Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Malik Heydər oğlu Ramazanzadə (21 mart 1912, Əmircan, Bakı qəzası – 22 iyul 1987, Bakı) — texnika elmləri doktoru (1968), professor (1969), Azərbaycan SSR EA-nı

Malik Ramazanzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Malik Ramazanzadə

Malik Heydər oğlu Ramazanzadə (21 mart 1912, Əmircan, Bakı qəzası – 22 iyul 1987, Bakı) — texnika elmləri doktoru (1968), professor (1969), Azərbaycan SSR EA-nın müxbir üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1970).

Malik Ramazanzadə
Doğum tarixi 21 mart 1912(1912-03-21)
Doğum yeri
  • Əmircan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 22 iyul 1987(1987-07-22) (75 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi fizika
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adı
  • professor
Üzvlüyü Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1976)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Malik Ramazanzadə 21 mart 1912-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. Ali təhsilini 1927–1931-ci illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində alıb.

Əmək fəaliyyəti

Malik Ramazanzadə 1931-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Fizika kafedrasında əmək fəaliyyətinə başlayıb. Həmin kafedrada fasiləsiz olaraq baş laborant, assisent, dosent vəzifəsində, 1948-ci ildən ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə kafedrada texniki institutlar arasında ən geniş və müasir avadanlıqlarla təchiz olunmuş və yüksək tələblərə uyğun olan laboratoriyalar yaradılıb.

Akademik fəaliyyəti

Malik Ramazanzadə 1941-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 1968-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini alıb. O, 1969-cu ildə professor adına layiq görülüb. 21 aprel 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Tanınmış maarfçi Malik Ramazanzadə ölkədə ilk dəfə olaraq ali texniki məktəblər üçün Azərbaycan dilində "Ümumi Fizika" adlı dərslik yazıb. Həmin dərslik dəfələrlə "Uçpedqiz", "Azərnəşr" və "Maarif" nəşriyyatlarında çap olunub. O, tələbələr üçün fizikadan laboratoriya işləri üzrə dərsliklər də hazırlayıb. Bu dərsliklərin və dərs vəsaitlərinin yazılması üçün M. H. Ramazanzadə tərəfindən xüsusi fizika-texniki terminologiyasının yaradılması üzrə böyük işlər görülüb.

Malik Ramazanzadə pedaqoji fəaliyyəti ilə yanaşı, geniş elmi-tədqiqat işlərinə rəhbərlik edirdi. Onun əsas tədqiqatları selen və neft fizikasına aiddir. Onun işlədiyi enerji üsulu ilə neftin mütləq yaşı haqqında anlayış elmə daxil olunub və mütəxəssislər tərəfindən razılıqla qarşılanıb. Neft üzrə aparılan elmi-tədqiqat işlərində o, ilk sıralarda olub. Bu elmi istiqamətdən əlavə o, yarımkeçiricilər fizikası istiqamətində də geniş işlər aparıb. Belə ki, alim selen yarımkeçiricisində ilk dəfə selenin modifikasiyasından asılı olaraq istilikkeçirmənin iki dəfə dəyişməsini göstərib. Selenin istilik keçirməsini, müxtəlif dalğa uzunluqlu şüaların onun elektrik keçirməsinə təsirini, Abşeron neftinin və neft məhsullarının istilikkeçirməsini, neftin istiliköturmə qabiliyyətini tədqiq edib.

Ailəsi

Malik Ramazanzadənin böyük qızı Zemfira Ramazanzadə kimya üzrə elmlər namizədi, dosentdir və ADNSU-da müəllim vəzifəsində çalışır. Oğlu Arif Ramazanzadə atasının yolu ilə gedərək Fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, dosentdir. Milli Aviasiya Akademiyasında şöbə müdiri vəzifəsində çalışır. Kiçik qızı Ramazanzadə Mehin Banu xanım kimya üzrə elmlər namizədi, dosentdir.

Ölümü

Malik Ramazanzadə 1987-ci il iyul ayının 22-də Bakıda vəfat edib.

Mükafatları

Malik Ramazanzadənin məhsuldar elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyəti yüksək dövlət mükafatlarına layiq görülüb. O, "Şərəf nişanı" ordeni, "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdəki Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalları və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunub. 1970-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, malik ramazanzadə sözünün mənası, malik ramazanzadə haqqında məlumat. malik ramazanzadə nədir? malik ramazanzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Fuad Əmircan

  • Fevral 27, 2026

    Mikayıl İsmayılov

  • Fevral 27, 2026

    Çin keramikası

  • Fevral 23, 2026

    Məhəmməd peyğəmbər

  • Mart 06, 2026

    Ziyarilər xanədanı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst