlı türkcəsi

Həyatı

XV əsr türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Öz təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Ona tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönüb, Hacı Bayram Vəli ilə yaxın olub, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib.

Onun əldə üç əsəri var. Bunlar «Divan», «Xərnamə», «Xosrov və Şirin»dir. Divanın 1938-ci il nüsxəsi Əli Nihad Tərlanın incələməsi ilə birlikdə Türk Dil Qurumu tərəfindən 1946-cı ildə yayınlanıb. Onun divanı tövhid, nət və qəsidələrdən ibarətdir. O, bu qəsidələrdə ən çox II Muradı tərif edir. Şeyxi «Xosrov və Şirin» məsnəvisini Nizaminin eyniadlı əsəri əsasında yazıb sultan II Murada təqdim edib. Bu əsər 6944 beytdən ibarətdir. Təzkirələr məlumat verir ki, Şeyxi bu əsəri tamamlaya bilməyib və əsər Cəmali tərəfindən sona çatdırılıb. Ancaq bu, doğru deyil. Şeyxinin bu gün ən tanınan, sevilən məsnəvisi «Xərnamə»dir («Eşşək haqqında poema»). 126 beytlik bu əsər həcv kimi qələmə alınıb. O, sultan Çələbi Mehmedin gözlərini müalicə edəndən sonra ona bağışlanmış Tokuzluya gələrkən kəndin əvvəlki sahibləri şairi yaxşı qarşılamamış, döyüb qovubmuşlar. Şeyxi də bu olaydan təsirlənərək «Xərnamə»sini yazıb sultana bağışlamışdı. Digər rəvayətə görə, II Murad ona vəzirlik vermək istəyirmiş, ancaq sarayda şairi sevməyən adamlar Nizaminin «Xəmsə»si kimi bir əsər ortaya qoyduqdan sonra ona vəzirlik verilməsinin doğru olduğunu söyləyirlər. Onların sözünə cavab kimi şair «Xosrov və Şirin»i tərcümə etməyə başlayır, 1000 beytini çevirərək sultana bağışlayır. Əsər sultanın xoşuna gəlir. Sultan II Murad ona çoxlu hədiyyələr verir. Aldığı hədiyyələrlə vətəninə dönən şairi yolda oğrular soyurlar. Şeyxi də başına gələn bu hadisəni həcv kimi yazıb II Murada göndərir. Bəzi tədqiqatçılar bu həcvin I Mehmedə bağışlanması fikrindədirlər. Təsəvvüflə maraqlanmasına baxmayaraq, şairin qəzəllərində sufizmin çox da dərin izlərinə rast gəlinmir. Ancaq şair qəzəllərində təsəvvüfün məzmun və düşüncə tərzindən böyük ölçüdə faydalanıb. Onun türkcə divanı var, məhəbbətdən bəhs edən çoxlu qəzəllər də yazıb.

Məhəmməd Füzuli tərəfindən öz əsərlərində xatırlanmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yusif Şeyxi haqqında məlumat. Yusif Şeyxi nədir? Yusif Şeyxi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Antiatlantizm

  • Fevral 27, 2026

    Krossover (avtomobil)

  • Fevral 27, 2026

    Səhmdar

  • Fevral 27, 2026

    I Hişam

  • Mart 01, 2026

    Hoğa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst