Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çin keramikası — 1000 il bundan öncə Çində qab-qacaqları nefritdən hazırlayırdılar. Bu qablar çox baha olurdu. Neçə illərdən sonra çin dulusçuları keyfiyyətinə

Çin keramikası

  • Ana Səhifə
  • Vikipediya
  • Çin keramikası

Çin keramikası — 1000 il bundan öncə Çində qab-qacaqları nefritdən hazırlayırdılar. Bu qablar çox baha olurdu. Neçə illərdən sonra çin dulusçuları keyfiyyətinə görə nefritdən daha üstün olan material — farforu icad etdilər. Çinin Tszyansi əyalətində farfor daşı ehtiyatlarının olması onun geniş yayılmasına səbəb oldu. Farforu farfor daşı, briketorot tozu və məhsula ağlıq verən kaolindən hazırlayırdılar. Kaolin də həmin əyalətdə çoxluq təşkil edirdi. Çin dulusçuları massanı, plastiklik əldə etməsi üçün bir neçə 10 il saxlayırdılar. Qabların üzərinə bir neçə qat qlazur vururdular ki, xüsusi parlaqlıq əldə olunsun. Misal olaraq krakls və öküz qanından hazırlanan qlazuru göstərmək olar. Yüksək keyfiyyətli farfor nümunələrinin hazırlanmasında, əlbəttə ki, peşəkar Çin dulusçularının da böyük rolu olmuşdur. Qabları boyamaq üçün güclü istiyə tab gətirən rənglərin tərkibini də Çinlilər icad etmişlər. İlkin dövrlərdə ağ rəngdə olan qabların üzərinə XIV – XV əsrlərdən başlayaraq qlazurun altından, mavi daha sonrakı dövrlərdə isə yaşıl və bənövşəyi rənglərdən istifadə edərək müxtəlif ornamentlər işləmişlər. Misal olaraq insan, heyvan, quş, bitki ornamentlərini göstərmək olar. Qabların dekoru forma ilə çox az hallarda uyğunlaşırdı.

Ban Chao, Xianfeng dövrü ilə Wu Shuang Pu dekorasiyası

Uzun illər Çin ipəyi kimi farforun da hazırlanması sirr olaraq qalmışdır. Çində onun sirrini açmağa cəhd edən hər bir kəsi ölüm gözləyirdi. XVII əsrdə missioner pater D. Antrekoll farforun sirrini öyrənmək üçün Çinə getmiş, lakin ən elementar biliklər əldə etmişdir. Min və Tsin sülaləri dövründə Çin keramikasının ən gözəl nümunələri yaradılmışdır. Xan sülaləsi dövründə keramika Yaponiya, Koreya, Filippin, İndoneziya, Hindistana aparılırdı. XV əsrdən başlayaraq portuqal dəniz səyyahlarının hesabına Çin keramikası Avropaya idxal olunur. Bu dövrdə Çində keramika istehsalının mərkəzlərindən biri Tsindeçjen şəhəri idi. Avropada çin farforu yüksək qiymətləndirilmiş, hətta onu qızıla bərabər tutmuşlar.

Terminologiya və kateqoriyalar

Ən erkən Çin dulusçuluğu Çin tarixi boyu utilitar məqsədlər üçün istehsalını davam etdirən saxsı qablar idi, lakin incə məmulatlar üçün getdikcə daha az istifadə olunurdu. Daha yüksək temperaturda yandırılan və təbii olaraq su keçirməyən daş məmulatları çox erkən işlənib hazırlanmış və əksər dövrlərdə bir çox sahələrdə incə dulusçuluq üçün istifadə olunmağa davam etmişdir; Jian qablarındakı çay qabları və Sonq sülaləsi dövründə hazırlanmış Jizhou qabları buna misaldır. Farfor, Qərb tərifinə görə, "hazırlanmasında hansı inqrediyentlərdən və ya hansı məqsədlə istifadə olunmasından asılı olmayaraq, ağ və şəffaf olan bütün keramika məmulatlarını özündə birləşdirən ümumi termindir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çin keramikası haqqında məlumat. Çin keramikası nədir? Çin keramikası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Üstyurd

  • Fevral 27, 2026

    Darəqutni

  • Fevral 24, 2026

    Ermənistan dramı

  • Fevral 25, 2026

    Cənnət

  • Fevral 27, 2026

    Astat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst