Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bələdiyyə — qanunla və ya beynəlxalq müqavilələrdə müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə üsullarından biridir (formasıdır).

Bələdiyyə

  • Ana Səhifə
  • Vikipediya
  • Bələdiyyə

Bələdiyyə — qanunla və ya beynəlxalq müqavilələrdə müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə üsullarından biridir (formasıdır).

Azərbaycan bələdiyyələri barədə təfərrüatlı məlumatlar üçün bax: Azərbaycanda bələdiyyə.

Mündəricat

Etimologiya (Sözün kökü)

Azərbaycan dilində "bələdiyyə" sözü ərəbcə "vətən", "ölkə" və ya "el" mənasını verən "bələdi" sözündən əçmələ gəlib və vətənin parçası kimi başa düşülür.

Bələdiyyənin təşkilinə yanaşmalar

Bəzi ölkələrdə "bələdiyyə" yerli özünüidarəetməyə xas olan funksiyaları icra edən dövlət qurumuna deyilir. Bələdiyyələr bəlli bir ərazidə ümumi inzibati icraat səlahiyyətli, bir qayda olaraq, seçkili qurumdur.

Bələdiyyələrin (və ya bu funksiyanı icra edən dövlət qurumunun) öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, konstitusiya və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.

Birbaşçılıq prinsipi əsasında təşkil olunan Bələdiyyəyə bələdiyyə sədri, kollegiallıq prinsipi ilə təşkil olunan bələdiyyələrə isə həmsədrlər və ya rəyasət heyəti rəhbərlik edir.

Bələdiyyə mülkiyyətinin tərkibinə bir qayda olaraq, bələdiyyələrə ödənilən vergilər və digər mütəmadi ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyənin istirakçı və ya təsisçi olduğu olduğu hüquqi şəxslərin, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, qanun əsasında bələdiyyələlər verlmiş yollar, qanun əsasənda bələdiyyənin mülkiyyətinə keçmiş digər daşınar və daşınmaz əmlak daxildir.

Bələdiyyələr istənilən dövlət formalarında təşkil eidlə bilir: istər monarxiyada, istər respublikalarda. Bu institutu istənilən siyasi modelə uyğunlaşdırmaq mümkün oolur.

Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur. Bunlara :

  • Zəif Şura — Güclü Mer modeli;
  • Güclü Şura — Zəif Mer modeli;
  • Şura Menecer modeli;
  • Komissiya modeli;
  • Qarışıq model;

Seçkili bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.

Bələdiyyələr müstəqilliyinə görə tam muxtarriyyətdən, dövlət hakimiyyəti orqanlarından tam asılılığa qədər dəyişir. Onlarin vergiqoyma səlahiyyətlərindən tutmuş, dövət təxsisatları (dotasoyalar) alma hüququna qədər mövcuddur.

Bir sıra ölkələrdə, o cümlədən Almaniyada, bələdiyyələr kommunal xidmət subyetkləri vasitəsilə müvafiq sahədə dövlət xidmətləri (hakimiyyət funksiyasının icrası) belə göstərə bilirlər.

Ərazisi

Bəzi ölkələrdə, misal üçün, Azərbaycanda, Rusiyada, bələdiyyələrin əraziləri inzibati ərazi vahidləri ilə müəyyən edilir və qanunda, inzibati ərazi vahidlərinin müəyyən edilməsi proseduru çərçivəsində, təsbit olunur.

Birləşmiş ştatlarda, bir qayda olaraq, bələdiyyələr bələdiyyə qanununa əsasən təşkil edilmiş şəhər, qəsəbə və ya kəndə (muxtariyyəti olan inzibati ərazi vahidinə) deyilir. Lakin, elə ştatlar da var ki, orada bələdiyyə bütün ştatı və yaonun bir hissəsinin bir sıra məntəqələrini əhatə edə bilər.

Həmçinin bax

  • Azərbaycanda bələdiyyə
  • Bələdiyyəçilik

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bələdiyyə haqqında məlumat. Bələdiyyə nədir? Bələdiyyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tacura

  • Fevral 27, 2026

    Bəəlbək

  • Fevral 27, 2026

    İmola

  • Fevral 27, 2026

    1841-ci il

  • Fevral 27, 2026

    Adi durnabalığı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst